Icma.az
close
up
RU
AMADA nın əməkdaşları Busanda konfransda Fotolar

AMADA nın əməkdaşları Busanda konfransda Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Cənubi Koreyanın Busan şəhərində Ümumdünya Antidopinq Agentliyinin (WADA) “İdmanda dopinqlə mübarizə üzrə dünya konfransı” keçirilib.

“Qafqazinfo” xəbər verir ki, konfransda Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) İcraçı direktoru Təhminə Tağı-zadə və Nəticələrin emalı və təhqiqat şöbəsinin müdiri Nicat Əmiraslanlı iştirak ediblər.

191 ölkədən 2 minədək iştirakçının qatıldığı konfrans idman hərəkatının, hökumətlərin, milli və regional antidopinq təşkilatlarının və laboratoriyaların nümayəndələrini, həmçinin tədqiqatçıları bir araya toplayıb .

İştirakçılar 2019-cu ildə Polşanın Katovitse şəhərində keçirilən dünya konfransından sonra əldə edilmiş tərəqqi və gücləndirilmiş qlobal antidopinq proqramının irəliləməsini qiymətləndiriblər.

Konfransda “Yeni Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartların tətbiqinə dəstək” adlı plenar sessiyada çıxış edən AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə gələn il ölkəmizdə keçiriləcək WADA-nın Avropa üzrə ilk Regional Simpoziumunun əhəmiyyətini vurğulayaraq Azərbaycanın təmiz idman sahəsində əldə etdiyi nailiyyətlərdən, paytaxt Bakının mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etməsindən danışıb.

İştirakçıları Bakıda keçiriləcək Regional Simpoziuma dəvət edən Təhminə Tağı-zadə tədbirin beynəlxalq antidopinq sistemində əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və yeni tənzimləmələrin daha effektiv tətbiqi baxımından mühüm platforma rolunu oynayacağını bildirib. O həmçinin qeyd edib ki, Simpozium müvafiq qurumlar arasında qarşılıqlı etimadı artıracaq, region ölkələrinin dopinqlə mübarizə potensialının inkişafına töhfə verəcək və qlobal antidopinq ekosistemində Azərbaycanın fəal tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirəcək.

Konfrans 2027-ci il Ümumdünya Antidopinq Məcəlləsinin və Beynəlxalq Standartların WADA-nın idarəetmə orqanları olan Təsisçilər Şurası və İcraiyyə Komitəsi tərəfindən təsdiqlənməsi ilə yekunlaşıb. Təmiz idmanın vacibliyini vurğulayan və antidopinqlə bağlı bütün maraqlı tərəfləri effektiv əməkdaşlığa və idmançıları dəstəkləməyə çağıran “Busan bəyannaməsi” də qəbul edilib.

Yeni qaydalar Qadağan edilmiş maddələrin siyahısını, Terapevtik istifadə üçün istisnaları, dopinq nəzarəti prosedurlarını, nəticələrin emalını və məlumatların qorunması kimi sahələri əhatə edəcək.

Yeni Ümumdünya Antidopinq Məcəlləsi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək və 2033-cü ilədək qüvvədə olacaq.




Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Dekabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri