Icma.az
close
up
RU
Alyaskada Tramp Putin görüşü: mesajlar və nəticələr

Alyaskada Tramp Putin görüşü: mesajlar və nəticələr

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

“ABŞ prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putinin Alyaskada baş tutan görüşü beynəlxalq siyasətin ən çox müzakirə olunan hadisələrindən birinə çevrildi. Görüşün yeri təsadüfi seçilməmişdi: Alyaska həm ABŞ və Rusiya sərhədlərinin yaxınlığı, həm də geosiyasi simvolizmi ilə diqqət çəkir. Bu, Vaşinqtonun Moskva ilə münasibətlərə yeni format axtarışının göstəricisi idi. Tramp görüşdən öncə uğur ehtimalını “yüzdə 25” adlandıraraq nəticələrin qeyri-müəyyənliyinə işarə etmişdi. Lakin danışıqlardan sonra yaranan mənzərə göstərdi ki, tərəflər heç bir fundamental dəyişiklik əldə etməsələr də, öz siyasi mesajlarını açıq şəkildə ifadə etməyi bacardılar. Putin Ukrayna məsələsində geri addım niyyətində olmadığını nümayiş etdirdi, bu isə Kremlin mövqeyinin sərtliyini bir daha ortaya qoydu”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva əlavə edib ki, görüşün atmosferi də simvolik məqamlarla yadda qaldı: “Putinin qısa müddətə Alyaskada olması, mətbuat konfransında sərt və saymazyana ritorikası, nahara qatılmaması Rusiya liderinin özünü “şərtləri diktə edən tərəf” kimi göstərmək istəyinin ifadəsi idi- “ABŞ mediası bunu “işğalçının diplomatiyada da özünü qalib kimi təqdim etməsi” kimi şərh etdi. Tramp isə Avropa liderlərini də dolayısı ilə prosesin içinə cəlb etməklə Moskva qarşısında vahid mövqe nümayiş etdirmək niyyətində idi. Beləliklə, o, həm Putinə qarşı sərt görünmək, həm də Avropanı öz liderliyi ətrafında toplamaq üçün fürsət yaratdı”.

Politoloqun sözlərinə görə, nəticə etibarilə, Alyaska görüşü yeni sazişlərin imzalanması ilə deyil, tərəflərin güc nümayişi ilə yadda qaldı: “Putin mövqeyini sərtləşdirərək geri çəkilmə niyyətində olmadığını göstərdi, Tramp isə bu sərtlik fonunda özünü həm danışıqlar aparan, həm də Qərbin birləşdirici lideri kimi təqdim etməyə çalışdı. Görüş, əslində, iki tərəfin də siyasi imic uğrunda apardığı mübarizənin səhnəsinə çevrildi”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Avqust 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri