Icma.az
close
up
RU
AMADA 8 il təmiz və ədalətli idmanın keşiyində İdman və Biz

AMADA 8 il təmiz və ədalətli idmanın keşiyində İdman və Biz

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yaradılmasının 8 ili tamam olur.

İdman.biz xəbər verir ki, 2016-cı ilin dekabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərmanla təsis edilən AMADA ölkəmizin idman sahəsində ədalət və dürüstlük prinsiplərinə sadiqliyinin və təmiz idman dəyərlərinin qorunmasına yönəlmiş mühüm bir addım idi.

Bu qərar, həmçinin dopinqlə mübarizədə dövlətimizin qətiyyətli iradəsinin və beynəlxalq standartlara uyğun fəaliyyət göstərmə niyyətinin aydın bir göstəricisidir.

AMADA-nın fəaliyyətə başlaması ilə ölkəmizdə dopinqə qarşı mübarizə yeni bir mərhələyə qədəm qoyub. Beynəlxalq Antidopinq Hərəkatı ilə tam uyğunluq təşkil edən AMADA bu illər ərzində qlobal antidopinq standartlarının və qabaqcıl təcrübələrin ölkəmizdə tətbiqi üzrə mühüm addımlar atıb. Agentlik idmançıların sağlamlığının qorunmasına, təmiz idman prinsiplərinin təbliğinə və ölkəmizin beynəlxalq idman imicinin yüksəldilməsinə xüsusi diqqət yetirir. Bu yanaşma, AMADA-nın beynəlxalq antidopinq cəmiyyətində etibarlı və hörmətli tərəfdaş kimi tanınmasına imkan yaradıb.

Son 8 ildə AMADA-nın apardığı effektiv antidopinq siyasəti öz nəticələrini verməkdədir. İdmançılar artıq dopinqdən istifadə etməyin sağlamlığa və karyeraya olan ciddi təsirləri barədə daha dərindən məlumatlıdırlar. Bu sahədə həyata keçirilən maarifləndirmə və təbliğat işləri, idmançılara və məşqçilərə dopinqin qarşısının alınmasında birbaşa dəstək olan təhsil proqramları əvəzolunmaz rol oynayıb. AMADA peşəkar və həvəskar idmançılardan tutmuş məşqçilər, idmançıya dəstək heyəti, həkimlər və universitet tələbələrinə qədər geniş bir auditoriyanı əhatə edən təhsil tədbirləri həyata keçirir.

Agentlik, həmçinin dopinqin qarşısının alınmasında beynəlxalq əməkdaşlığı da gücləndirərək, Azərbaycanın təmiz idman ideallarını daha geniş platformada təmsil edir. AMADA-nın fəaliyyətinin təməlində, həmçinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) tələb və standartlarına yüksək səviyyədə uyğunluq və bu standartlara sadiq qalma prinsipi dayanır. AMADA növbəti il üçün hazırladığı yeni Strateji Planda ölkəmizdə antidopinq siyasətinin təkmilləşdirilməsi istiqamətində yeni hədəflər müəyyən edərək, təmiz idman dəyərlərinə və əxlaqına sadiqliyini bir daha vurğulayır.

Bu müddət ərzində AMADA-nın əldə etdiyi nailiyyətlər, yalnız Azərbaycanın idman həyatında deyil, ümumilikdə beynəlxalq antidopinq mühitində də təmiz və dürüst idmanın inkişafına verdiyi töhfələrin bariz nümunəsidir. Agentlik qarşıda duran dövr üçün də, idmançıların hüquqlarının qorunması, dopinqin qarşısının alınması və təmiz idman ideallarının yayılması istiqamətində öz fəaliyyətini gücləndirməyə davam edəcək.

AMADA bundan sonra da ölkəmizdə dopinqin qarşısının alınması istiqamətindəki mübarizəsini davam etdirəcək, beynəlxalq antidopinq tələblərinə uyğunluğunu yüksək səviyyədə qorumaqla, təmiz idman anlayışını daha da möhkəmləndirəcəkdir.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 Dekabr 2024 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri