Icma.az
close
up
RU
“Alternativ olmadığına görə belə stadionlarda oyun keçirmək məcburiyyətindəyik” PFL ittihama cavab verdi

“Alternativ olmadığına görə belə stadionlarda oyun keçirmək məcburiyyətindəyik” PFL ittihama cavab verdi

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Karvan” – “Qəbələ” oyununu izləyənlər Yevlax şəhər stadionunun ot örtüyünün acınacaqlı vəziyyətini gördü. Yaşıl otdan əsər-əlamət qalmamışdı. “Qəbələ” nin idman direktoru Səbuhi Səfiyarlı isə PFL-in belə qazonda oyun keçirməyə icazə verməməli olduğunu dedi.

“Football-plus.az” ittiham olunan tərəfə, yəni PFL-ə tribuna verməyi lazım bildi. Qurumun media və marketinq direktoru Sənan Abdullayevin cavabı:

“Mövsüm başlamamış PFL bayrağı altında keçirilən yarışlarda iştirak edəcək bütün komandaların stadionlarının təftişi həyata keçirilir. Məlumdu ki, premyer-liqa və 1-ci liqanın bəzi komandalarının çıxış etdiyi stadionlar istisna olmaqla, başqalarında ot örtüyünə peşəkar səviyyədə baxış-qulluq həyata keçirilmir. Buna da səbəb baxımın əlavə maliyyə tələb etməsidi. Biz də arzulayardıq ki, oyunlar yüksək səviyyədə qulluq göstərilən stadionlarda keçirilsin. 1-2-ci liqadalarda indiki məqamda ot örtüyü ilə bağlı problemlərin olması ilə razıyıq. Çünki əksər stadionlarda ot örtüyü təbii yolla, çayır və digər az da olsa yaşıllıq yarada biləcək bitkilərin əkilməsi ilə qurulur. Bu zaman da xüsusən hava soyuduqca örtük ağırlaşır və bir çox hallarda yüklənməyə tab gətirməyərək sıradan çıxır. "Karvan"ın da timsalında bunun şahidi olduq. Bu, bizim üçün də xoş deyil. Sadəcə, alternativ olmadığına görə belə stadionlarda oyun keçirmək məcburiyyətindəyik. Burdan digər bir sual da ortaya çıxır. Axı bizim məqsədimiz həm də azarkeşləri uzağa aparmamaqdı. Belədə yevlaxlılar üçün daha yaxşı vəziyyətdə olan hansı məkanı seçə bilərik ki? Digər tərəfdən, stadion, yararlı infrastruktur dedikdə təkcə ot örtüyü nəzərdə tutulmur. Azarkeşlərin rahat gediş-gəlişi, əyləşməsi də var. Nəinki 1-ci liqada, ümumiyyətlə, ölkədə, demək olar ki, "Qəbələ" kimi infrastrukturu olan klub yoxdu. Hazırda hər kəsi onlarla müqayisə etmək də doğru olmaz. Çünki xərclər böyüyür, xüsusilə də aşağı liqalarda büdcələr kiçikdi. Amma bu o demək deyil ki, belə də qalacaq. Bu məsələyə də müdaxilə ediləcək və gələcəkdə heç olmasa, 1-ci liqa klublarının stadionlarının "Qəbələ"nin ehtiyat arenası səviyyəsində olmasının tələb edilməsi planlaşdırılır. Amma bunlar zaman və böyük maliyyə tələb edir. İndiki məqamda ideal stadion tələbini 1-ci liqa klublarının qarşısına qoya bilərik, amma nəticə əldə edəcəyimiz inandırıcı görünmür".


AYGÜN MİRZA
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Dekabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri