Icma.az
close
up
RU
AMEA da Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş olub

AMEA da Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş olub

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirlib. AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli son illərdə Azərbaycanla Çin arasında əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bütün sahələrdə olduğu kimi, elm istiqamətində də münasibətlərin sürətlə inkişaf etdiyini söyləyib. İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, həmçinin Akademiyanın elmi-tədqiqat müəssisələri Çinin bir sıra elmi qurumları və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

AMEA rəhbəri diqqətə çatdırıb ki, Çin Sosial Elmlər Akademiyası ilə 2012-ci ildə imzalanmış əməkdaşlıq haqqında memorandumun bəndləri artıq icra olunub və qurumlar arasında ikili əlaqələrdə yeni istiqamətlər meydana çıxıb. Akademik İsa Həbibbəyli bildirib ki, AMEA ilə Çin Sosial Elmlər Akademiyası arasında əməkdaşlıq memorandumunun müasir dövrün çağırışları əsasında yenilənməsi zərurəti meydana çıxıb. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Tədqiqatları Mərkəzinin fəaliyyət göstərdiyini, “Azərbaycan ədəbiyyatında Çin mənşəli arxetip və obrazlar” mövzusunda dissertasiya işi müdafiə edildiyini deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, bu gün Ədəbiyyat İnstitutunda Çin şair və yazıçılarının sovet dövründən indiyədək Azərbaycan haqqında yazdıqları əsərləri toplanılıb və artıq çap ərəfəsindədir.

Görüşdə çıxış edən Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun Şanxay Əməkdaşlıq Təşkilatı üzrə Tədqiqat Mərkəzinin baş katibinin müavini Yang Jin də Azərbaycan-Çin əməkdaşlığının sürətlə inkişaf etdiyini diqqətə çatdırıb, elm sahəsində birgə əməkdaşlıq üzrə mühüm elmi nəticələrin əldə olunduğunu deyib. O, 2012-ci ildə ilk dəfə Azərbaycana gəldiyini, həmin vaxtdan indiyədək xeyli inkişafın şahidi olduğunu vurğulayaraq ölkəmizlə bağlı geniş həcmli kitab yazdığını diqqətə çatdırıb, burada elmi əlaqələrə də yer verdiyini deyib. Yang Jin AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təkliflərini Çin Sosial Elmlər Akademiyasının prezidentinə çatdıracağını bildirib.

Görüş zamanı ikitərəfli elmi əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Sentyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri