Icma.az
close
up
RU
“Biz bilirdik ki, kimlə oynayırıq” Vernidub

“Biz bilirdik ki, kimlə oynayırıq” Vernidub

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasının VII turunda doğma meydanda “Sabah” ilə 0:0 hesablı heç-heçə edib.

“Qafqazinfo” xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Qol epizodlarınızı vura bilməməyiniz nə ilə bağlıdır, şanssızlıq, yoxsa texniki boşluqlar var?

- Mənə həm “Neftçi”nin, həm də “Sabah”ın performansı çox xoşuma gəldi. Biz bilirdik ki, kimlə oynayırıq. Çempion komandaya, ÇL-də oynayan komandaya qarşı oynayırdıq. “Sabah” “Mançester Yunayted”ə 0:4 uduzsa da, yaxşı futbol nümayiş etdirdi. Komanda əzmkar oyun göstərirdi. Bu gün də bərabər səviyyəli oyunun şahidi olduq. Biz epizodlardan istifadə edə bilmədik. Səhv etmirəmsə, “Sabah” 6 matçda cəmi 1 qol buraxıb. Bu da onu göstərir ki, onların çox yaxşı müdafiəsi var. Futbolçularıma minnətdaram ki, intensivliyi qorudular. Mübarizələri uduzmurdular. Əlbəttə ki, təəssüf qol olmadı, bircə bu xoşumuza gəlmədi. Futboldur, nəzərə alın ki, çempionla oynayırıq. Bu xal da bizi qane edir ki, irəliyə doğru davam edək. Həm də nəzərə alaq ki, bizdə də onlarda da milliyə gedənlər oldu. Bizdən 8 oyunçu milliyə getmişdi, onlardan 10 futbolçu. Denzel Jubitana dünən gəlmişdi, Sessi Almeyda qoşula bilmədi. Yaxşı olan odur ki, mən və həmkarım üçün, millidə oynayır futbolçularımız. Millinin şansı var ki, qrupda da birinci yeri tutsunlar.

- Sizcə, bu gün bir xal itirdiniz, yoxsa iki xal qazandınız?

- Mən baş məşqçiyəm və baş məşqçi üçün iki xal itirmək deməkdir. Çünki həmişə üç xal istəyirəm. Düşünürəm ki, həmkarım Dambrauskas eyni fikirdədir ki, iki xal itirib. Rəqib hansı komanda olsa da, belədir. Baş məşqçi fərqli düşünsə, komanda da ona uyğun oyun sərgiləyəcək.

 - Emil Səfərova qarşı kobudluq zamanı rəqib futbolçuya sarı vərəqə verilməsini necə qiymətəndirirsiz?

 - Hakimliyi şərh etmək istəmirəm. Oyun zamanı emosional adamam. Bəzən qışqıra bilərəm oyun ərzində. Amma dərhal sakitləşirəm. Hakimləri qiymətləndirmək üçün başqa şəxslər var. Normal oyun oldu, həm bizə, həm də digər komandaya normal münasibət sərgilədi. Cinayət olan bir şey görmədim.

- Növbəti oyunlar “Qarabağ” və “Turan Tovuz”a qarşıdır. Bu matçlarda neçə xal sizi qane edəcək?

- Bir daha təkrar edirəm, hər zaman qalib gəlmək istəyirəm. Fərq etməz evdə oynayırıq, yoxsa səfərdə oynayırıq. Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq.

- Klisman ikinci hissənin əvvəlində artıq zədələnmişdi. Olmazdı ki, son 15-20 dəqiqə müdafiə və hücumu birləşdirmək üçün Emin Mahmudovu meydana buraxasınız?

- Oyundan öncə götür-qoy edirik ki, kim-kimi əvəzləyəcək. Öncədən qərar veririk. Emil Səfərov meydana daxil oldu, intensivliyi saxlamaq lazımdır. Gənc futbolçudur. İntensiliyi saxlamağa çalışdı. Bu gün belə düşündük. Qarşıdakı matçda fərqli ola bilər. Bütün futbolçular oynamaq istəyir, hamını isə meydana buraxa bilmərəm. Bu gün dörd oyunçunu dəyişdik. Qustavo meydanda çıxanda gecikməyə görə bir dəqiqə fasilə verildi. Orada tam başa düşmədim ki, bu əvəzetmədən sonra bizim bir oyunçu dəyişmək haqqımız qalır, yoxsa iki? Hakim matçdan sonra dedi ki, 2 oyunçunu əvəzləyə bilərdiz. Açığı istəmədim ki, sonradan desinlər hansısa qayda pozuntusuna yol verdilər. Ona görə də 4 oyunçunu əvəzləyə bildik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Oktyabr 2026 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see507

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see419

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see396

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see279

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see273

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see271

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see266

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see263

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see257

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see248

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see241

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see235

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see231

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see220

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see210

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see202

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see199

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see196

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see191

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri