Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

AMEA da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

AMEA da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-də AMEA-da Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, respublika səhiyyəsinin təşkilatçılarından biri, akademik Vəli Axundovun anadan olmasının 110 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda akademik Vəli Axundovun məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüblər. Sonra AMEA-nın Əsas binasında akademik Vəli Axundovun həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.

Yubiley tədbirini açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli alim və dövlət xadimi Vəli Axundovun Azərbaycanın ictimai-siyasi və elmi həyatında mühüm izlər qoymuş şəxsiyyətlərdən biri olduğunu bildirib.

AMEA rəhbəri Azərbaycan xalqının yaddaşında dərin hörmətlə yaşayan akademik Vəli Axundovun dövlətçilik fəaliyyətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb. Bildirib ki, bu yüksək qiymətin ifadəsi olaraq Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə görkəmli alimin 80 illik yubileyi qeyd edilib, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında isə alimin 100 illik yubileyi dövlət səviyyəsində keçirilib.

Sonra Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev akademik Vəli Axundovun həyat və fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış edib. Nazir 1996-cı ildə akademik Vəli Axundovun 80 illik yubileyində Ulu Öndər Heydər Əliyevin çıxışını xatırladaraq Ümummilli Liderin onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini yüksək qiymətləndirdiyini vurğulayıb. O, akademik Vəli Axundovun vətən və xalq qarşısındakı xidmətlərinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini söyləyib, bugünkü yubiley tədbirinin bu böyük şəxsiyyətə olan dərin hörmət və ehtiramın bariz ifadəsi olduğunu bidirib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxış edərək akademik Vəli Axundovla bağlı xatirələrini bölüşüb.

Sonra akademik Vəli Axundovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Yubiley tədbirində Azərbaycan Tibb Universitetinin kafedra müdiri tibb elmləri doktoru, professor İbadulla Ağayev akademik Vəli Axundovun ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti haqqında geniş məruzə edib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini akademik Rafael Hüseynov, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Profilaktika İnstitutunun direktoru professor Adil Allahverdiyev çıxış ediblər.

Sonda Axundovlar ailəsi adından akademik Vəli Axundovun qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova çıxış edərək atasının xatirəsinə göstərilən yüksək ehtirama görə təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Fotoqraf - İlqar Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri