Icma.az
close
up
RU
Əsrə bərabər ömür...

Əsrə bərabər ömür...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qılman İlkinin doğum günüdür

Yaradıcılıq yolu əzablı, çətin və məşəqqətli yoldur. Kim bu yolu keçibsə, onun əzabına qatlaşır, çünki bu əzabda gələcək bədii uğurlar “gizlənir”. Ancaq həyatın da qanunları var. Sənətkar keçilmiş yaradıcılıq yoluna boylananda, dünəni ilə bu gününü müqayisə edəndə sevinir də, kədərlənir də... Bütöv bir əsrə bərabər yaşamış Xalq yazıçısı, tanınmış nasir Qılman İlkinin də ömür yolu heç zaman hamar olmayıb. Enişli-yoxuşlu, acılı-ağrılı günlərdən keçən Qılman İlkin 20-ci əsr Azərbaycan poeziya mühitində öz qələmi ilə seçilən ziyalılardan idi...

Tələbəlik illərini kasıbçılıq içində keçirən yazıçı muzdlu fəhlə kimi işləyib. Deyilənlərə görə, Murtuza Muxtarovun “podriyatçik”lərindən (daimi olmayan işə verilən ad) olub. Onun bağında ağaclarını sulayırmış.

Ölümün cəngindən son anda xilas oldu...

Yazıçı Xaçmaz rayonunun Əhmədoba kəndində müəllim işlədiyi zamanlarda qızları təhsilə cəlb etdiyi üçün ölümdən dönüb. Belə ki, çox köhnə bir məktəbdə işləyən Qılman müəllim kənd sovetinin sədri olan cavan bir oğlanın evində qalır. Həmin illər sinfi mübarizə illəri olduğundan sovet hakimiyyəti qurulandan sonra kəndin varlıları dağlara çəkilmişdilər. Günlərin birində yazıçı kitab-dəftər almaq üçün Bakıya getməli olur. Qayıdanda isə gəlib görür ki, bütün kənd matəm içindədir. Həmin cavan oğlanı - kənd soveti sədrini qolçomaqlar gecə ikən öldürüblər. Qılman müəllim həmin gecə kənddə olmadığı üçün bəxti gətirib. Çünki arada ona da xəbər göndərmişdilər ki, qızlarımızı məktəbə cəlb etdiyin üçün səni də öldürəcəyik. Beləliklə, yazıçı ölümün cəngindən son anda xilas olur.

Saf, kövrək, təvazökar adam idi

Yazıçının haqqında hər zaman qələm yoldaşları da xoş xatirələr söyləyirdi. Onun Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm və başqaları ilə hələ gənc yaşlarından tanışlığı olmuşdu. Onu tanıyanlar hər zaman deyirdi ki, Qılman İlkin saf, kövrək, təvazökar adam idi. Qara Namazov isə onu belə xatırlayırdı: “Qılman İlkinin əsərlərinin mövzu dairəsi genişdir. Onun əsərlərində təkcə inqilabi keçmiş və vətəndaş müharibəsi deyil, dinc quruculuq, uşaqların təhsili, vətənimizin zəngin sərvətlərinin axtarılması, ətraflı təsviri, tərənnümü olub. Qılman İlkinin sənətkarlıqla qələmə alınmış əsəri “Şimal küləyidir”.

Bu şəxslərə etirazını bildirirdi...

Qılman İlkin gəncliyə düz yol göstərirdi, hər zaman qeyd edirdi ki, gənclik hər şeyin qədrini bilməlidir. O deyirdi: “Gəncliyində hamı az - çox nəsə yazır. Lap istedadla yazanlar da olur. Ancaq gəlin baxıb görək hamı bu istedadı illərin sınağından çıxarıb sonacan apara bilirmi?”.

Bununla da o, gəncliyində bir neçə şeir, hekayə yazıb kimlərinsə qayğısı sahəsində ədəbiyyata vəsiqə alanlara etirazını bildirirdi. Onları dəyanətli, dözümlü olmağa və ucuz şeylərin arxasına düşüb getməməyə çağırırdı. Gənclərə məsləhət bilirdi ki, ədəbiyyata peşə kimi baxsınlar, peşəkarlığın başlıca amil olduğunu unutmasınlar.

Yazıçıya zəngin ömür yaşamaq nəsib olub. Ömrünün sonunadək qələmi yerə qoymayan, hər zaman ilhamla, şövqlə yazıb-yaradan Qılman İlkin 96 yaşında ürək çatışmazlığından vəfat edib. Cəmi dörd il də yaşasaydı, sağ ikən 100 illik yubileyini qeyd edən ən uzunömürlü Azərbaycan ədibi kimi tarixə düşəcəkdi...

O, müasir Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında səmərəli xidmətləri ilə qiymətləndirilib. Bir çox mükafatlara və təltiflərə, o cümlədən “Azərbaycan Respublikasının Xalq yazıçısı” və “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülüb.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:318
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 10 Aprel 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri