Icma.az
close
up
RU
AMADA Avropa Şurasının iclasında təmsil olunub FOTO

AMADA Avropa Şurasının iclasında təmsil olunub FOTO

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Polşanın paytaxtı Varşavada Avropa Şurasının Antidopinq Konvensiyasının Uyğunluq üzrə Məsləhətçi Qrupunun (T-DO COMP) iclası keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin aparıcı hüquqşünası Nicat Əmiraslanlı təmsil edib.

Müxtəlif ölkələrdən mütəxəssislər və nümayəndələrin bir araya gəldiyi iclasda antidopinq sahəsindəki ən son məsələlər və gələcək fəaliyyətə dair vacib qərarların qəbul olunması müzakirə olunub.

Tədbirin ilk günü Avropa Şurasının Antidopinq Konvensiyasına tərəf olan dövlətlər tərəfindən həmin Konvensiyaya uyğunluğun təmin edilib-edilməməsinin yoxlanılması məqsədilə əvvəlki illərdə Gürcüstan, Bosniya və Herseqovina, Moldova və Avstriya kimi üzv dövlətlərdə həyata keçirilmiş qiymətləndirmə səfərlərinə dair tərtib olunmuş hesabatlar və 2025-ci il ərzində həyata keçiriləcək yeni yoxlamalara dair razılıq əldə edilməsi üçün fikir mübadiləsi aparılıb. Cari il ərzində Konvensiyaya qoşulmuş altı ölkəyə - Kanada, Türkiyə, Monako, Mərakeş, Lixtenşteyn, Şimali Makedoniyaya qiymətləndirmə səfərləri təşkil olunacağı təsdiqlənib.

Həmçinin arzu edən dövlətlərin öz ekspertlərini növbəti illərdə təşkil olunacaq qiymətləndirmələrə cəlb edə biləcəyi elan edilib.

Mövcud plana əsasən, Azərbaycan Respublikasının Konvensiyaya uyğunluğunun müəyyən edilməsi məqsədilə Avropa Şurası tərəfindən növbəti səfərin 2032-ci ildə həyata keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, bu məqsədlə Azərbaycan Respublikasına son səfər 2018-ci ildə təşkil edilmişdir.

Tədbirin ikinci günündə Birləşmiş Krallığın milli antidopinq qurumu (UKAD) tərəfindən hazırlanmış və üzv dövlətlərin illik hesabatlarında əks olunmuş məlumatları özündə əks etdirən Dinamik Panel ekspertlərə təqdim edilib. Dinamik Panel sayəsində artıq istifadəçilər istənilən üzv dövlətin 2022-2023-cü illər üzrə həyata keçirdikləri antidopinq fəaliyyəti ilə əyani şəkildə tanış ola və istədikləri ölkələri seçməklə nəticələri müqayisə edə bilərlər.

Ümumdünya Antidopinq Agentliyi (WADA) ilə əməkdaşlıq məsələləri, Ümumdünya Antidopinq Məcəlləsinə Uyğunluq üzrə Beynəlxalq Standarta dəyişikliklərlə bağlı təkliflərin müzakirəsi ilə davam edən iclas öz işini milli antidopinq qurumlarının uyğunluq sahəsində üzləşdikləri problemlərin həlli məqsədilə texniki və hüquqi dəstək təklif edilməsi ilə yekunlaşdırıb.

İclasın beynəlxalq əməkdaşlığın inkişafına, antidopinq qanunlarına uyğunluğun təmin edilməsinə və təmiz idman mühitinin yaradılmasına böyük töhfə verməklə yanaşı, gələcək fəaliyyət üçün strategiyanın müəyyən edilməsinə yeni imkanlar açacağı gözlənilir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Fevral 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri