“Mançester Yunayted” Simeoneni transfer etmək istəyir
Icma.az, Apasport portalına istinadən məlumat yayır.
İngiltərənin “Mançester Yunayted” klubu İspaniyanın “Atletiko” komandasının futbolçusu Culiano Simeone ilə maraqlanır.
Apasport.az xəbər verir ki, Mançester təmsilçisi 23 yaşlı argentinalı vingerin çıxışını yaxından izləməyi planlaşdırır.
İngiltərənin aparıcı klubları Simeonenin fiziki gücü, hücum xəttində universallığı, aqressiv oyun üslubu və yüksək pressinq bacarığı sayəsində Premyer Liqaya ideal uyğunlaşacağını düşünürlər.
Lakin Madrid təmsilçisi gənc futbolçunu komandanın əsas üzvlərindən biri hesab edir və onun satışını müzakirə etmək niyyətində deyil. Bu səbəbdən argentinalının transferi olduqca çətin görünür.
Digər tərəfdən, “Mançester Yunayted”in sağ cinah hücumçusuna ciddi ehtiyacı yoxdur. Komandanın heyətində Brayan Mbeumo və Amad Diallo kimi futbolçular çıxış edirlər.
Qeyd edək ki, İngiltərə klubunun yanvar transfer pəncərəsində əsas hədəfləri sol cinah müdafiəçisi və mərkəz hücumçusu transfer etməkdir.
Harri Keyn Çempionlar Liqasında tarix yazdı – Ronaldonun rekorduna yaxınlaşır “Milan”ın futbolçusu əməliyyat olundu “Sabah”ın qələbəsi Azərbaycanı UEFA reytinqində yüksəltdi Yamaldan “Qalatasaray” etirafı: “İkinci qolları ləğv edilməsəydi...” Okan Buruk futbolçularını tənqid etdi: “Oyunu daha yaxşı oxumalıdırlar”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Oktyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















