“Amazon”un bazar kapitallaşması ilk dəfə 3 trilyon dolları keçdi
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
“Amazon”un səhmləri ilkin ticarətdə 5,2 faiz artaraq, 285,75 dollara çatıb.
Yeniavaz.com NDTV-yə istinadla xəbər verir ki, bununla da, şirkətin bazar kapitallaşması ilk dəfə 3 trilyon dolları keçərək, təxminən 3,1 trilyon dollar olub.
Bu isə şirkətə dünyada bu mərhələyə çatan beşinci şirkət olmağa imkan verib.
İlin əvvəlindən bəri “Amazon”un bazar dəyəri 23,2% artaraq “möhtəşəm yeddilik” şirkətləri arasında ən yaxşı dinamikanı göstərib.
Bu, şirkətin süni intellektə güclü tələbat fonunda ikinci rübdə bulud xidmətlərində kəskin artım elan etməsindən sonra baş verib.
Gəlir 200,61 milyard dollara çatıb ki, bu da analitiklərin 196,47 milyard dollarlıq proqnozunu üstələyib.
Bazar kapitallaşmasını 3 trilyon dollara çatdıran digər şirkətlər isə “Apple”, “Microsoft”, “Alphabet” və “Nvidia” şirkətləridir.
“Nvidia” hazırda dünyanın ən böyük şirkətidir və onun bazar kapitallaşması 5 trilyon dollara yaxınlaşır (4,9 trilyon dollar). “Alphabet”də bu rəqəm 4,54, “Apple”də 4,48, “Microsoft”da 3,63 trilyon dollardır.
Bazar ertəsi günü digər böyük şirkətlərin səhmləri də artıb. “Meta Platforms”da 4%, “Alphabet”də 3,6% və “Oracle”da 5% artım olub.
Bu mövzuda digər xəbərlər:Amorim “Amazon”un təklifinə
20 İyul 2025 16:41
Amazon un satışları artdı
31 Oktyabr 2025 09:29
Micron un bazar kapitallaşması 1 trilyon dollara çatıb
27 May 2026 07:17
Jurnalistlər Amazon un yalanını aşkarladı
19 May 2025 19:07
“Amazon”un 1 milyonuncu robotu
09 İyul 2025 10:35
Baxış sayı:93
Bu xəbər 04 Avqust 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















