Icma.az
close
up
RU
AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib

AMADA rəsmisi Avropa Şurasının Antidopinq Konvensiyasının iclasında iştirak edib

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) hüquqşünası Nicat Əmiraslanlı Fransanın paytaxtı Parisdə Avropa Şurasının Antidopinq Konvensiyası üzrə T-DO Monitorinq Qrupunun Hüquqi məsələlər üzrə Məsləhətçi Qrupunun növbəti iclasında iştirak edib.

"Report" xəbər verir ki, Fransa Milli Olimpiya Komitəsində yerli antidopinq agentliyinin təşkilatçılığı ilə keçirilən iclasın gündəliyində dayanan əsas məsələlər uşaqlar və antidopinq, idmanda dopinq vasitələrinə dair cinayət qanunvericiliyi və Ümumdünya Antidopinq Məcəlləsinin yenilənməsinə dair Monitorinq Qrupunun tövsiyələri olub.

Birinci sessiya Ümumdünya Antidopinq Məcəlləsinə əlavə və dəyişikliklərə dair Ümumdünya Antidopinq Agentliyinə (WADA) təqdim edilmiş təkliflərin müzakirəsi ilə başlayıb və Konvensiyaya tərəf olan dövlətlərin nümayəndələrinin dopinq vasitələri ilə bağlı milli cinayət qanunvericiliklərində mövcud olan tənzimləmələrlə bağlı qısa arayışları ilə işini davam etdirib.

AMADA-nın nümayəndəsi dopinq vasitələrinin qadağan edilməsinə dair Azərbaycan Respublikasının inzibati xətalar və cinayət qanunvericiliyində mövcud olan normalar barədə iclas iştirakçılarını məlumatlandırıb. Tövsiyə olunub ki, cinayət qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə üzv dövlətlər, xüsusilə də qonşu dövlətlər arasında tərəfdaşlıq əlaqələri genişləndirilsin, pozuntu hesab edilən əməllərə görə sanksiyalar sərtləşdirilsin və milli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq dərinləşdirilsin.

İkinci sessiya antidopinq sahəsində uşaqların hüquqlarının qorunması ilə bağlı müzakirə ilə başlayıb. Məsləhətçi Qrup yetkinlik yaşına çatmayanlara münasibətdə antidopinq maarifləndirmə işinin gücləndirilməsi, bu prosesə azyaşlı idmançıların valideynlərinin də cəlb edilməsini, azyaşlılara münasibətdə tətbiq ediləcək sanksiyaların yüngülləşdirilməsinə dair tövsiyələr qəbul edib.

Bizim Telegram kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://report.az
archiveBu xəbər 24 Dekabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri