Icma.az
close
up
RU
AMADA nın icraçı direktoru beynəlxalq vorkşopda iştirak etdi

AMADA nın icraçı direktoru beynəlxalq vorkşopda iştirak etdi

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat yayır.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə Milli Antidopinq Təşkilatları İnstitutunun (iNADO) illik beynəlxalq vorkşopunda iştirak edib.

İdmanxeber.az-ın məlumata görə, İsveçrənin Lozanna şəhərində baş tutan tədbirdə antidopinq sahəsində ən yeni innovasiyalar, qabaqcıl təcrübələr və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Dünyanın müxtəlif ölkələrindən antidopinq ekspertləri, mütəxəssislər və tədqiqatçılar təmiz idmanın təşviqi və ədalətli rəqabət mühitinin qorunması üçün görüşərək gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər.

AMADA-nın aparıcı əməkdaşı Qüdrət Səfərov tədbirin əsas sessiyalarından biri olan “Antidopinq təhsilində və idmançıların fəaliyyətində süni intellektin tətbiqi” mövzusunda təqdimatla çıxış edib. Çıxış zamanı Q.Səfərov antidopinq təhsilində generativ süni intellekt texnologiyalarının əhəmiyyətindən danışıb. O, təhsil materiallarının hazırlanması, interaktiv söhbət botları və data analitikasının tətbiqi ilə idmançıların effektiv maarifləndirilməsi istiqamətində AMADA-nın təcrübələrini bölüşüb.

Eyni paneldə Q.Səfərov ilə yanaşı, Norveç İdman Elmləri Məktəbi və KU Leuven Universitetinin doktorantı Niko Topias Vuorinen, həmçinin Köln İdman Universiteti Biokimya İnstitutunun Köln Atlet Pasportu İdarəetmə Bölməsinin direktoru Tomas Piper də iştirak ediblər. Vuorinen süni intellekt texnologiyalarının antidopinq sahəsində tətbiqi ilə bağlı fəlsəfi və etik perspektivləri təqdim edib, süni intellektdən istifadə zamanı yarana biləcək etik çətinliklərə diqqət çəkib. T.Piper isə Atletlərin Bioloji Pasport məlumatlarının analizində maşın öyrənməsi alqoritmlərinin tətbiqi ilə dopinq halları aşkarlama imkanları barədə danışıb.

Vorkşop müddətində Ümümdünya Antidopinq Məcəlləsinin yenilənməsi, yarış müddətində həyata keçirilən test prosedurları və antidopinq təşkilatlarında idmançıların iştirakının artırılması məsələləri də geniş müzakirə edilib. Sonda antidopinq sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, həmçinin Avropada və dünyada təmiz idmanın təşviqi üçün strateji addımlar müəyyənləşdirilib.

Tədbir iNADO-nun baş icraçı direktoru Peter Van de Vlietin yekun nitqi ilə başa çatıb. Van de Vliet antidopinq sahəsində beynəlxalq əməkdaşlığın və innovativ yanaşmaların əhəmiyyətini xüsusi vurğulayaraq qeyd edib ki, antidopinq təşkilatları arasında davamlı dialoq, yeni problemlərə çevik və effektiv cavab verə bilmələri üçün zəruridir. O, iştirakçılara fəal iştiraklarına görə təşəkkürünü bildirib və iNADO-nun qlobal səviyyədə idmanın şəffaflığının və dürüstlüyünün qorunmasına olan davamlı sadiqliyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:273
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 25 Mart 2025 01:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri