Icma.az
close
up
RU
Alyaskada keçiriləcək Tramp Putin görüşü pozitiv nəticələrdən uzaq qalacaq Politoloq

Alyaskada keçiriləcək Tramp Putin görüşü pozitiv nəticələrdən uzaq qalacaq Politoloq

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İlkin məlumatlara görə, Alyaska görüşündə Ukrayna savaşının dayandırılması ilə bağlı mövzu əsasən müzakirə olunacaq. Eyni zamanda bu görüşdə Cənubi Qafqaz və yaxın şərq regionları ilə bağlı da məsələlərin müzakirə olunacağı gözlənilir".

Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında avqustun 15-də Alyaska ştatında keçiriləcək görüşdən danışarkən bildirdi.

"Xəzəryanı və Orta Asiya dövlətləri ilə bağlı mövzular da gündəmə gələcəyi ehtimal olunur. Əsas mövzu isə təbii ki, Ukrayna savaşının dayandırılması ilə bağlıdır. Bəzi məlumatlara görə, Rusiya tərəfi sülh danışıqlarına başlamaq üçün ilk şərt olaraq  Donbas əyalətinin administrativ ərazisinin tamamilə Ukrayna ordusu tərəfindən boşaldılmasını tələb eləyir. Yalnız bu halda danışıqlar, sülh danışıqları prosesinə başlayacağını bildirir. Belə anlaşılır ki, Rusiya hətta sülh danışıqlarına başlamaq üçün belə şərtlər qoyur. Digər şərtlər isə ondan ibarətdir ki, Rusiyanın işğal elədiyi ərazilərin Rusiyanın nəzarətində qalmasında Kreml israrlı mövqe tutur. Krımın, Donbasın və digər işğal altında olan ərazilərin Rusiya əraziləri kimi tanınmasını tələb eləyir".

Müsahibimiz vurğuladı ki, Kreml Amerika Birləşmiş Ştatlarından Rusiyaya qarşı bütün sanksiyaların ləğvini tələb eləyir.

"Yalnız bütün bu dəyişməz şərtlərin yerinə yetiriləcəyi təqdirdə atəşkəsə razı olacağını bildirir. Yəni bu da elə şərtlərdir ki, artıq kimsə bununla razılaşmaq istəmir. Qərb siyasi dairələri bu şərtlər daxilində Ukrayna savaşının dayandırılmasını yolverilməz hesab eləyirlər. Ona görə də Zelenski hakimiyyəti artıq buna reaksiya verib və bildirib ki, Rusiya tərəfindən sülhə yönəlik hər hansı niyyət müşahidə olunmur. Bu baxımdan savaşın hələ bir müddət də davam etmə ehtimalı tamamilə inandırıcı görünür. Ümumi qənaətlər ondan ibarətdir ki, Alyaskada keçiriləcək Tramp-Putin görüşü də pozitiv nəticələrdən uzaq qalacaq. Yəni elə bir ciddi nəticə verməyəcək. Ondan sonra gərginliyin, hərbi qarşıdurmanın daha da dərinləşmə ehtimalı istisna olunmur. Bütün bunları nəzərə alanda hesab eləmək olar ki, Trampın bütün cəhdlərinə baxmayaraq, Rusiya ilə anlaşmaq hazırda olduqca çətin bir məsələdir".

E.Xalidbəylinin sözlərinə görə, Rusiya nə Amerika Birləşmiş Ştatlarını, nə Ukraynanı, nə də Avropa dövlətlərini dinləmək niyyətində deyil:

"Birmənalı şəkildə öz şərtlərini irəli sürür və hər kəsin də bu şərtlərin qəbul etməsini, etməsini tələb eləyir. Yəni ümumi götürdükdə, Rusiya Ukraynanın, Amerika Birləşmiş Ştatlarının və Avropa Birliyi ölkələrinin kapitulyasiya etməsini tələb eləyir", - deyə politoloq qeyd etdi.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Avqust 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri