Altı qələbə Simeoneni razı salmadı: “Atletiko”da problemlər qalır
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının doqquzuncu turunda “Espanyol”la keçiriləcək oyundan əvvəl komandasının hazırkı formasını qiymətləndirib.
İdman.Biz AS-a istinadən xəbər verir ki, argentinalı mütəxəssis ardıcıl altı qələbəyə baxmayaraq, komandasının oyununda hələ də təkmilləşdirilməli məqamların olduğunu vurğulayıb.
“Altı oyunda qələbə qazanmaq hələ hər şeyi ideal şəkildə etdiyimiz anlamına gəlmir. Oyunun müxtəlif anlarında səhvlərin baş verməsi qaçılmazdır. Düşünürəm ki, matçlarda təşəbbüsü ələ almağımız bizim xeyrimizədir. Ümumilikdə həm hücumda, həm də müdafiədə yaxşılaşdırmalı olduğumuz məqamlar var”.
Simeone qarşıdakı rəqibin güclü tərəflərinə də toxunub:
“Espanyol” həmişə yaxşı mübarizə aparmağı bacarıb. Komanda hansı futbolu oynamaq istədiyini bilir. Əgər kollektiv öz oyun üslubunu dəqiq anlayırsa, deməli, bunda məşqçinin əməyi var. Onlar 11 qol vurub və bir o qədər də top buraxıblar. Bu, yaxşı təşkilatlanmış və rəqabətədavamlı komandadır”.
Qeyd edək ki, “Atletiko” hazırda La Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb.
“Espanyol” - “Atletiko” qarşılaşması bu gün Barselonadakı “Kornelya-El Prat” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Baxış sayı:124
Bu xəbər 17 Oktyabr 2026 05:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















