Icma.az
close
up
RU
Alp Ər Tunqa Əcdadın şanlı adı

Alp Ər Tunqa Əcdadın şanlı adı

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

II Yazı

Farslar Alp Ər Tunqa ilə olan savaşlardan birində ordusuyla birlikdə Alp Ər Tunqanın tabeliyinə keçən Çin xaqanını əsir almışdılar.Alp Ər Tunqa son savaşda məğlub olub çəkildi.
Bu arada Fars taxtına Turandan qaçırılaraq gətirilən Keyxosrov əyləşmişdi.Türklərin məğlubiyyətiylə dünya Keyxosrova qalmış olurdu. Ancaq türklər qisas üçün hər fürsətdən istifadə edirdilər. Bunun üçün Keyxosrov Farsların məşhur qəhrəmanlarından Bijəni Turana göndərdi. Bijən Turan torpağına girincə meşədə nəşə içində əylənən qızlar gördü. Bu qızlar Alp Ər Tunqanın gözəl qızı Mənijəni əyləndirirdilər.Bijən Manijəni görər-görməz aşiq oldu.Manijə də onu sevdi və Turana-öz sarayına gətirdi.Bunu öyrənən Alp Ər Tunqa çox hirsləndi.Bijəni zindana saldırdı,qızını da qovdu.
Fars padşahı Rüstəmə geri qayıtmayan sərkərdəsini tapıb gətirmək tapşırığını verdi.Rüstəm tacir qiyafəsində Alp Ər Tunqanın sarayına qədər gedərək həm Bijəni qurtardı,həm Mənijəni qaçırıb Fars ölkəsinə göndərdi.
Rüstəm bir dəfə daha qalib gəlmişdi.Karluğa çəkilən Alp Ər Tunqa bəylərini toplayıb belə dedi:
“Mən dünyaya hökm edən Xaqanınızdım.Bu günə qədər Fars Turana tay olmamışdı.Amma bu gün farslar sarayıma qədər gələ bilir.Milyon döyüşçüdən ibarət türk və çin əsgərləri ilə farsa yürüş edib,qisas almalıyam”.
Alp ər Tunqa “min kərə min ordusunun üçdə ikisini (yəni 700 mindən çox) toplamışdı.Bəykənd şəhərindəki qərargahında altunlu taxtında otururdu.Ancaq artıq xeyli yaşlanmışdı.İrəliyə göndərdiyi ordunun basıldığını öyrənincə çox üzüldü.Hələ təkbətək bir döyüşdə gənc oğlu Şidənin də ölməsi könlündə olmazın yaralar açdı.Tabelyindəki gücü toplayıb yürüdü.kükrəmiş aslanlar kimi savaşırdı.Çox qocalmış və yaralı bir aslan olan Alp Ər Tunqanın özünün savaşmasına da bəylər izin verməmişdilər.
Bu hadisə Alp Ər Tunqaya çox ağır gəldi.Ordusunu götürüb Ceyhun çayının o tayına keçdi.Burada Qaraxanın ordusu ilə birləşib Buxaraya, daha sonar da paytaxt Kanqa gəldi.
Kanq cənnət kimi bir şəhərdi.Torpağı mis kimi sarayları altundandı. Qalası o qədər yüksəkdi ki,üzərindən qartal belə uça bilməzdi.Hər məhəlləsində hovuzlar vardı.Anbarlar ərzaqla dolu idi.Hovuzların eni və boyu bir ox atımı qədər böyükdü.Alp Ər Tunqa burada oturub Çin xaqanına məktub yazdı və yardım gözlədi.
Keyxosrov və Rüstəm öncə geri çəkilir kimi hərəkət etmiş, sonra hirslənib Turanın içlərinə girmiş,Kanq şəhərini mühasirəyə almışdılar. Qalanın ətrafinda xəndəklər qazdılar.Buraya odun yığıb qətran tökdülər və odladılar.Alp Ər Tunqa 200 bəyi ilə gizli yoldan çıxaraq qurtuldu və Çin xaqanının yanına getdi. Çin xaqanı böyük bir ordu hazırlamışdı. Bunu duyan türklər də Alp Ər Tunqanın yanına getmək üçün yola düşdülər.
Alp Ər Tunqa təkrar təcili hazırlıq gördü, amma Cin xaranı sözündən qaçdı və Keyxosrovla anlaşma imzaladı.Buna görə Alp Ər Tunqa Keyxosrova bir məktub yazaraq insanlardan uzaqda və özünün bəyənəcəyi bir yerdə təkbətək döyüş təklif etdi.Ancaq ən güclü çağında olan Keyxosrov ixtiyar aslan Alp Ər Tunqa ilə təkbətək döyüşə cəsarət etmədi.
Ordusuz qalan Alp Ər Tunqa pərişan bir halda Xəzər dənizinə gəldi. Bu dərin dənizi keçərək Kanqidizi şəhərinə çatdı.Keyxosrov böyük böyük ordusu ilə onu təqib edirdi.Alp Ər Tunqa tam yapyalqız qalmışdı. Yeməyi, icməyi yoxdu.Qayalıq bir dağda,bu dağın təpəsindəki mağarada qalır,qara taleyi üçün göynəyir,tanrıdan güc,qüvvət diləyirdi. Onun yalvarışını duyan Hum adında biri bu adamın Alp Ər Tunqa olduğunu anlamışdı.Çünki bu türkcə sözləri elə bir yanğıyla ondan başqası söyləyə bilməzdi.Həmin adam onu dustaq etdi.Ancaq Alp Ər Tunqa onun elinden qurtularaq özünü suya ardı.Su başında olanlar onu qurtarmaq istədiklərini söyləyərək hiylə işlətdulər və sudan çıxar-çıxmz öldürdülər (Tarix Keyxosrovun Alp Ər Tunqanı ziyafətə dəvət edib,hiylə ilə öldürüldüyünü söyləyir).
Bu xəbər qısa zamanda hər tərəfdə deyildi və Turanı matəmə bürüdü.Bütün türklər qanlı göz yaşı tökərək,bağırışıb yaxalarını yırtaraq ağılar söyləyib ağladılar ağladılar.Dəfndə qopuz çalan özanlar bu ağını söyləyirdilər:
Alp Ər Tunqa
Alp Ər Tunqa öldümü
Yaman dünya qaldımı
Fələk öcünü aldımı
İndi ürək dalğanır
Zaman fürsət gözlədi
Gizli silah uzatdı
Bəylər Bəyin şaşırtdı
Qaçsa necə qurtulur?

Ərlər qurd kimi ulaşır
Yaxa yırtıb bağırışır
Yırlayıcı kimi inildər,inlər
Ağlamaqdan gözü örtülür

Bəylər atlarını yordu
Qayğı onları durdurdu
Bənizləri,üzləri saraldı
Sanki safran dürtülür

Zaman günü dalandırır
İnsanın gücünü göstərir
Dünyanın ərlərini azaldır
Qaçsa daha ölüm erişir

Bilk ağılla kötüləşdi
Dünya onların ətini də izlədi
Ərdəmlk əti çürüdü
Yerə düşüb sürtülür

Zamanın görənəyi böyləymiş
Bundan başqa səbəb də var
Dünya gəlib ox atınca
Dağlar başı kərtilir (doğranır)

Könlüm ta içdən yandı
Onulmuş yarayı qaşıdı
Keçmiş günləri aradı
Dün gün keçər o aranır
“ Divani lüğət ət-Türk” dəfələrlə Alp Ər Tunqadan( Alp Artunqa) bəhs edib və onun ölümündə söylənmiş sağunu (mərsiyə) dərc etmişdir:
Alp Artunqa öldi mu
Ödlək öcin aldı mu
Bu günki türkcəmizlə:
Alp Artunqa öldümü,
Zəmanə intiqamını aldımı

Issız acun qaldı mu?
İmdi yürek yırtılur
Bu günki türkcəmizlə:
Tənha (və ya fani) dünya qaldımı?
İmdi yürek yırtılur
Bu günki türkcəmizlə
Tənha (və ya fani) dünya qaldımı?
Mahmud Kaşğaridən üç il qabaq Yusif Xas Hacib tərəfindən yazılan “Qutadğu bilik” (“Elm siyasət”) şeir kitabında da Əfrasiyab haqqında bu misralar dərc edilmişd:
Bu türk bəklərində ati belgülük
Tunqa Alp ər irdı kuti belgülük
Bedük bilgi birlə öküm ərdəmi
Biliklik okuşluk budun gödrəmi
Taciklər ayır onu Əfrasiyab
Bu Əfrasiyab tutdi eller talab
Bugünki dilimizdə: Türk bəyləri içində adı tanınmış (bəlli), Alp Artunqa iqtidarı tanınmış,böyük biliklə, çox fəzilətli idi.Bilikli,ağıllı el hökmdarı idi.Taciklər ona Əfrasiyab deyirlər,bu Əfrasiyab elləri (dünyanı) tutdu.
Alp Artunqa barəsində “Şahnamə” də müfəssəl rəvayətlər vardır.Təbiidir ki, Firdovsinin nəzmə çəkmiş olduğu rəvayətlər qarşı tərəfin görüşünü əks etdirir.
“Divani-lüğət-it Türk “də Alp Ər Tunqa
Alp Ər Tunqa “Türklərin ulusal qəhrəmanı və böyük Xaqandır.Mahmud Kaşğari söyləyir Tarım Təkinlərə və Əfrasiyab soyundan olan xatunlara və bunların uşaqlarına qarşı söylənən bir kəlmədir. Altun Tarım “Böyük qadınların ləqəbidir şəklində “Tarım” kəlməsinin anlamını açıqlar.”Tegin “ kəlməsi Əfrasiyab sülaləsinin kişi üzvlərinə məsub şahzadələr üçün işlədilirdi.Ayrıca “xan” kəlməsinin Əfrasiyab sülaləsinə mənsub generallar ordu komandanları üçün işlədilən rütbə idi.Bütün Türk xanlarının Əfrasiyab soyundan gələnlər olduğu, Əfrasiyab üçün isə “xaqan” kəlməsi ilə onun dövlət başçısı olması təsdiqlənirdi.
“Təbakəti-Nəsəri”
1259-cu ildə qələmə alınmış “Təbakəti-Nəsəri” adlı əsərdə də bənzər şəcərənamələr yer almaqlada,orada Əfrasiyab adı altında Alp Ər Tunqadan da söz açılmaqdadır.Bu kitabda Alp Ər Tunqa ilə bağlı olan başqa bir türk mənşəli əfsanə də yer almaqdadır.Söhbət Altay türklərində “Alp Manaş”, özbəklərdə isə “ Alpamış “ adı ilə məşhur olan dastanın süjeti ilə üst –üstə düşən bir süjetdən gedir.Bu süjetdə əsərin qəhrəmanı Majan adlanır.”Kitabi-Dədə-Qorqud”un Bamsı Beyrəkdən söz açılan boyu ilə səsləşən həmin süjetin Altay və özbək süjetləri ilə eyniliyi məsələsinə ayrı-ayrı vaxtlarda V.Jimunski və M.H.Tantəkin toxunmuşlar.Eyni əfsanənin Firdovsi tərəfindən qeydə alınmış variantında (Bijən və Mınijə) həm də Kiaksarın (Keyxosrov), həm də Alp Ər Tunqanın (Əfrasiyab) adına rast gəlinir.Firdovsinin yazdığına görə,Ərməniyyə elçiləri Keyxosrovun yanına gələrək ölkəni basmış donuz sürülərindən xilas etmələrini xahiş edirlər.Keyxosrov bu məqsədlə Bijəni Ərməniyyəyə göndərir.Gərgini ona bələdçi kimi qoşur.
Alp Ər Tunqa və ya Tunqa Alp Ər əfsanəvi Turan padşahı,Türk hökmdar soyunun atası qəbul edimiş və bir çox Türk boylarının simvolu olaraq günümüzə qədər davam etmişdir.Yazılı Türk qaynaqları içində Alp Ər Tunqa ilə ilgili bilnən ən əski məlunata Orxon abide daşlarında rast gəlinir.Alp Ər Tunqa Səlcuqların 33 atasından biri olaraq sayılır.
Alp Ər Tunqa ( fars dilində Əfrasiyab) qədim mifoloji və tarixi türk xaqanı,Saka (Skif) hökmdarıdı.
Azərbaycan türkcəsində adının və sözlərin mənası:
Alp-igid,qəhrəman,bahadır.
Ər-kişi,erkək adam, igid.
Tunqa (və ya Tonqa)-pələng,şir,leopard, və ya qüdrətli vəhşi pişik cinsindən olan yırtıcı (məsələn,sibir pələngi,leopard).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Oktyabr 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri