Icma.az
close
up
RU
Amansız cinayətlərdə adı çəkilən erməni danışdı “Bilirdik ki, Azərbaycan...”

Amansız cinayətlərdə adı çəkilən erməni danışdı “Bilirdik ki, Azərbaycan...”

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arkadi Qukasyanın məhkəmədə səsləndirdiyi fikirlər diqqət çəkib. Onun sözlərindən belə anlaşılır ki, müharibə başlayan gündən ermənilər xof içində və məğlubiyyət əhvalında olublar.

Onun qondarma rejimdə lider olduğu dövrdən çox keçib. Bu baxımdan çox adam Qukasyanın Azərbaycana qarşı fəaliyyətini bilmir. O, nələr etmişdi? Qukasyan bu sözlərində nə qədər səmimidir?

Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Qukasyanın məhkəmədə verdiyi ifadədə bir çox məsələlər ortaya çıxdı:

“Qarabağdakı silahlı birləşmələr Ermənistan ordusunun uzantıları idi. Ermənistan işğal müddətində Qarabağı tərəf kimi göstərməyə çalışırdı. Lakin hər kəsə məlum olduğu kimi Qarabağ 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında idi və qondarma rejim, struktur, dırnaqarası birləşmələr rəsmi İrəvana məxsus olub. Qukasyan da bunu etiraf etdi.
Digər tərəfdən ermənilər müharibədən əvvəlki vaxtda belə mümkün münaqişə fonunda Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyini bilirdilər. Ona görə də maksimum dərəcədə danışıqlar prosesini müxtəlif bəhanələrlə uzadırlar. Köçəryan və Sarkisyanın dövründə bu taktikadan tez-tez istifadə olunurdu. Müharibənin başladığı ilk günlərdən Ermənistanın xof içərisində olmasının səbəbi də bu idi.

Asif Nərimanlı

Arkadi Qukasyan 1997-ci ildən 2007-ci ilə qədər Qarabağda qondarma rejimin rəhbəri olub. Bu rejimdə təmsil olunmağın özü belə Azərbaycana qarşı separatçı fəaliyyət, ən böyük yanlışlardan biri idi”.

Politoloqun sözlərinə görə, beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyinə əsasən Qukasyan cinayətkardır:

“Qondarma rejimə rəhbərlik etdiyi dövrlərdən Azərbaycana qarşı cəbhə xəttində və digər istiqamətlərdə təxribatlar törədilib. Bu təxribatlar nəticəsində Azərbaycan ordusu şəhid verib. Müxtəlif dövrlərdə mülki əhaliyə qarşı erməni terrorunun şahidi olmuşuq. Uşaqları hədəf alan mina terrorları da buna nümunədir.

Məhkəməyə çıxarılanların hər biri bu və ya digər formada ölkəmizə qarşı cinayətlərdə ittiham olunurlar”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Fevral 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri