Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Qardaşlıq hədəfə alınıb: Türkiyədə bizə qarşı çirkin kampaniyanı kimlər aparır?

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Daha 30 ukraynalı uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

Toyuq bulyonu soyuqdəymə zamanı faydalıdır?

Əsas Qanunumuz istiqlalımızın ali hüquqi sənədi

Altmışıncıların poetikası: əsrdən əsrə, nəsildən nəslə...

Altmışıncıların poetikası: əsrdən əsrə, nəsildən nəslə...

Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Altmışıncılar nəsli" nəinki sovet və Azərbaycan, eləcə də dünya ədəbiyyat tarixində xüsusi mərhələ hesab olunur. Bu nəsil ədəbiyyata, incəsənətə gətirdiyi yeniliklər, qatdığı fərqli rənglərlə tamamilə seçilirdi. Həmin dövrə xas olan məziyyətlərdən əsası da tarixi, ədəbi, ictimai prosesləri, habelə emosional yükü özündə daşıyan — bədii söz, musiqi, teatr, kino... üzərindən müəyyən mənada "pərdə"nin qalxması, real həyat həqiqətlərinə uyğun təsvirlərin yer almasıdır. Sanki dünya ədəbiyyatında "atmosfer dövranı" yaşanırdı. Bu gedişat sonradan əksər cəmiyyətlərin mənəvi inkişafının rüşeyminə çevriləcək və əbədi həyat qazanacaqdır. 

D.Bıkovun "yetmiş illik sovet ədəbiyyatını heç bir tarixdən çıxarıb atmaq mümkün deyildir" fikirlərinin həqiqət yükünü qaldırdıqda görərik ki, nəinki sovet ədəbiyyatının altmışıncıları, ümumilikdə dünyada baş verən bu proses tarixi yaddaşın silinməz gerçəkliyidir. Təbiidir ki, dövrün içində ən mötəbər yerlərdən biri də Azərbaycan ədəbiyyatı və onun “altmışıncılar"ının payına düşür. Bu mənada professor Cahangir Məmmədlinin "Altmışıncılar nəsrinin poetikası" (Bakı, Mimta Yayımları, 2025, 304 səh.) adlı monoqrafiyası olduqca qiymətli, zamanın xarakteristikasına bələdçilik baxımından dəyərlidir. Həmçinin həmin dövrə bədii-publisistik baxış, elmi-nəzəri təhlil Azərbaycan nəsrinin parametrləri ümumdünya ədəbi kontekstində araşdırılır. Kitabın rəyçiləri filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov və filologiya elmləri namizədi, dosent Ələmdar Cabbarlıdır. Monoqrafiyanın ön söz müəllifi filologiya elmləri doktoru, akademik Nizami Cəfərovdur. Adı çəkilən dəyərli elm adamları, habelə kitabın nəfis tərtibatı, müəllifin yaradıcı-elmi-bədii zəhməti, habelə milli-mənəvi dəyərlərdən doğan düşüncələrinin mayasında altmışıncılar nəslinə, onların bəşəri nəsrinə ehtiram dayanır. Ustad müəllimimiz Cahangir Məmmədli "Çağdaş Azərbaycan povestinin janr xüsusiyyətləri" başlıqlı məqaləsində qeyd edir ki: "Sonralar ədəbi ictimaiyyətin "altmışıncılar" adlandıracağı bu gənclər 60-70-ci illərdə nəsrə dəstə ilə gəldilər və məcbur elədilər ki, həm oxucu, həm də ədəbi-elmi-estetik fikir öz diqqət və marağını onlarda cəmləşdirsin". 

Həmin dövrdə söz müəyyən anlamda fikir, düşüncə azadlığında dünyanı dolaşırdı. Ədəbiyyat, incəsənət adamlarına münasibət isə cəmiyyətlərə görə fərqli, yəni qeyri-bərabər idi. Buna baxmayaraq ideya, estetika, istiqamət eyni hədəfə tuşlanırdı. Ədəbiyyatçılar bir növ dünyanı dəyişmək, azad düşüncəli, saf ruhlu adam yaratmaq üçün səfərbər olmuşdular.  

Sovet hakimiyyəti isə “Xruşov mərhələsində” şəxsiyyətə pərəstişi sözdə aradan qaldırsa da, ancaq sənəd üzərində bunun əksi idi, yəni ədəbiyyat müəyyən səviyyədə "azadlıq" qazanmışdı. Qərb ədəbiyyatında altmışıncılar bu kultu parodik şəkildə, ironik mənada işıqlandırır, şərh edirdilərsə, ancaq bizdə daha çox dram janrlarının üstünlüyü görünürdü: mütərəqqi ideyaların qələbəsi, haqqın gücünə sığınan sadə əmək adamının təntənəsi və s. Ekranlaşdırılan əsərlərin təsir imkanları daha geniş idi. Yaranan nəsr nümunələri qəribə personajları, ətalətsiz və ədalətsiz tipləri, şəxsiyyətin letargiya vəziyyətini, illüziyalarla dolu personajları, xəyalpərəstləri, maskalanmışları, marginalları ifşa edirdi. Sanki altmışıncılar həmin əsrin qanlı-qadalı dünya müharibələrindən və əlbəttə hələ də davam edən soyuq müharibələr, gizli qarşıdurmalar ərəfəsində yer üzünə göndərilmişdilər.

Böyük mütəfəkkir Əli bəy Hüseynzadənin “Kuhi-Qaf və Simurq quşu” məqaləsindəki azad sözün, azadlıq mələyinin, “pəriyi-hürriyyət”in qüdrəti bəşəriyyəti dolanırdı, desək yanılmarıq. Həmin məqalədən oxuyuruq: "Hürriyyəti-vicdanın mənası budur ki, hər kəs hər hansı etiqad və əfkarda bulunmaqda hürr və azaddır. Kimsənin, nə hökumətin və nə də bir fərdin etiqad və əfkarındən naşı bir kimsəyə təcavüz etməyə haqqı yoxdur. Hürriyyəti-kəlamə gəlincə hər kəs etiqad və əfkarını aşkar surətdə söyləyib yazmaqda muxtardır". ("Füyuzat" jurnalı). 

Qeyd etdiyimiz dövrlərdə ukrayn ictimai fikrində İvan Dzyuba, Mikola Vinqranovski, Miroslav İrçan, İvan Svitliçni.., rus ədəbiyyatında Saxarov, Şaranski, Soljenitsin, Bukovski, Amalrik, Serqey Kovalev... və başqaları yer alırdısa, Azərbaycan ədəbiyyatında da Anarı, Elçini, B.Vahabzadəni, S.Əhmədovu, İ.Hüseynovu, İ.Məlikzadəni, F.Kərimzadəni... bu nəslin bayraqdarları saymaq olar. Onlar sovetin mədəni prosesləri əngəlləməsinə qarşı mübarizə aparır, ana dilinin zənginliyini qoruyur, milli-mənəvi tarixi yaşadır və müdafiə edirdilər. Beləcə, eyni qəlibdə, eyni trafaret üzrə formalaşmış sovet ədəbiyyatında eniş dövrü yaşanır. Yazıçı Anar nəinki bəhs edilən dövrdə, həmçinin o gündən-bu günə qədər yazdıqları ilə oxucu, izləyici qəlbinə rahatlıq gətirməyi yüksək ustalıqla bacarır. Məsələn, Anarın "Otel otağı" əsərində qəhramanın ölümü təkcə müharibənin gətirdiyi müsibətlərdən, Qarabağ dərdindən, ziyalının məişət qayğısından qaynaqlanmırdı. Burada Kərimin ürəyini partladan həm də yalan vədlər, saxta insanlar — cabbarlar, sədiyarlar olur. Anarın mənəvi böyüklüyü, yazıçı qüdrəti onda görünür ki, bu əsər həm də bugünlə ayaqlaşır. Türk dünyasının birliyinə gedən yolda yalançı vətənpərvərlər, boğazdanyuxarı təriflər, hətta tədbirlərdə sovet bayrağını qaldıran "ziyalılar" da peyda olur. Anar cəmiyyət qarşısında təkcə yazıçı missiyasını yerinə yetirmir, həm də bir təbib kimi yaramaz fərdlərin "şəfa" tapmasına xidmət edir. Məsələn, düşünürük ki, bircə "Macal" povestindəki öz mənliyini, şərəfini qurban verən Fuadı xatırlasaq kifayət edər. Görürük ki, altmışıncılar fərdi insanı diqqət mərkəzinə daşıyır. Sosialist realizminə xas olan ideoloji mövzuları dağıdan "altmışıncılar" fərdi insanın daxili dünyasını, psixologiyasını, düşüncələrini, sosial və mənəvi problemlərini açmağı bəşəri missiya olaraq davam etdirirdilər. Çünki təbəddülatlı dövrün altmışıncıları demokratik və insanlığa qayıdış yolu seçmişdilər. Və əgər "'Molla Nəsrəddin'i təbiət özü yaratmışdır", deyiriksə, sovet ideologiyasına qələm əyməyən altmışıncıları da elə bu xalqa, millətə zəmanə yetirmişdi, ifadəsi heç də birincidən geri qalmır. Tanrı bir də siyasi-ideoloji sərhədlərin türkü-türkdən, qardaşı-qardaşdan ayırdığı bir zamanda bizə Nazim Hikməti yetirmişdi. O, kommunist təbliğatının daşıyıcısı kimi Türkiyədən ayrı düşərək ikinci Vətəninə — Azərbaycana sığınır. Nazim Hikməti zamanın şərtlərinə uyğun olaraq, zahirən sovet siyasi məqsədləri çərçivəsində qəbul etsək də, amma daxilən, batinən məsələ fərqli idi, onu xalq da, düşüncə adamlarımız da türklüyün, türk dilinin simvolu kimi qəbul edirdilər. 

Təsadüfi deyil ki, o, Nizami, Füzuli, M.F. Axundov, M.Ə.Sabir, həmçinin müasirləri olan Səməd Vurğun, Rəsul Rza, Mikayıl Rəfili, Süleyman Rüstəm haqqında məqalələr dərc etdirib. Onun Bakıya dəfələrlə gəlişi altmışıncıların mənəvi dünyasına istilik, yetkinlik gətirib. Bizdə belə bir qənaət də yaranır ki, Anarın "Otel otağı" əsərində Fəxrəddin Manafovun canlandırdığı baş qəhrəman — alim və ali məktəb müəllimi Kərim Əsgəroğlu daxilində müəyyən mənada Nazim Hikmət ruhu da vardır. Sanki müəllif Nazim Hikməti doğma torpağına əsərin sujet xəttilə səfərə çıxarır. Bu nəticəyə gəlməyimizin bir neçə səbəbi vardır: Anarın yetişdiyi ailə, hələ uşaqkən anası, Xalq şairi Nigar xanım Rəfibəylinin ona təlqin elədiyi nümunələr, qaynaqlar içərisində Nazim Hikmətin şeirləri, ələlxüsus da "Günəşi içənlərin türküsü"nün olması və s. Ümumiyyətlə altmışıncıların əksəriyyətinin kamil yetişməsində, məsələlərə xüsusi həssaslıqla yanaşmasında onların boya-başa çatdığı mühitin, ailənin təsiri heç də az deyildi. Çünki o ziyalılar həm də Azərbaycanın ən şərəfli, ən çətin anlarının canlı şahidləri idi. Onlar həm də çətin, həmçinin şərəfli "gecələrdən" keçmişdilər. O gecələrin işıqlı bir səhərində müstəqillik günəşi doğmuşdur. O gecələrin sonunda sanballı əsərlər, şeirlər yaranmışdır. Bu mənada Rəsul Rzanın aşağıdakı şeirində sevinc və kədər doğmadır:

Deyirlər,
axşamlar kədər gətirir.
Deyirlər,
can sıxır qaranlıq gecə.
Deyirlər…
Deyirlər…
Gündüzlər necə?
Gündüzlər
səbirsiz gözləyirik ki,
bir axşam olsun,
bir gəlsin gecə!..

Biz əgər iyirminci əsrin əvvəllərinə qayıtsaq, Əhməd bəy Ağayevi, Nəcəf bəy Vəzirovu,  Əlimərdan bəy Topçubaşovu, Məhəmməd Əmin Rəsulzadəni, Əli bəy Hüseynzadəni... diri görəcəyik. Onların 1918-ci ilədək fəaliyyətlərinə, ərsəyə gətirdikləri qəzet və jurnallara, ictimai fəaliyyətlərinə nəzər yetirsək, yaratdığı əsərlərlə tanış olsaq görəcəyik ki, milli ideologiya, dövlətçilik təfəkkürü, dövrün feodal geriliyi, mədəniyyət, ədəbiyyat, əsas da dil məsələlərinə diqqət göstərmişlər. Bunun nəticəsi olaraq sonradan Azərbaycan Xalq Cümhuriyyəti təşəkkül tapmışdır. Eyni əsrin yarısından qələmlərilə vuraşan yeni nəsil yazıçılar da klassik nəsli təmsil edən sələflərinin milli-mənəvi və ləyaqət yolunu heç şübhəsiz ki, davam etdirmişlər. Və bunun da nəticəsi kimi sonradan müasir və müstəqil Azərbaycan Respublikası qurulmuşdur. Bu gün Türk xalqlarının sıx birliyi fonunda, Turana gedən nicat yolunda, Qarabağımızın yenidən qurulduğu dönəmdə, cənab Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə imzaladığı qiymətli Sərəncam ərəfəsində böyük şairimiz Zəlimxan Yaqub demişkən, "bizə qalın deyil, qalan kitablar lazımdır". Elə "Altmışıncılar nəsrinin poetikası" kimi...

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Əsgər İsmayılov, BDU Jurnalistika fakültəsinin məzunu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://adalet.az
archiveBu xəbər 14 İyun 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see283

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see203

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see194

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see183

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see175

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see155

Qardaşlıq hədəfə alınıb: Türkiyədə bizə qarşı çirkin kampaniyanı kimlər aparır?

28 Oktyabr 2025 14:56see148

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see145

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see137

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see134

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see134

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see126

Daha 30 ukraynalı uşaq ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilib

28 Oktyabr 2025 11:46see126

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see124

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see124

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see123

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

Toyuq bulyonu soyuqdəymə zamanı faydalıdır?

28 Oktyabr 2025 16:50see121

Əsas Qanunumuz istiqlalımızın ali hüquqi sənədi

28 Oktyabr 2025 11:46see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri