Icma.az
close
up
RU
Alovlu At ili nə vəd edir? Məşhur astroloqdan qorxulu proqnozlar

Alovlu At ili nə vəd edir? Məşhur astroloqdan qorxulu proqnozlar

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ilin başa çatmasına az bir vaxt qalıb. Bu səbəbdən bir çox insanı 2026-cı ilin hansı il olacağı və qarşıdakı dövrün onlar üçün necə keçəcəyi maraqlandırır.
Şərq təqviminə görə, gələn il At ilidir. Üstəlik, bu sadə At ili deyil, od ünsürlü və daha çox “Alovlu At ili” kimi tanınır. Enerjisi, təbiəti və simvolik mənası ilə seçilən bu ilin insanlara və dünyaya nələr vəd etdiyi isə ən çox müzakirə olunan mövzulardandır.
Bəs Alovlu At ilindən nələr gözləmək olar?
Bizim.Media xəbər verir ki, bu barədə “nocomment.az”a danışan məşhur astroloq Səbuhi Rəhimlinin sözlərinə görə, qarşıdan gələn od ünsürlü Qırmızı At ili 2026-cı il fevralın 17-də (Bakı vaxtı ilə saat 13:00-da) start götürəcək.
Vəfalı ev heyvanı olan at istər folklorumuzda, istərsə də satir və dastanlarımızda igidliyin simvolu kimi dəyərləndirilib:
“O, sadiq dost, xilaskar və namus qoruyucusu sayılıb. “Arvad, at, papaq” ifadəsi kişilərin qeyrət rəmzi kimi səciyyələndirilib. At həm də murad, müqəddəs heyvan hesab olunur. Onun haqqında saysız-hesabsız deyimlər mövcuddur.
Qərb mədəniyyətində isə təkbuynuzlu at və qanadlı at – Peqas da müqəddəs sayılır.
 

Onu da vurğulayaq ki, Qırmızı At ilinin gəlişi heç də firavanlıqdan xəbər vermir. Əgər yola saldığımız İlan dövrünün ən qalmaqallı hadisələri Suriyada baş verən proseslərlə yadda qaldısa, bu dəfə daha qorxulu olayların yaşanması istisna deyil.


“Avesta” təqviminə görə, bu il Xeyir və Şər qüvvələri bərabərləşəcək. Bu isə qızğın mübarizənin gedəcəyinə zəmin yaradacaq. Təxminən may ayına qədər davam edəcək bu qarşıdurmada ədalət tərəfdarları üstünlüyü ələ ala bilsələr də, onu qoruyub saxlamaq olduqca çətin olacaq.
İlin astronomik işarəsi olan Atın qırmızı rəng daşıması ictimai-siyasi proseslərin nəzarətdən çıxmasına səbəb olacaq və əksər hallarda bu baş verəcək.
Məhz bu amili əsas götürən qədim insanlar Qırmızı Ata ehtiyatla yanaşır, onu şər qüvvə kimi qəbul edir və yalnız bədbəxtlik gətirdiyini düşünürdülər. Bu Zodiak ili güc, ehtiras və məqsədyönlü səyləri simvolizə edir. Belə dövrlər dinamizm, yeni imkanlar və eyni zamanda çətinliklər gətirir. İlin simvolu həvəs, sürət, qətiyyət və ehtirasın təcəssümüdür. Odlu At enerji, hərəkət və transformasiyanı simvolizə etdiyindən ilin gərgin və hadisələrlə zəngin olacağı gözlənilir”.
Astroloqun sözlərinə görə, at inanılmaz iradə, güc və dözümlülüyə malikdir:
“Bu işarə altında doğulan insanlar öz dəyərlərini tanıyır, dostluğa meyilli, sevgi dolu olmağı bacarır və sədaqətləri ilə seçilirlər. Atla düzgün münasibət qursanız, ciddi problemlərlə üzləşməyəcəksiniz. O, istənilən vəziyyətdə dəstək göstərər, söykənəcəyiniz bir çiyin olar və vacib məsləhətlər verər.
At ili bir çox müsbət dəyişikliklər vəd edir. Bu heyvan durğunluğu sevmir; daim irəli getmək və həyatdan zövq almaq istəyir. Od elementi isə ilin xüsusiyyətlərinə xüsusi çalar qatır. Od dualist mahiyyət daşıyır: həm isidir, həm də yandıra bilər. Buna görə də təhlükələri nəzərə almaq və ehtiyatlı davranmaq vacibdir. At dedi-qodunu və gizli sövdələşmələri sevmir.
Bu, açıq və şəffaf bir əlamətdir: qaydalara uyğun oynayın, hər şey yoluna düşəcək.
 

At sosial varlıqdır; az adam tənhalığı üstün tutur. Astroloji mənbələrə görə, Qırmızı At ilinin üzərinə düşən əsas vəzifə milli, dini və mistik məsələlərin həllidir. İnsanları narahat edən qlobal problemlər, dünyanın gedişatı, bəşəri birliyin güclənməsi və vətənimiz olan Yer kürəsinin qorunması 2026-cı ilin başlıca öhdəlikləri sırasında olacaq”.


Rəhmlinin sözlərinə görə, At ili daha çox öz yolu və məsləyi olan insanlar – ədalət tərəfdarları, yüksək bilik sahibləri, incəsənət xadimləri, ilahi missiyaya xidmət edənlər və bir sözlə, Tanrıya sığınanlar üçün uğurlu sayılır. Əgər hər kəs “Avesta”da deyildiyi kimi Xeyirxah Fikrəyə, Xeyirxah Sözə və Xeyirxah Əmələ xidmət etsə, bəxti də onun üzünə güləcək. Bu sıraya İlahi kamillikdən bəhrələnən, Tanrı qanunlarını pozmayan öncəgörənlər də daxildir.
At ili İblisə qulluq edənlərə isə bədbəxtlik gətirəcək.
Yalançıların, qarğış sahiblərinin, xəyanətkarların, böhtançı və rüşvətxorların, cadugər və falçıların üzü gülməyəcək.
 

Xalqını və millətini talayanlar, başqalarının əməyini istismar edərək sərvət toplayanlar, insanları qorxu içində saxlayanların acı aqibəti yaxınlaşacaq. Tarix göstərir ki, At illərində həddindən artıq qanlı hadisələr baş verib. Elə bu səbəbdən də cəmiyyətdə təşviş var. Bir çoxları düşünür ki, çılğın At ilində müharibələr, kütləvi qırğınlar və təbii fəlakətlər geniş vüsət alacaq.


Doğrudur, narahatlığa əsas verən səbəblər kifayət qədərdir, lakin bəla çəkənlərin əksəriyyəti günahkarlar olacaq.
Unutmayaq ki, At illərində qəfil yüksəlişlər və ani enişlər baş verir. Həyatın dibində çabalasa da qəlbində Tanrı sevgisi daşıyanlar heç kimin gözləmədiyi zirvələri fəth edəcəklər. Firavan ömür sürüb Allahını unudanlar, ətrafına zərər verənlər, hətta ölkələrə rəhbərlik etsələr belə, sonda zəlil günə qalacaqlar. At ilinin mahiyyəti də məhz bundadır.
Hesablamalara görə, ilin ilk yarısı olduqca çətin keçəcək.
Qalib gəlmək üçün həddindən artıq və riskli öhdəliklər götürməmək, məsuliyyət hissini artırmaq zəruridir. Bu dövrdə qlobal dəyişikliklər, qeyri-standart hadisələr və reallıqdan uzaq görünən situasiyalar mümkündür. İnsanlar baş verən proseslərin məntiqini anlamaqda ciddi çətinliklər çəkəcəklər”.
O, qeyd edib ki, dünyanı idarə edən gizli və nəhəng qüvvələr arasında kəskin qarşıdurmalar yaşanacaq.
“Heç kimin gözləmədiyi liderlərin siyasi səhnədən çəkilməsi, az tanınan şəxslərin isə ön plana çıxması müşahidə olunacaq. Yeni liderlərin meydana çıxması ilə dünyanın siyasi mənzərəsi xeyli dəyişəcək.
İlin ikinci yarısı nisbətən sakit keçəcək.
Bu dövr evlənmək, ailədaxili problemləri həll etmək, tikinti və təmir işləri aparmaq üçün daha münasib sayılır. Bununla belə, Şərqdəki gərginlik və alovlar tədricən Qərbə doğru yönələcək. Bu proses hələ əsas mərhələyə keçməyəcək, çünki əsas sarsıntıların 2027-ci ilə təsadüf edəcəyi proqnozlaşdırılır.
Bu mərhələdə dini və texnoloji sahələrdə müəyyən irəliləyişlər də müşahidə olunacaq.
Azərbaycana gəlincə, ölkə üçün tam sakit il vəd olunmur. Yaz aylarında gərginliyin artacağı gözlənilir. Bu, təkcə siyasi müstəvidə – müxalifət və iqtidar arasında deyil, həm də cəmiyyət–hakimiyyət münasibətlərində özünü göstərəcək.
Xarici müdaxilələr də daha qabarıq şəkildə hiss olunacaq.
Gözlənildiyi qədər olmasa da, qismən bahalaşma müşahidə ediləcək. Marsın təsir imkanlarının artması səbəbindən bu il nikahların sayında artım gözlənilir. Sevgi üzərində qurulmayan evliliklərin pozulması halları isə daha da çoxalacaq”.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:27
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Dekabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see256

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see254

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see230

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see214

Daha beş tibb müəssisəsində ilkin dializ kateterinin qoyulması xidməti təşkil ediləcək

15 Dekabr 2025 19:12see203

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see173

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see172

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see163

ABŞ dan Ankara və İrəvan açıqlaması: Zəngəzura işarə edildi

15 Dekabr 2025 22:52see154

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see150

Anasını qızıl tabutda dəfn etdi Video

16 Dekabr 2025 06:40see149

İlham Əliyevin amnistiya təşəbbüsü humanizm və sosial ədalət prinsiplərinə sadiqliyin göstəricisidir

15 Dekabr 2025 20:55see148

2025 ci ildə ən çox buna pul xərcləmişik

15 Dekabr 2025 19:25see147

“DTX nin keçirdiyi əməliyyatlar digərləri üçün növbəti xəbərdarlıqdır”

15 Dekabr 2025 17:13see145

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see141

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see140

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see140

Münaqişənin həllinə həmişə olduğundan daha yaxınıq Tramp

16 Dekabr 2025 00:31see134

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see129

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri