Icma.az
close
up
RU
Alp Ər Tunqa Əcdadın şanlı adı

Alp Ər Tunqa Əcdadın şanlı adı

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

I Yazı

Əfrasiyab əski türk xaqanı və qəhrəmanıdır. Bu qəhrəmanın türk adı Alp Ər Tunqadır (Alp-qəhrəman). Alp Artunqa e.ə.VII əsrdə Saka türklərinin (Turan) böyük xaqanı olmuşdur. O,Fars-Turan savaşlarında iştirak edərək farsları dəfələrlə məğlub etmiş,sonunda Key Xosrova (Kiya Kəsra) məğlub olaraq öldürülmüşdür. Mahmud Kaşğari yazdığı “Türk dil və ləhcələrinin lüğət və qrameri kitabında” Divanü Lüğat -it-Türk dəfələrlə Alp Ər Tunqadan bəhs edib.

Alp Ər Tunqanın M.ə. 7-ci yüzillikdə yaşamış çox sevilən,qəhrəman bir türk hökmdarı olduğunu bilirik. Mənbələr onun “Türk bəyləri içində adı və igidliyi ilə tanınmış məlumatlı, əxlaqlı, böyük elləri idarə etməyi bacaran, bir çox qövmə hökm edən...” bir xaqan olduğunu söyləyir.

Bu Alp hökmdarın idarəsindəki dövlətin də Saka türk imperatorluğu olduğunu söyləyən tarixçilər çoxalmışdır.Bu dövlətin adı bəlkə onun adıyla,ya da babası Peçeneq Kazan adıyla söylənirdi. Farslar Peçeneq turanlıların hökmdarı (yəni türklərin hökmdarı) Alp Ər Tunqaya Əfrasiyab da deyirdilər. Əfrasiyabın Alp Ər Tunqa olduğunu həm Yusif Balasaqunlunun kitabı “Kutadqu-Biliq”,həm də “Divanü Lüğat -it-Türk” bildirir.Əfrasiyab qədim farsların şər, pislik ilahilərinə verdikləri addır. Belə ki,onlar Alp Ər Tunqadan çox qorxduqları üçün ona bu adı vermişdilər.

Alp Ər Tunqa Fars hökmdarı Keyxosrov tərəfindən bir ziyafətə çağrılaraq hiylə ilə öldürülmüşdür.Bu hadisə M. ö. 624-cü və ya 625,626-cı ildə baş verdi.Assuriya qaynaqlarımda Maduva,Herodotda Madyas olaraq keçən qəhrəmanın da Alp Ər Tunqadan başqası olmadığı anlaşılır.Qüveyni ona Buğu xan, Mərcani isə Buqu xan Bin Piçiniq (Peşenq) deyir.

Türklərin onu dastanlaşdırdıqları şübhəsizdir.Bu gün bu dastan zamanəmizə gəlib çatmamış,yalnız dastanın son hissəsi olduğu anlaşılan saqu (ağı) dan bəzi misralar “Divani-Lüğəti-Türk” də verilmişdir.

Alp Ər Tunqanın adından və qəhrəmanlığından müxtəlif millətlərin tarixində söz açılmasına baxmayaraq bu mənbələr onun başında durduğu dövlət haqqında yetərli məlumat verməyib.

Firdovsinin “Şahnamə”sində çox yer verilən Əfrasiyab əslində Alp Ər Tunqa olduğunu aşağıdakılardan anlayırıq.(Bu Türk bəyləri içində adı bəlli, kökü bəlli Alp Ər Tunqa,böyük və ədab-ərkanlı bir hökmdardır. Çox məlumatlı,məziyyətli bir böyükdür.Taciklər (farslar) ona Əfrasiyab deyirlər. Bu Əfrasiyab basqın və və yazmalarla elləri (dünyanı) tutur.Taciklər bunu kitabda yazmışlar.Kitab yox olsaydı bunu kim anlardı?)

Alp Ər Tunqanın öyüd-nəsihətli,adil bir hökmdar olduğunu yenə “Kutatqu Biliq”dəki bu misralar çox yaxşı anladır:

(Tunqa Alp Ər Xaqan nə deyir eşit.Bax gör o bu öyüdü bilib söyləmiş. İnsan qəlbi ətdir,çürüyür məhv olub gedir.Ey insan,sən onu yaxşı-yaxşı qoruyub saxla).

İslamiyyətdən qabaq da,İslamiyyətdən sonra da türklər (Göy –Türklər, Uyğurlar,Karluklar,Qaraxanlılar,Səlcuqlar) Alp Ər Tunqanı Ata olaraq qəbul etmiş və onun soyundan olmaqla öyünmüşdür.Bu Atanı bəzən Alp Ər Tunqa,bəzən də Tunqa Alp Ər olaraq anlayırlar.

Bu Ali türk hökmdarı ilə bağlı ən geniş məlumat Firdovsinin “Şahnamə”sində verildiyi üçün Alp Ər Tunqa dastanını da ancaq onun misralarından çıxarırıq.Təbii ki,bu əsl dastan deyildir.Alp Ər Tunqanın dastanı milliyətçi bir tacik şairinin görüşüylə anladılmışdır.

Tacik şairi Firdovsi farslara Qəznəvilərin,yəni türklərin hakim olduğu bir dövrdə 934-1020-ci illərdə arasında yaşadı.1010-cu ildə tamamladığı “Şahnamə”sini Qəznə Sultanı Mahmuda ithaf etdi. 60.000 beytlik bu əsərdə Tacik tarixi dastan üslubunda anladılır. Əsərində öz yaşadığı dövrdə türklərin hakimiyyətində olan taciklərin parlaq keçmişini dərin duyğu və coşğunluqla dilə gətirir.Taciklərin turanlılarla (türklərlə) apardığı müharibələrdə qazandığı qələbələri ən güclü türk hökmdarı olaraq tanınan Alp Ər Tunqaya xatırladarkən “İndi hakim olan sizsiniz, amma vaxtilə Zaloğlu Rüstəm və Keyxosrov sizin ən böyük dövlətinizi yenmiş,yıxmışdı...” deyir,taciklərdə müstəqillik duyğusunu oyatmağa, gücləndirməyə çalışırdı.

“ Alp Ər Tunqa” dastanı

Başda “Şahnamə” olmaq üzrə müxtəlif qaynaqlardan gələn Alp Ər Tunqa dastanının əvvəli belədir:

Turan ilə taciklər bir-birinə qonşu və düşmən iki dövlət idi.Tacik taxtında Mənüçöhr,Turan taxtında isə Alp Ər Tunqanın atası Peşenq Xaqan otururdu.

Tacik hökmdarı Mənüçöhr öldükdən sonra Xaqan Peşenq oğlu Alp Ər Tunqaya belə dedi: “Bu taciklərin bizə etmədiyi pislik yoxdur. İndi türkün öc almaq zamanı gəlmişdir!

Alp Ər Tunqa da bunu istəyirdi.”Aslanlarla belə çarpışacaq qədər gücüm var və taciklərdən öc alacağım” dedi.Peşenqin o biri oğlu Alp Aruz taciklərlə müharibə tərəfdarı deyildi.Ancaq qərar verildi və Alp Ər Tunqa savaş hazırlığına başladı.

Alp Ər Tunqa aslan kürəkli,səri boylu idi,hücumda timsah qədər cəsur, ov ovlarkən erkək aslan kimi çevik, döyüşdə savaş fili qədər qüvvətliydi. Yüyürdüyü zaman yeri titrədir,dalbadal atdığı oxlar vıyıldayaraq göyü inlədirdi.O hiddətlənib savaşa girəcək olsa ayaq basıb toz qaldırdığı yerdə ətrafı qan seli bürüyərdi.Dostlarına umud verən,güc verən dili düşmənləri üçün kəskin bir qılınc idi.Bilikdə də ondan üstünü yoxdu.Ürəyi dərya qədər geniş,əli isə yağmur yağdıran bulud qədər comərddi.Atasının adı Peşenq,üçüncü nəsildən bəri atasının soyu kimi adı da türk idi.

Alp Ər Tunqanın oğulları və qızları da vardı.Qızlarının birinə qaz qədər gözəl olduğu üçün Qaz adını vermişlərdi. Atası ona “İlə Suyu”na axan böyük bir çay kənarında bir qala saray yapdırmışdı.Qaz burada oynar,üzərdi.Onun üçün türklər bu suya “Qaz Suyu” deyirdilər.Daha sonra Qazın yaşadığı,oynaya-oynaya böyüdüyü yer böyük bir şəhər oldu.Bu şəhərə Qaz Oyunu) adı verildi (Bugünki Qəzvin şəhəri).

Alp Ər Tonqanın ordusu ilə taciklərin üzərinə yürüdü.İki ordu Dehistan bölgəsində qarşılaşdılar.Türk ordusundan Barman adlı bir igid atını önə sürərək təkbətək döyüşmək üçün taciklərdən ər dilədi.Barmanın qarşısına tacik sərkərdəsinin qardaşı Qubad çıxdı.İki savaşçı sabahdan axşama qədər döyüşdülər. Sonunda Barman qarğısı ilə Qubadı aşırdı və Alp Ər Tunqanın yanına zəfərlə döndü.

Bundan sonra iki ordu bir-birinə qarşıdı və o günə qədər görülməmiş dərəcədə şiddətli bir savaş oldu. Bu savaşı Alp Ər Tunqa qazandı. Meydan ölən farslarla doldu və fars padşahı geri çəkilib Dehistan qalasına sığındı. Ancaq Alp Ər Tonqa qalanı mühasirəyə aldı və sonunda Tacik padşahını əsir etdi.

Bundan sonra Tacik ölkəsinə bağlı Kabil ölkəsini,qəhrəmanlığı ilə məşhur padşahı Zal taciklərin yardımına gəldi, qəfləti bir hücumla türk ordusu dağıdıldı.Bundan çox qəzəblənən Alp Ər Tunqa əsir tacik padşahını öldürtdü.O biri əsirləri də öldürtməsinə qardaşı Alp Aruz mane oldu.Əsirləri Sari şəhərinə gətirdilər.Daha sonra əsirlərin qaçmasına göz yumulduğu üçün hiddətlənən Alp Ər Tunqa qardaşı Alp Aruzu da öldürtdü.

Alp Ər Tonqa yenə qalibdi və Rey şəhərinə gedərkən tacik padşah tacını da taxmışdı.Taciklər isə ölən padşahlarının yerinə Zevi gətirmişdilər.İki ordu təkrar üz-üzə gəldi. Bu dəfəki müharibə dövründə hər iki ölkədə ərzaq qıtlığı oldu. Bunun üçün də “ Savaş və qıtlıq insanlığı məhv etməsin” deyə barışdılar. Taciklərin Şimal əyalətləri Turanın oldu.

Tacik padşahı Zev ölüncə barış yenə pozuldu və Alp Ər Tunqa təkrar hücuma keçdi. Taciklər Zaldan yardım istədilər. Zal artıq qocaldığı üçün qəhrəmanlıqda özündən üstün öğlu Rüstəmi göndərdi.Zal oğlu Rüstəm ordunun başında irəliləyərək türkləri məğlubiyyətə uğratdı və tacik taxtına Keyqubadı çıxardı.

Rüstəm bir hücumla 1160 türk qəhrəmanını öldürdüyü üçün türklər çəkildilər və barış imzalamaq məcburiyyətində qaldılar.

Daha sonra tacik taxtına Keykavus keçdi.Həmin dövdə fars tabeliyində olan ərəblər üsyan qaldırdı. Alp Ər Tunqa bundan istifadə edərək taciklərə qarşı hücuma keçib çoxlu əsir götürdü.Yalnız Kabil padşahı yenidən taciklərin köməyinə gəldi və türklər məğlub oldular.

Bundan sonra Zaloğlu Rüstəm öz dəstəsi ilə türklərə aid torpaqlarda ov etməyə başladı. Buna dözməyən Alp Ər Tunqa ordusunu təkrar hərəkətə keçirdi. Ancaq pis yuxu görmüşdü. Bunu yozdurdu və bəylərin də fikrini öyrənib farslarla barışıq imzaladı.Bu anlaşmaya görə Türküstandakı Buxara,Səmərqənd və Çak şəhərlərini farslara verdi.

Bu barışla razılaşmayan Keykavus Rüstəmə və öz oğlu Siyavuşa qarşı pis münasibət göstərərək onları küsdürdü.Rüstəm öz ölkəsinə çəlkildi.Siyavuş isə türklərin o zamankı paytaxtı Kanq şəhərinə gedərək Alp Ər Tunqaya sığındı.

Siyavuş özünü türklərə çox sevdirdi.Başlanğıcda bir türk kimi hərəkət edirdi.Burada türk qəhrəmanlarından biri olan Piranın qızı ilə evləndi Bu nigahdan bir oğlu oldu. Ona Keyxosrov adını verdilər.Siyavuş bir qədər sonra Alp Ər Tunqanın gözəl qızı Firəngiz ilə evləndi.Amma bir az sonra türk əxlaq qaydalarına əməl etmədiyinə və bəzi siyasi təşəbbüslərə qoşulduğuna görə Alp Ər Tunqa onu öldürtdü.

Siyavuşun öldürülməsindən sonra Rüstəm ordu toplayaraq təkrar hücuma keçdi və bu dəfə türklər ağır məğlubiyyətə uğradılar. Bu savaşda Alp Ər Tunqanın oğullarından Sarka da öldürülmüş.Turanın bir çox şəhərləri yandırılmışdı.

Alp Ər Tunqa Turan üçün qan ağladı və qisas almaq üçün and içdi.Farsların içlərinə girərək əkinləri yandırdı və çoxlu əsir aldı. Farslar yeddi il sürən qıtlıqdan qırıldılar.

Arıq Alp Ər Tunqa ilə Rüstəm arasında savaş fasilələrlə davam edir, bəzən türklər, bəzən taciklər qalib gəlirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Oktyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri