Icma.az
close
up
RU
Alyaska sülhün qapısı olacaqmı?

Alyaska sülhün qapısı olacaqmı?

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Avqustun 15 - də ABŞ-ın Alyaska ştatında ABŞ və Rusiya prezidentləri Donald Tramp ilə Vladimir Putin arasında ikitərəfli görüşün keçirilməsi gözlənilir. Belə ki, Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində qeyd edib ki, onunla Putin arasında yaxın günlərdə görüşün keçirilməsinə dair razılıq əldə olunub. ABŞ mediası da bu məlumatı təsdiqləyib. Lakin Rusiya tərəfindən hələ ki, bu barədə dəqiq məlumat verilməyib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu görüşün keçirilməsi üçün gələn həftənin nəzərdən keçirildiyini, lakin hazırlığın dəqiq vaxtının hələ müəyyən edilmədiyini açıqlayıb. Onun sözlərinə görə, tərəflər görüşün yeri barədə də razılığa gəliblər və bu barədə daha sonra məlumat veriləcək.  Bundan əlavə, Uşakov Vladimir Putin, Donald Tramp və Volodimir Zelenski arasında ehtimal edilən üçtərəfli görüşlə bağlı məlumatları şərh edərək bildirib ki, ABŞ nümayəndəsi Uitkoffun səsləndirdiyi bu təşəbbüs Moskva tərəfindən şərh edilməyib.

ABŞ görüş məsələsində ciddidir

Alyaska ştatının qubernatoru Mayk Danlivi “X” sosial şəbəkəsində bildirib ki, Alyaska ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirməyə hazırdır. Qubernator vurğulayıb ki, Alyaskada qlobal əhəmiyyətli müzakirələrin aparılması məntiqə uyğundur.  “Əsrlər boyu Alyaska ölkələr arasında körpü rolunu oynayıb və bu gün biz dünyanın ən mühüm regionlarından birində diplomatiya, ticarət və təhlükəsizlik üçün qapı olaraq qalırıq”, - deyə M.Danlivi yazıb. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens isə öz sosial şəbəkə hesabında qeyd edib ki, ABŞ-ın Ukraynada münaqişənin sülh yolu ilə həll olunmasında mövqeyi qətidir: “Biz Ukraynadakı müharibəni maliyyələşdirməkdən yorulmuşuq və sülh yolu ilə nizamlanmasına çalışırıq. Artıq Amerika vergi ödəyiciləri bu müharibəni maliyyələşdirməkdən bezib. Buna görə də biz Ukraynaya hərbi yardım etməyəcəyik. Lakin əgər Avropa ödəniş edib Ukrayna üçün silah almaq istəyirsə biz buna qarşı deyilik”.  Avqustun 8 - də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə görüşündə Trampın Putin və Zelenski ilə görüşməyə hazır olması barədə bəyanatı da xüsusi diqqət çəkir. “Mən çox yaxında Putinlə görüşəcəm. Bu görüş yeri çox populyar olacaq. Məncə həm Putin, həm də Zelenski sülh istəyir. Biz sülh üçün sonuncu şansdan istifadə etmək istəyirik,” - deyə Tramp vurğulayıb. 

Moskva bu görüşə razıdır

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları mərkəzinin rəhbəri Samir Hümbətov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Alyaskada Tramp-Putin görüşünün baş tutması ehtimal olunur. “Hesab edirəm ki, belə bir görüşün keçirilməsi Moskvaya sərf edir. Çünki hazırda Rusiyanın özündə çox ağır iqtisadi vəziyyət hökm sürür. Moskva bu vəziyyətdən çıxmaq istəyir. Təbii ki, bu da ABŞ-la qarşılıqlı razılaşmalardan asılıdır. Ola bilər ki, Tramp öz nümayəndəsi Stiv Uitkoff vasitəsilə Putinə mesaj göndərib ki, əgər Moskva Ukraynada müharibəni dayandırarsa və atəşkəsə razı olarsa, o, Rusiya üzərində beynəlxalq təcridi və ağır sanksiyaları aradan qaldıracaq. Bu baxımdan Moskvanın prosesi uzatması inandırıcı görünmür. Proses uzandıqca Rusiya Ukraynada daha çox itki verir və maliyyə resursları tükənir. Görünən budur ki, Moskva Alyaskadakı görüşə razı olacaq. O ki qaldı  bu görüşdə hansı məsələlərin müzakirə olunacağına, böyük ehtimalla, Ukraynada ərazilərin güzəşti ilə bağlı məsələ əsas müzakirə predmeti olacaq. Sözsüz ki, digər məsələlərə də toxunulacaq,”- deyə S.Hümbətov vurğulayıb.  

Nəticə nə olacaq? 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov qəzetimizə şərhində bildirib ki, Alyaska görüşündə fundamental nəticənin əldə olunacağı real görünmür.  “Kreml belə bir şərt irəli sürür ki, Ukraynanın dörd cənub-şərq vilayəti - Donetsk, Luqansk, Zaporojye və Xersonda rus ordusunun nəzarətində olan ərazilər Rusiyanın ərazisi kimi tanınacağı təqdirdə Sumi və Xarkovda ələ keçirilən ərazilər geri qaytarılacaq.  Təbii ki, Ukrayna Moskvanın bu təklifinə müsbət cavab verməyəcək. Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə öz çıxışlarında bəyan edib ki, rəsmi Kiyev öz ərazisinin heç bir hissəsini Rusiyaya güzəştə getməyəcək,” - deyə S.Zahidov bildirib ki, Alyaska görüşündə Zelenskinin iştirak etməsi zəruridir: “Avropa İttifaqının liderləri tələb edirlər ki, Alyaska görüşündə Zelenski də iştirak etməlidir. Amma Moskva Zelenskinin bu görüşdə iştirak etməsinə qarşıdır. Çünki Kreml Zelenskini qanuni dövlət rəhbəri hesab etmir. Aİ-nin üzv ölkələrinin və Böyük Britaniyanın bu yaxınlardakı bəyanatında qeyd olunur ki, Alyaska görüşündə Ukraynanın ərazi bütövlüyü və suverenliyi nəzərə alınmalı və ərazi güzəştinə yol verilməməlidir. Ərazi güzəşti məsələsi ABŞ və Aİ arasında narazılıq yaradan məsələlərdən biridir. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Britaniyada Aİ-nin liderləri və Ukrayna rəsmiləri ilə son görüşündə bəyan edib ki, Alyaska görüşündə nə Rusiya, nə də ABŞ tam razı çıxmayacaq, amma onu da əlavə edib ki, ABŞ-ın dəstəyi ilə baş tutan danışıqlarda Rusiya və Ukrayna müəyyən məsələlərdə qarşılıqlı güzəştə getməlidir”. S.Zahidov vurğulayıb ki, Alyaska görüşündə ciddi bir nəticə əldə olunmayacaq; “Birincisi, Ukraynanın bu görüşdə iştirakı sual altındadır. İkincisi isə Ukrayna Rusiyanın şərtləri ilə razı olmayacaq. Bu baxımdan Alyaska görüşündə müharibənin dayanması və atəşkəsin elan olunmasına dair heç bir razılaşma əldə olunmayacaq”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Avqust 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see330

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see293

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see267

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see260

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see259

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see243

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see243

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 7% artıb

03 İyul 2026 18:41see209

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see196

Süni intellekt iqtisadiyyata necə təsir edəcək? Ekspertdən açıqlama

03 İyul 2026 18:10see178

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see174

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see169

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” FOTO

03 İyul 2026 22:51see167

Emiliano Martines yenə saçlarında Argentina bayrağı ilə oynayacaq

04 İyul 2026 01:48see166

Amerikalı təsisçidən ŞOK İDDİA: Papa Çin kommunistləri üçün işləyir

03 İyul 2026 23:54see162

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

03 İyul 2026 23:55see161

Həftəsonu oyunlar bu kanallarda AFİŞA

04 İyul 2026 03:58see161

ABŞ dakı dostlarımızı ürəkdən təbrik edirik Hacıyev

03 İyul 2026 22:52see158

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

04 İyul 2026 09:57see151

“Neftçi”nin əvəzediciləri Azərbaycan çempionu oldu

04 İyul 2026 00:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri