Icma.az
close
up
RU
Akademik Ağamusa Axundovun vəfatından 10 il ötür

Akademik Ağamusa Axundovun vəfatından 10 il ötür

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 5 sentyabr, AZƏRTAC

Akademik Ağamusa Axundovun adı Azərbaycan elmi tarixində yalnız nüfuzlu alim kimi deyil, həm də dilin və sözün mühafizi, millətinə bağlı ziyalı kimi əbədi həkk olunub. Onun ömür yolu elmə sədaqətin, təhsilə məhəbbətin və xalqa xidmətin nadir nümunəsidir.

AZƏRTAC görkəmli dilçi alimin anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Uzun illər zəngin elmi və pedaqoji fəaliyyəti ilə respublikada elmin və təhsilin inkişafına sanballı töhfələr verən Ağamusa Axundov dünya dilçilik və ədəbiyyatşünaslıq fikrinə dərindən bələd olan, geniş erudisiyaya malik şəxsiyyət idi. Azərbaycan filologiyası sahəsində tədqiqatların əsas istiqamətlərini müəyyənləşdirmək, onları müasir elmin tələbləri səviyyəsinə yüksəltmək onun müstəsna xidmətlərindəndir. Dili xalqın özünüdərkinin atributu kimi qiymətləndirən alim müstəqillik dövründə milli dil quruculuğunda fəal iştirak edib.

1932-ci il fevralın 2-də Kürdəmir şəhərində anadan olan Ağamusa Axundov elm və təhsilə bağlılıq yolunu erkən seçmişdi. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirdikdən sonra burada müəllim, dosent, professor, kafedra müdiri, dekan kimi fəaliyyət göstərərək neçə-neçə gənc filoloqun elmi yoluna işıq saldı. Onun pedaqoji fəaliyyəti tələbələrinin yaddaşında bir məktəb, bir həyat dərsi kimi qaldı.

1990-cı ildən ömrünün sonunadək Azərbaycan Milli Elmlər Akademiyasında məsul vəzifələrdə çalışan alim Dilçilik İnstitutuna rəhbərlik edərək bu elm ocağını yeni bir inkişaf mərhələsinə yüksəltdi. Əsərlərində qrammatika, nəzəri dilçilik, tarixi fonetika, etimologiya, dil tarixi, dialektologiya və üslubiyyatın ən çətin problemlərinə elmi cavablar verdi. Onun araşdırmaları türk dillərinin səs quruluşunun qanunauyğunluqlarını üzə çıxardı, fonemlər sisteminə dair ilk fundamental əsərlə Azərbaycan dilçiliyində yeni səhifə açdı.

Akademik Ağamusa Axundovun zəhməti 500-dən çox elmi əsərdə, 30-dan artıq kitab, monoqrafiya və dərslikdə öz əksini tapıb. O, 40-dək fəlsəfə və elmlər doktoru yetişdirib, beynəlxalq simpoziumlarda Azərbaycan elmini şərəflə təmsil edib. Misirdə, Qahirənin Eyn-Şəms Universitetində oxuduğu mühazirələr isə Azərbaycan elmi fikrinin sərhədlərini aşaraq dünyaya yayılmasının nümunəsi oldu.

Elmi yaradıcılığı qədər pedaqoji fəaliyyəti də dəyərli olan bu şəxsiyyətin xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirildi. 1986-cı ildə Dövlət mükafatı, 2000-ci ildə isə “Şöhrət” ordeni ilə təltif olundu.

Elm dünyasının zirvəsində dayansa da, sadəliyi və səmimiyyəti ilə yaddaşlarda qalan Ağamusa Ağası oğlu Axundov 2015-ci il sentyabrın 5-də dünyasını dəyişdi.

Bu gün onun yetirmələri, əsərləri və yaratdığı elmi məktəb yaşayır. Ağamusa Axundov yaddaşlarda yalnız görkəmli alim kimi deyil, həm də elmə və xalqa məhəbbətlə xidmət edən böyük insan kimi qalacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri