Icma.az
close
up
RU
AMEA da Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş olub

AMEA da Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş olub

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 5 sentyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun nümayəndə heyəti ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə akademik İsa Həbibbəyli son illərdə Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələri əhatə edən əlaqələrin gücləndiyini və yeni müstəviyə yüksəldiyini söyləyib. Qeyd edib ki, bu gün iki ölkə arasında münasibətlər etibarlı tərəfdaşlığa, yüksək etimada söykənir və viza rejiminin ləğvi bunun bariz nümunəsidir. Bu günlərdə Prezident İlham Əliyevin Çinə səfərinin strateji əməkdaşlıq baxımından böyük əhəmiyyət kəsb etdiyini deyən AMEA rəhbəri dövlətimizin başçısının Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi yüksəksəviyyəli görüş, “ŞƏT plyus” formatında görüşdə iştirakı və geniş nitqinin Azərbaycan-Çin münasibətlərinin hərtərəfli inkişafına yeni nəfəs verəcəyini vurğulayıb.

Akademik İsa Həbibbəyli AMEA-nın Çin Sosial Elmlər Akademiyası, Hebey Sosial Elmlər Akademiyası, Pekin Xarici Dillər Universiteti, Hebey Pedaqoji Universiteti və digər akademik qurumları ilə sıx əməkdaşlıq etdiyini, “Xəzərdən Çin səddinədək” mövzusunda birgə elmi layihənin icra olunduğunu diqqətə çatdırıb. Bundan əlavə, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyini, AMEA-nın Şərqşünaslıq, Fəlsəfə və Sosiologiya və digər institutlarında Çinə dair geniş tədqiqatların aparıldığını söyləyib.

Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini professor Çzin Çje çıxışında ölkələrimiz arasında yüksək əlaqələrin genişlənməsinin elm xadimləri üçün də geniş imkanlar açdığını vurğulayıb. AMEA-da Çinə dair aparılan tədqiqatlardan məmnunluğunu dilə gətirən professor Çzin Çje birgə əməkdaşlığın genişləndirilməsi barədə təkliflərini səsləndirib.

Görüşdə, həmçinin institutun Mərkəzi Asiya və Qafqaz tədqiqatları şöbəsinin müdiri Zhang Ning, elmi əməkdaşlar Jiang Jing, Lyu Çang və Sun Danmen çıxış edərək apardıqları tədqiqatlar barədə ətraflı məlumat veriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Sentyabr 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri