Icma.az
close
up
RU
AMADA narkomaniya ilə mübarizəyə dair dəyirmi masa keçirib AZƏRTAC

AMADA narkomaniya ilə mübarizəyə dair dəyirmi masa keçirib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı,10 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə dəyirmi masa keçirilib.

AMADA-dan AZƏRTAC-a verilən məlumata görə, dəyirmi masada müvafiq dövlət qurumlarının rəsmi nümayəndələri iştirak ediblər.

Agentliyin icraçı direktoru Təhminə Tağı-zadə maraqlı təqdimatla çıxış edərək, qurumun Dövlət Proqramından irəli gələn vəzifələri, əldə olunan nailiyyətlər, idman ictimaiyyətinin təmiz idman prinsiplərinə sadiqlik nümayiş etdirməsi üçün maarifləndirmə işinin aparılmasının əhəmiyyəti, sağlam cəmiyyət və gələcək naminə narkomaniyaya qarşı mübarizədə həmrəylik nümayiş etdirilməsinin vacibliyi barədə məlumat verib. Qurum rəsmisi rəhbərlik etdiyi qurumun beynəlxalq antidopinq müstəvisindəki mühüm rolu, Azərbaycanın idman imicinin qorunması istiqamətində görülən işlər, müstəqil antidopinq siyasətinin formalaşmasında atılan addımlardan danışıb və əsas məqsədin təkcə dövlət qurumlarının birgə fəaliyyəti deyil, həm də cəmiyyətin bu məsələyə daha həssas yanaşmasınının önəmini diqqətə çatdırıb.

Sonra AMADA tərəfindən keçirilmiş psixoaktiv maddələrin istifadəsinin təsiri və yayılması ilə bağlı sorğunun nəticələri təqdim olunub, müvafiq müzakirələr aparılıb.

Əsas müzakirə mövzuları arasında narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə hüquq-mühafizə orqanları və müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi, gənclərin bu təhlükələrdən qorunması üçün maarifləndirmə işlərinin artırılması, eləcə də idmançıların sağlamlığını təmin etmək məqsədilə bioloji fəallığa malik qida əlavələrinin qeydiyyatı, analizi və mümkün mənfi təsirlərinin araşdırılması məsələləri də yer alıb.

Sonda AMADA-nın dəyirmi masada təmsil olunan dövlət qurumları ilə əməkdaşlığının daha da gücləndirilməsi və birgə fəaliyyətin önəmi vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see382

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see335

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see328

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see328

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see326

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see307

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see304

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see282

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see270

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see262

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see260

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see255

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see253

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see249

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see236

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see216

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see212

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see203

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri