Icma.az
close
up
RU
Alyaska görüşünün detalları Təhlil

Alyaska görüşünün detalları Təhlil

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ağ və qaradan başqa rəngin olduğuna inanmayan, yalnız özlərinin dediklərini yeganə həqiqət hesab edən, alternativ fikir, fərqli yanaşma qəbul etməyən, hər kəsə, hər mövqeyə oppanentlik etmək həvəskarlarının bəri başdan nəzərinə! Mən, D. Trampın pərəstişkarı, flan deyiləm, hətta əksinə. Alyaska tədbirinə qətiyyən isti yanaşmıram. 

Bu görüşə tənqidi yanaşanları da başa düşürəm. Eyni zamanda bu görüşdə D. Trampın guya ki, Putini qarşısında əyilməsi və zəif görünməsi və s. kimi fikirləri səsləndirlənlərlə də razı deyilən ( bu fikirlər, sanki bir az da Rusiya təbliğatı ilə unison səslənir). 

Bu səbəbdən, müşahidələrimin nəticələri olaran bəzi məqamlara diqqətinizi cəlb etmək istəyirəm: 

1. Görüşün məhz Alyaskada (ABŞ ərazisində, amma bilirsiniz ki, çox variantlar var idi, Alyaskanın seçilməsi məhz Trampın təkidi ilə olmasına əminəm ), ABŞ ən böyük hərbi bazalarından birində keçirlməsi. 

2. ABŞ-ın bütün müasir təyyarələrinin (saysız hesabsız F-22, F-35) nümayiş etdirilməsi. 

3. Xüsusilə Putin eniş etdikdən sonra dərhal onun başının üstündən "Nortrop B-2 "Spirit" ağır strateji bombardmançı təyyarəsinin xüsusi ilə F-35-lərin müşaiəti ilə süzməsi (yeri gəlmişkən möhtəçəm görüntü idi, Putin nə qədər şalışıdısa, hissələrini gizlədə bilmədi, gözü göylərəd qalımışdı :) ) Bilirsiniz də, bu bombardmançı nüvə silahını çatdırmaq üçün nəzərdə tutulub və stelz texnologiyası onun az-sezilən (yəni görünməyən, düşmən hava müdafiə sistemi tərəfindən müəyyən edilə bilməyən) edir. 

Təyyarə radio-udan materialla örtülüb və s. Bəri başdan təyyarələrin Prezidentlərin təhlükəsizliyinə təminat üçün nəzərdə tutulduğunu iddia edənlərə, B-2 -nin bu məqsədlərə yaramadığnı indidən deyirəm. 

4. Rusiya heyəti üçün ayrılmış yerlər və heyətə qarşı davranışlar (hərbi formada olan nəzarətçilətin ən adi hərəkətləri belə qadağa qoymaları. dərhal irad tutmaları və s.). Bunu Rusiyalı jurnalistlər də dönə-dönə, hərbi bazanın idman zalında ayrılmış yerlər bərbad vəziyyəti (sadəcə heç bir yataq dəsti olmadan (yorğan-döçək, yastıq) ensiz qatlanan çarpayısı) hələ belə bir şəraitdə (hətta müharibə və fəalkət zonalarında da insanlar üçün daha yaxşı şərait yaradıldığını vurğuladılar ( baxmayaraq ki, əminəm ki, onlar mənfi bir fikir sökləməmələri ilə bağlı ciddi təlimatlandırılmışdılar). 

Lakin eyni zamanda ABŞ heyəti üçün nümayişkəranə formada fəqli şəraitin yaradılması və fərqli münasibətin sərgilənməsi Rusiya təbliğatçılarını belə hiddərləndirdirdiyi aydın sezilir və bəzən əsas missiyalarını unudaraq gileylənməyə məcbur edirdi. Ən azı bu vəziyyət Rusiya heyətinin aşağılanması, sındılması kimi görünmür? 

5. Hər tərəfdən beş nəfərin iştirakı ilən elan edilmiş naharın (heyət, menyu və s. əvvəlcədən mətbuatda getmişdi) naməlum səbəblərdən təxirə salınması və s. 

Sizə elə gəlmir ki, əslində Tramp bütün etdiyi reveranslara, süni pafosa, guya ki, sayqı və s. görsədirmiş kimi davarışı (əslində hesab edirəm ki, bunların özü də böyük bir tamaşanın tərkibi, ayrı-ayrı səhnələridir) rəğmən, Rusiya və onun dik..prezidenti Putinə bir mesajdır? 

Özündə güc nümayişini ehtiva edən bir xəbrədarlıqdır? P.S. Bəziləri bunu Putinin qələbəsi kimi qiymətləndirsdə, mən elə hesab etmirəm! Razıyam, ola bilər ki, Ruisya vaxt uddu, amma bu prosesin sonda Rusiya üçün hələ nə ilə bitəcəyi çooox qaranlıqıdır. 

P.S.S. Unutmayın ki, ABŞ-ın əzəli və əbədi düşməni Rusiyadır. Tramp bəzilərinin əsassız iddilarına görə KGB agenti olsa belə, Putinin pərəstişkarı, "fanatı" olsa belə onun fəaliyyəti ABŞ xarici siaysəti, hərbi-siaysi doktrinası çərçivəsindən kənara çıxması qeyri-mümkündür, bu fəlakətdir!!! Hansı addımları atırsa (bəzən bu addımlar yanlış ola bilər) atsın, son nəticədə ABŞ-ın maraqlarına tam cavab verməlidir.

Biz ABŞ barədə danışırq, hər hansı "banan respublika" barədə deyil, əminəm ki, orada Prezindentin kimliyindən, şəxsiyyətindən asılı olmayaraq, hər kəs dövlət və Amerika xalqı naminə çalışmağa məhkumdur! Az-çox ABŞ tarixi ilə tanış olanlar, Prezindentlərin fəaliyyəti ilə maraqlananlar mənimlə razılaşarlar.

Siyasi şərhçi
Əhməd N. Abbasbəyli 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Avqust 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see778

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see742

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see737

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see534

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see527

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see496

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see392

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see380

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see368

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see355

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see338

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see331

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see287

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see279

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see244

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see244

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see240

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see240

Qızılın qiyməti avqustun əvvəlindən ilk dəfə 4 100 dollardan aşağı düşüb

07 Oktyabr 2026 17:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri