Icma.az
close
up
RU
AMADA əməkdaşları azad olunmuş ərazilərdə

AMADA əməkdaşları azad olunmuş ərazilərdə

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları azad olunmuş ərazilərə səfər ediblər.

Futbolpress.az xəbər verir ki, səfər çərçivəsində AMADA nümayəndələri Qarabağ Universitetində olublar. Universitetin rektoru, Agentliyin Müşahidə Şurasının üzvü Şahin Bayramov ilə keçirilən görüşdə ali təhsil ocağının fəaliyyəti, qısa müddətdə əldə olunan nailiyyətlər, azad edilmiş ərazilərdə müasir və beynəlxalq standartlara cavab verən universitetin fəaliyyət göstərməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Görüş zamanı gənclər arasında sağlam həyat tərzinin təşviqi, təmiz idman prinsiplərinin aşılanması və gələcək əməkdaşlıq imkanları da müzakirə olunub.

Daha sonra universitetin Hüquqşünaslıq və Tibb fakültələrinin tələbələri ilə görüş keçirilib. Tələbələrə 2027-ci ildən qüvvəyə minəcək yeni Ümumdünya Antidopinq Məcəlləsi, beynəlxalq standartlar, antidopinq qaydaları və idmanda etik davranış prinsipləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində AMADA əməkdaşları Qarabağ Universitetinin Klinikası, eləcə də Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu ilə tanış olublar. Universitetdə yaradılan müasir tədris və tibbi infrastruktur, tələbələrin praktik biliklərinin artırılması istiqamətində görülən işlər barədə nümayəndələrə ətraflı məlumat təqdim edilib.

Növbəti görüş Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə təşkil olunub. Məktəbin direktoru Səbinə Gözəlova çıxış edərək şagirdlərin sağlam və düzgün dəyərlər əsasında formalaşmasında maarifləndirici tədbirlərin mühüm rol oynadığını vurğulayıb, gənclərin zərərli vərdişlərdən uzaq yetişdirilməsi istiqamətində həyata keçirilən təşəbbüslərə görə AMADA rəhbərliyinə təşəkkürünü bildirib. Görüş zamanı şagirdlərə dopinq və narkomaniyanın insan sağlamlığına, cəmiyyətə və idman karyerasına vurduğu zərərlər barədə məlumat verilib, sağlam və məsuliyyətli həyat tərzinin əhəmiyyəti vurğulanıb. Tədbirin sonunda məktəbin şagirdləri tərəfindən hazırlanmış bədii proqram nümayiş etdirilib.

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə səfərin əhəmiyyətini yüksək qiymətləndirərək azad olunmuş ərazilərdə belə maarifləndirici görüşlərin keçirilməsinin gənclər arasında sağlam həyat tərzinin təşviqi, düzgün dəyərlərin formalaşdırılması və təmiz idman prinsiplərinin təbliği baxımından mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Qarabağda yenidən formalaşan təhsil və sosial mühit gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradır. Təhminə Tağı-zadə universitet və məktəblərdə təşkil olunan görüşlərin gənclərin məlumatlılığının artırılmasına, onların zərərli vərdişlərdən uzaq durmasına və cəmiyyətə faydalı fərdlər kimi yetişməsinə töhfə verdiyini vurğulayıb. O, bu kimi təşəbbüslərin gələcəkdə də davam etdiriləcəyini və regionlarda maarifləndirmə fəaliyyətinin genişləndiriləcəyini diqqətə çatdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 26 Avqust 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri