Alyaskada nəhəng enerji layihəsinə start verildi
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Alyaska ştatında iri enerji infrastrukturu layihəsinə start verilib.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
“Mən indicə Alyaskada olmuşam və ştatın tarixində ən böyük enerji infrastrukturu layihəsi olan ‘Alaska LNG’ layihəsinə start vermişəm”, – deyə ABŞ Prezidenti qeyd edib.
Onun sözlərinə görə, Cənubi Koreya ABŞ administrasiyası ilə imzalanmış ticarət və investisiya sazişi çərçivəsində layihəyə 50 milyard dollar sərmayə qoyacaq.
Tramp, həmçinin Tayvanın qarşıdakı 20 il ərzində Alyaskadan 70-80 milyard dollar dəyərində mayeləşdirilmiş təbii qaz (LNG) almağı öhdəsinə götürdüyünü bildirib.
“Bu, növbəti 20 il ərzində boru kəməri ilə nəql ediləcək qazın ümumi həcminin 30 faizinə bərabərdir. Bu, tarixdə zəmanətli alışları nəzərdə tutan ən böyük sazişdir”, – deyə o vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, Tayvan layihənin kapitalına 4,4 milyard dollar investisiya yatırmağa da razılıq verib.
“Bütün zəruri icazələr alınıb və razılaşdırma prosedurları başa çatıb. Layihə həyata keçirilməyə hazırdır. Onun reallaşdırılması mənim Ağ Evdə olmağım sayəsində mümkün olub”, – deyə Tramp bildirib.
Baxış sayı:62
Bu xəbər 14 Oktyabr 2026 23:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















