Icma.az
close
up
RU
AMADA narkomaniya ilə mübarizəyə dair dəyirmi masa keçirib

AMADA narkomaniya ilə mübarizəyə dair dəyirmi masa keçirib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

AMADA-dan verilən məlumata görə, dəyirmi masada müvafiq dövlət qurumlarının rəsmi nümayəndələri iştirak ediblər.

Agentliyin icraçı direktoru Təhminə Tağı-zadə maraqlı təqdimatla çıxış edərək, qurumun Dövlət Proqramından irəli gələn vəzifələri, əldə olunan nailiyyətlər, idman ictimaiyyətinin təmiz idman prinsiplərinə sadiqlik nümayiş etdirməsi üçün maarifləndirmə işinin aparılmasının əhəmiyyəti, sağlam cəmiyyət və gələcək naminə narkomaniyaya qarşı mübarizədə həmrəylik nümayiş etdirilməsinin vacibliyi barədə məlumat verib. Qurum rəsmisi rəhbərlik etdiyi qurumun beynəlxalq antidopinq müstəvisindəki mühüm rolu, Azərbaycanın idman imicinin qorunması istiqamətində görülən işlər, müstəqil antidopinq siyasətinin formalaşmasında atılan addımlardan danışıb və əsas məqsədin təkcə dövlət qurumlarının birgə fəaliyyəti deyil, həm də cəmiyyətin bu məsələyə daha həssas yanaşmasının önəmini diqqətə çatdırıb.

Sonra AMADA tərəfindən keçirilmiş psixoaktiv maddələrin istifadəsinin təsiri və yayılması ilə bağlı sorğunun nəticələri təqdim olunub, müvafiq müzakirələr aparılıb.

Əsas müzakirə mövzuları arasında narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları və müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, gənclərin bu təhlükələrdən qorunması üçün maarifləndirmə işlərinin artırılması, eləcə də idmançıların sağlamlığını təmin etmək məqsədilə bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatı, analizi və mümkün mənfi təsirlərinin araşdırılması məsələləri də yer alıb.

Sonda AMADA-nın dəyirmi masada təmsil olunan dövlət qurumları ilə əməkdaşlığının daha da gücləndirilməsi və birgə fəaliyyətin önəmi vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Dekabr 2024 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri