Alparslan Bayraktar: 2026 cı il Türkiyə üçün atom enerjisi ili olacaq
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2026-cı il Türkiyə üçün atom enerjisi ili olacaq. Ölkəmiz energetika sahəsində daha böyük uğurlara imza atacaq, xarici enerji resurslarından asılılıq azalacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu açıqlamanı Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar yanvarın 1-də nazirliyə bağlı qurum və təşkilatların rəhbərləri ilə videoformatda keçirdiyi iclas zamanı səsləndirib.
A.Bayraktar bildirib ki, yeni ildə ən çox müzakirə olunacaq mövzulardan biri Mersin vilayətində inşa olunan “Akkuyu” Atom Elektrik Stansiyasından ilk elektrik enerjisinin istehsalı olacaq.
Nazirin sözlərinə görə, sözügedən layihə Türkiyə tarixində ən böyük xarici investisiyalardan biridir.
“Akkuyu” AES-in inşasına hazırda 16 minə yaxın işçi qüvvəsinin cəlb olunduğunu qeyd edən A.Bayraktar, cari ildə ilk ölkədaxili səfərlərdən birini məhz Mersinə edəcəyini deyib.
Baxış sayı:81
Bu xəbər 01 Yanvar 2026 23:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















