Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

AMADA nın icraçı direktoru: Dopinq idmaçıların fərqində olmadığı, gizli təhlükədir

AMADA nın icraçı direktoru: Dopinq idmaçıların fərqində olmadığı, gizli təhlükədir

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"Beynəlxalq Antidopinq Standartlarına görə, testlərin nəticələrinin açıqlanma müddəti 21 gündür".

Bunu Oxu.Az-a müsahibəsində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə deyib.

O, AMADA-nn yaradılmasının səbəblərindən, dopinq testlərinin açıqlanma müddətindən, həvəskar idmançıların da testlərə tabe tutulmasından və dopinqin zərərlərindən bəsh edib. Onunla müsahibəni təqdim edirik:

- AMADA-nın yaradılmasının əsas səbəbi nə olub? Agentliyin məqsədi və funksiyaları nələrdir?

- Dopinq idman dünyasında ədalətli və təmiz mübarizənin qarşısını alan ən böyük təhdidlərdən biridir. Beynəlxalq idman arenasında uğur qazanmaq, yalnız fiziki hazırlıq və istedadla deyil, həm də səmərəli və ədalətli oyun prinsiplərinə əsaslanmalıdır. Bu səbəbdən dopinqin qarşısının alınması, həm idmançılar, həm də idman təşkilatları üçün vacib bir məsələdir. Azərbaycan da bu qlobal mübarizəyə qoşulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2016-cı ilin dekabr ayında Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yaradılıb. Agentliyin yaradılması Azərbaycanın idman sahəsində beynəlxalq standartlara uyğun dopinqə qarşı mübarizənin gücləndirilməsi və təmiz idman mədəniyyətinin inkişaf etdirilməsi məqsədi daşıyıb.

AMADA fəaliyyətə başlamaqla ölkəmizdə beynəlxalq idman standartlarına uyğunluğu təmin etməyi, idmançılar arasında dopinqin istifadəsinin qarşısının alınmasını və ədalətli idman prinsiplərini təbliğ etməyi öz üzərinə götürüb. Dünyada aparılan tədqiqatlar göstərir ki, dopinq həm fiziki, həm də psixoloji mənfi təsirlərə səbəb olur. Dopinq istifadəsi idmançının sağlamlığını təhdid edir, həmçinin bütün idman yarışlarının etibarlılığına zərər verir.

Agentliyimiz fəaliyyətini beynəlxalq təcrübə və standartlara uyğun həyata keçirir. Ümumdünya Antidopinq Agentliyi (WADA) beynəlxalq arenada dopinqlə mübarizəni təşkil edən ali təşkilatdır. WADA dopinqlə mübarizədə dünya standartlarını müəyyən edir və ölkələrin bu standartlara uyğun fəaliyyət göstərmələrini tövsiyə edir. Agentliyimizin siyasəti WADA-nın tələblərinə uyğun şəkildə formalaşdırılıb. Agentlik yalnız daxili deyil, həm də beynəlxalq tədbirlərdə iştirak edir, idmançıları və idman təşkilatlarını qlobal dopinqlə mübarizə sahəsində məlumatlandırır.

AMADA ölkəmizdə dopinqdən istifadənin qarşısının alınması və təmiz idman mədəniyyətinin formalaşdırılmasında mühüm rol oynayır. Agentlik yalnız idmançılara deyil, eyni zamanda bütün idman təşkilatlarına və idman ictimaiyyətinə dopinqin zərərləri barədə məlumat verir və fəaliyyətlərini beynəlxalq standartlara uyğun yerinə yetirməyə çağırış edir. Bu, Azərbaycanın beynəlxalq idman arenasında sağlam və ədalətli yarışlar təşkil etməyə yönəlmiş bir addımdır və ölkənin idman sahəsində nüfuzunu daha da möhkəmləndirir.

- AMADA ötən həftəni ölkəmizdə "Ədalətli idman həftəsi" elan edib. Həftə çərçivəsində hansı işlər görülüb?

- WADA 2025-ci il 11 aprel tarixini dünyada Ədalətli İdman Günü elan edib. Təmiz idman dəyərlərinə həsr olunan Ədalətli İdman Günü dopinqə qarşı qlobal mübarizə haqqında idmançılar, idman ictimaiyyəti və digərləri üçün məlumatlandırma məqsədi daşıyır. WADA-nın təşəbbüsünə qoşulan AMADA da 2025-ci il 7 - 13 aprel tarixlərini ölkəmizdə "Ədalətli idman həftəsi" elan edib və idman ictimaiyyətini bu günlə bağlı məlumatlandırma işinə başlayıb.

WADA hər il müxtəlif şəkildə qeyd olunan Ədalətli İdman Gününün bu il rəqəmsal platformalar vasitəsilə təbliğ edilməsi üçün çağırış edib. Ali antidopinq qurumu cari il həmin günün "Ədalətli yarış səndən başlayır" şüarı altında keçirilməsini və bu mövzuda postların #PlayTrueDay həştəqi vasitəsilə paylaşılmasını təklif edib.

"Ədalətli idman həftəsi" ərzində AMADA-nın müxtəlif sosial media kanallarında bu günlə bağlı paylaşımlar edilib. Bura məlumatlandırıcı post və hekayələrin paylaşılması, idman ictimaiyyətinin tanınmış simalarının bu günlə bağlı fikirləri, eyni zamanda, "Ədalətli İdman Günü" ilə bağlı sorğulardan ibarət müsabiqələrin təşkili aiddir. İdmansevərlər bu müsabiqələrdə iştirak edərək həm maariflənə, həm də AMADA-dan dəyərli hədiyyələr qazana biliblər.

- Testlərin nəticələri nə qədər müddətdə açıqlanır və bu nəticələrin dəqiqliyinə nə qədər güvənilir? Yalnız peşəkar idmançılar yoxlanılır, yoxsa həvəskar idmançılar da test olunur?

- Dopinq nəzarəti prosesi idmançıların ədalətli mübarizə aparmalarını təmin etmək və təmiz idman mühitini qorumaq üçün vacib addımdır. Bu prosesə yalnız peşəkar idmançılarla yanaşı, həvəskarlar da cəlb oluna bilər. Beynəlxalq Antidopinq Standartlarına görə, testlərin nəticələrinin açıqlanma müddəti 21 gün olur. Əgər dopinq testi pozitiv nəticə verərsə, bu halda əlavə təsdiq testləri tələb oluna bilər. Bu növ təkrarlanan testlər nəticələrin doğruluğunu təmin etməyə yönəlib və bir neçə həftə davam edə bilər. Nümunələr laboratoriyaya xüsusi kodlarla gəlir və nəticələr ADAMS sisteminə yüklənir. Həmçinin AMADA dopinqin aşkarlanmasında WADA tərəfindən akkreditasiya olunan laboratoriyalarla əməkdaşlıq edir və bu da, nəticələrin dəqiqliyinə təminat verir.

- İdmançılar və məşqçilər dopinqin zərərləri haqqında necə məlumatlandırılır?

- İdmançılar və məşqçilər dopinqin zərərləri barədə ən effektiv şəkildə təlimlər vasitəsilə məlumatlandırılırlar. Həm peşəkar, həm də həvəskar idmançılar üçün təşkil edilən təlimlər dopinqin idmançılara, məşqçilərə və ümumiyyətlə idman cəmiyyətinə necə təsir etdiyini ətraflı şəkildə izah edir. Təlimlərdə dopinqin sağlamlığa və idman karyerasına necə zərər verə biləcəyi, qanuni və etik nəticələri barədə məlumatlar verilir. AMADA idmançılara və məşqçilərə bu mövzuda xüsusi seminarlar təşkil edir və müvafiq mütəxəssislər tərəfindən təqdimatlar keçirilir.

Bugünkü dövrdə texnologiyanın inkişafı sayəsində dopinqin zərərləri haqqında məlumatlandırma onlayn platformalarda da həyata keçirilir. AMADA və digər antidopinq qurumları idmançılar və məşqçilər üçün interaktiv vebinarlar və onlayn təlim kursları təşkil edir. Bu kurslar vasitəsilə idmançılar və məşqçilər evdən çıxmadan da dopinqin riskləri və zərərləri barədə məlumat əldə edə bilirlər. Həmçinin, maarifləndirmə prosesi AMADA-nın sosial media kanalları vasitəsilə də həyata keçirilir.

- Agentliyin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar haqqında məlumat verə bilərsinizmi?

- AMADA dopinqin qarşısının alınması və təmiz idman dəyərlərinin təşviqi məqsədilə beynəlxalq antidopinq qurumları ilə əməkdaşlığı daha da genişləndirir. Bu əməkdaşlıq Azərbaycanda antidopinq siyasətinin beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilməsini təmin edir. Ölkəmiz WADA, Beynəlxalq Test Agentliyi (ITA), Milli Antidopinq Təşkilatları İnstitutu, həmçinin milli antidopinq təşkilatları ilə sıx əməkdaşlıq edir. AMADA Avropa Şurasının WADA üzrə Ad Hoc Avropa Komitəsinin, Antidopinq Konvensiyasının Monitorinq, Uyğunluq və Hüquq məsələləri üzrə qruplarının iclaslarında fəal təmsil olunur. Agentliyimiz ötən il Almaniya, bu il isə Polşa Milli Antidopinq agentlikləri ilə Anlaşma memorandumları imzalayıb. Əməkdaşlıq antidopinq sahəsində əməkdaşlığın dərinləşdirilməsini, elmi tədqiqatların və təhsil təşəbbüslərinin gücləndirilməsini, innovativ yanaşmaların tətbiqini və praktiki bilik mübadiləsini təşviq edəcək. Əməkdaşlıq nəticələrin emalı, testetmə, təhsil və digər sahələri əhatə edəcək, Ümumdünya Antidopinq Məcəlləsinə və Beynəlxalq Standartlara uyğun fəaliyyətin daha da təkmilləşdirilməsinə töhfə verəcək. Memorandumlar çərçivəsində gələcəkdə müxtəlif sahələri əhatə edən spesifik ikitərəfli müqavilələrin imzalanması da planlaşdırılır ki, bu da əməkdaşlığın davamlı və sistemli şəkildə inkişafını təmin edəcək.

Ötən il AMADA-nın təşkilatçılığı ilə ölkəmizdə 3 beynəlxalq konfrans təşkil olunub. Tədbirlərə WADA, ITA-nın və digər ölkələrin milli antidopinq təşkilatlarının rəsmi şəxsləri qatılıb. WADA-nın prezidenti Vitold Banka ötən ilin sonunda keçirilən "Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış" adlı beynəlxalq konfransın iştirakçılarına videomüraciət ünvanlayıb və tədbir iştirakçılarına uğurlar arzulayıb. Bu cür tədbirlər milli antidopinq qurumlarının fəaliyyətlərini daha da təkmilləşdirmək və qlobal antidopinq sisteminin güclənməsinə töhfə vermək baxımından çox vacibdir.

- Sizcə, idmanda ən böyük risk nədir - fiziki zədə, yoxsa dopinq?

- Hər iki risk idmançılar üçün əhəmiyyətli təhlükələr təşkil edir. Amma hər birinin təsiri fərqlidir. Fiziki zədələr daha çox anında baş verən, bəzən gözlə görülən və fiziki bədənə dərhal təsir edən risklərdir. Bu zədələr idmançıların karyerasını təxirə sala bilər, amma sağlamlığın bərpası mümkündür. Həmçinin fiziki zədələr əksər hallarda müalicə olunaraq, idmançının bərpa olunmasına şərait yaradır. Digər tərəfdən, dopinq daha gizli bir təhlükədir. İlk növbədə, dopinqin nəticələri qısamüddətli ola bilər və idmançıya sürətli performans artımı gətirə bilər. Amma uzun müddət istifadə edildikdə ciddi sağlamlıq problemlərinə yol açar. Dopinqin idmançının etik və hüquqi vəziyyətinə də ağır təsirləri olur. Bu, həmçinin idmançıların reputasiyasını və gələcəyini təhdid edir.

Nəticə etibarilə, idmanda ən böyük riskin nə olduğunu müəyyənləşdirmək hər idmançı üçün fərqli ola bilər. Lakin, dopinqin təkrarlanan istifadəsinin daha böyük və çoxistiqamətli fəsadlar doğurduğu, həmçinin idmançının yalnız fiziki deyil, həm də etik və hüquqi vəziyyətinə ciddi təsir göstərdiyi qeyd edilə bilər.

- Sizin fikrinizcə, dopinqsiz idmana nail olmaq üçün əsas nədir?

- Dopinqsiz idmana nail olmaq, sadəcə qanunların tətbiqi ilə bağlı deyil, həm də idmançılar və idman ictimaiyyətinin geniş təhsil, şəffaflıq, psixoloji dəstək və texnologiyadan düzgün istifadəsi ilə mümkündür. Dopinqin qarşısını almaq sağlam idmançılar yetişdirməklə yanaşı, həm də idmanın ədalətli və təmiz olmasını təmin etmək üçün əsas şərtdir. Həm idmançıların, həm də cəmiyyətin bu prinsipə sadiq qalması dopinqsiz bir idman dünyasının yaradılmasına şərait yaradacaq. İdman ictimaiyyəti üçün dopinqin zərərləri haqqında maarifləndirmə çox vacibdir. Maarifləndirmə dopinqin yalnız sağlamlıq üçün deyil, həm də idmançının nüfuzu və karyerası üçün ciddi təhlükə yaratdığını göstərməlidir. İdmançılar dopinq maddələrinin uzunmüddətli zərərlərini başa düşməlidirlər. Bu cür yanaşma həm də idmançıların psixoloji və etik aspektlərdən doğru qərarlar vermələrinə kömək edəcək.

- Yeni texnologiyalar və metodlar bu sahədə necə tətbiq olunur?

- AMADA süni intellekt və digər qabaqcıl texnologiyaları istifadə edərək, dopinqə qarşı mübarizəni daha da gücləndirməyi və bu sahədə yeni yanaşmalar tətbiq etməyi hədəfləyir. Belə ki, ötən il AMADA Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) üzvləri üçün "Antidopinq maarifləndirilməsində süni intellekt: Təhsilin transformasiyası" adlı vebinar keçirib. Vebinar iştirakçılarına süni intellekt və onun potensial tətbiqləri, süni intellektə əsaslanan təhsildə mövcud tendensiyalar, gələcək imkanlar, bu sahədə istifadə olunan alətlər və onların səmərəliliyini maksimuma çatdırmaq üçün strategiyalar barədə məlumat verilib. Həmçinin süni intellekti təhsil proqramlarına inteqrasiya edərkən yarana biləcək problemlərin qarşısını almaq üçün üsullar və təhsil məzmunu yaradan süni intellekt vasitələrin əhəmiyyəti diqqətə çatdırılıb. Bundan əlavə, AMADA Londondakı Lafboro Universitetində keçirilən data analitikası üzrə vorkşopda təmsil olunub. Tədbirdə 16 antidopinq təşkilatının, WADA, iNADO və ITA-nın nümayəndələri iştirak ediblər. Burada data analitikası və süni intellektdən istifadə edərək qlobal antidopinq səylərin təkmilləşdirilməsi imkanları araşdırılıb. AMADA-nın nümayəndələri süni intellektin idarəetmə çərçivələri, birgə tətbiq halları və strateji məlumat əsaslı həllər mövzularında müzakirələrə töhfə verib, Agentliyimizin süni intellektin antidopinq səylərinə inteqrasiyası və qlobal əməkdaşlığın gücləndirilməsi istiqamətində təşəbbüslərini vurğulayıblar. Bundan əlavə, cari ilin martında AMADA-nın əməkdaşı iNADO-nun İsveçrənin Lozanna şəhərində təşkil olunan illik beynəlxalq vorkşopunda antidopinq təhsilində generativ süni intellekt texnologiyalarının əhəmiyyətindən danışıb. O, təhsil materiallarının hazırlanması, interaktiv söhbət botları və data analitikasının tətbiqi ilə idmançıların effektiv maarifləndirilməsi istiqamətində AMADA-nın təcrübəsini bölüşüb.

- 2025-ci il üçün Agentliyin əsas hədəfləri nədir?

- Cari ildə AMADA-nın əsas hədəfləri ölkəmizdə və beynəlxalq səviyyədə antidopinq mübarizəsini daha da gücləndirmək, idmançılar və idman ictimaiyyəti arasında dopinqə qarşı maarifləndirməni artırmaqdan ibarət olacaq. AMADA beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi sahəsindəki fəaliyyətini davam etdirəcək. Beynəlxalq konfrans ənənəsinə sadiq qalaraq, bu il də beynəlxalq konfransın təşkili nəzərdə tutulub. Milli antidopinq təşkilatları ilə əməkdaşlıq etmək, bu sahədə mövcud olan ən yaxşı təcrübələri öyrənmək və tətbiq etmək ön planda olacaq. Həmçinin bu əməkdaşlıq vasitəsilə dopinqin qarşısını almaq üçün daha effektiv metodların inkişaf etdirilməsi və təcrübə mübadiləsi təmin ediləcək.

Yaxın aylarda "Training of Trainers" layihəsini həyata keçirmək niyyətindəyik. Bu layihə dopinqin zərərləri və idmançılar üçün düzgün məşq metodları barədə maarifləndirməyə yönələcək. Layihənin məqsədi idman federasiyalarının dopinqə qarşı mübarizədə rolunu artırmaq və onları təlimləndirərək idmançılara doğru, etik və təbii yolla qələbə qazanmağı təşviq etməkdir. Bu təşəbbüs, həmçinin idman sahəsində etik normaların qorunmasını və idmançıların yalnız təbii yollarla yüksək nəticələr əldə etmələrini təmin edəcək. Bundan əlavə, paytaxt ilə yanaşı, bölgələrdə də maarifləndirmə tədbirlərinin təşkili prioritet təşkil edir.

Daha çox foto burada: PhotoStock.az

Anar Həsənov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Aprel 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri