Icma.az
close
up
RU
“Amazon”un 1 milyonuncu robotu

“Amazon”un 1 milyonuncu robotu

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Süni intellekt və robot əmək bazarını necə dəyişir?

Amerikanın texnologiya nəhəngi “Amazon” şirkətin qlobal logistika sistemində bir milyonuncu robotun istifadəyə verildiyini elan edib. Bu texnoloji nailiyyət 2025-ci ilin iyul ayına təsadüf edir və həmin robotun Yaponiyadakı sifariş emalı mərkəzində işə başladığı bildirilib.

Hazırda “Amazon”un sifariş mərkəzlərində 1,56 milyon fəaliyyət göstərsə də, onların sıralarında süni intellekt və robot texnologiyaları ilə təchiz olunmuş 1 milyondan çox robot da iştirak edir. Bu balans texnologiyanın insanların fiziki əməyini necə dəyişdirdiyini və gələcək əmək bazarına necə təsir göstərə biləcəyini bir daha ortaya qoyur.

“Amazon”un bu robot inqilabı 2012-ci ildə Kiva Systems şirkətini satın alması ilə başlayıb. Bu şirkətin istehsal etdiyi mobil robotlar anbar daxili məhsul hərəkətini kökündən dəyişdirərək sürət, səmərəlilik və xərc azaldılması sahəsində inqilabi üstünlüklər təqdim etdi.

Sonrakı illərdə isə bu tendensiya daha da sürətləndi: robotlar məhsul daşıma, çeşidləmə və yükləmə işlərində insan əməyini əvəz etməyə başladı. Nəticədə, “Amazon”un əməkdaş sayı son dörd ildə 40 min nəfər azalaraq aşağı düşüb. Məlumata görə, bu gün bir Amazon anbarında orta hesabla 670 nəfər çalışır ki, bu da son 20 ilin ən aşağı göstəricisidir.

“Amazon”un robotlaşdırma planları yalnız anbarlarla məhdudlaşmır. San-Fransisko şəhərində artıq “humanoid robot parkı” qurulub. Bu məkanda insanabənzər robotlara poçt bağlamalarının çatdırılması və sosial mühitə uyğunlaşma bacarıqları öyrədilir. Şirkətin məqsədi gələcəkdə robotları daşıma xidmətləri, evə çatdırılma, səhra logistikası və təcili yardım funksiyaları ilə də təmin etməkdir.

“Amazon”un robot strategiyası tənqid və maraq doğurur. Bəzi mütəxəssislər prosesi əmək bazarının daralması və işsizlik riski ilə əlaqələndirsə də, başqaları bu texnoloji transformasiyanı əmək məhsuldarlığının artması və yeni ixtisasların yaranması ilə izah edirlər. Məsələn, robot texniki xidməti, proqramlaşdırma, davranış modelləşdirmə və etik süni intellekt sahələrində yeni iş yerlərinin yaranması gözlənilir. Eyni zamanda, robot-insan əməkdaşlığı modeli gələcək istehsal və xidmət sektorunun əsas sütunlarından biri kimi formalaşır.

“Amazon”un 1 milyon robotlu əməliyyat sistemi texnologiyanın sürətlə insan fəaliyyətini əvəz etdiyini göstərir. Bu tendensiya yalnız e-ticarət deyil, həm də ümumi iqtisadi və sosial münasibətləri dəyişəcək. Gələcək insan və robotun yan-yana işlədiyi, əmək bazarının isə ağıllı maşınlara uyğun yenidən dizayn olunduğu bir reallıq olaraq qarşıdadır.

S.ELAY
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 İyul 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see682

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see373

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see237

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see212

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see187

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see185

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see185

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see184

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see181

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see181

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see178

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see176

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see175

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see171

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see171

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see170

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see166

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see166

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see164

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri