Icma.az
close
up
RU
AMADA CAHAMAnın iclasında İdman və Biz

AMADA CAHAMAnın iclasında İdman və Biz

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 66-cı iclası keçirilib.

İdman.biz xəbər verir ki, iclasda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbirin gündəliyinə ötən iclasın hesabatının təsdiqi, antidopinq siyasətinin beynəlxalq hüquq çərçivəsində təşkili, yeni çağırışlar və gələcək görüşlərin planlaşdırılması kimi müxtəlif məsələlər daxil edilib.

İclas çərçivəsində gender bərabərliyinin təşviqi məqsədilə idmanda ədalətli şəraitin yaradılması barədə fikir mübadiləsi aparılıb. "Antidopinqdə Gender Bərabərliyinin Təminatı" (GECA) komitəsinin fəaliyyəti müzakirə mövzuları sırasında yer alıb.

Tədbirdə, həmçinin "OneVoice" təşəbbüsünün əhəmiyyəti yüksək qiymətləndirilib. "OneVoice" dünyada antidopinq tədbirlərinin əlaqələndirilməsi və vahid strategiyanın inkişaf etdirilməsi məqsədi daşıyır. Təşəbbüsün niyyəti dövlət orqanlarının antidopinq sahəsində əməkdaşlığını gücləndirərək, dopinqə qarşı mübarizənin effektivliyini artırmaqdır. CAHAMA üzvləri təşəbbüsün tətbiqinə dair təkliflərlə çıxış ediblər.

İclasda idmançıların hüquqlarının beynəlxalq müstəvidə qorunması üçün müvafiq yeni təşəbbüslərin ortaya qoyulması ilə yanaşı, qarşıya çıxan problemlərin həll yolları da müzakirə edilib.

WADA İcraiyyə Komitəsi və Təsisçilər Şurasının mövqeyi ilə bağlı müzakirələrin aparıldığı iclasda gələcəkdə bu platformaların daha da gücləndirilməsi üçün təkliflər təqdim olunub. Həmçinin CAHAMA-nın gələcək iclasının gündəliyi müəyyən edilərək, üzv ölkələr arasında təcrübə mübadiləsinin daha da dərinləşdirilməsi və antidopinq siyasətlərinin əlaqələndirilməsi qərara alınıb.

Tədbirdə CAHAMA-ya yeni sədr və sədr müavini, GECA-ya sədr vəzifələrinə seçkilər elan olunub. 2025-ci il martın 12-si namizədlər üçün son müraciət tarixi kimi açıqlanıb.

İclas işini müxtəlif mövzularda müzakirələr və sual-cavab sessiyası ilə yekunlaşdırıb.
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Noyabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri