Icma.az
close
up
RU
AMEA da “Dahi memar Əcəmi Naxçıvani yaradıcılığı” mövzusunda elmi sessiya keçirilib

AMEA da “Dahi memar Əcəmi Naxçıvani yaradıcılığı” mövzusunda elmi sessiya keçirilib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fevralın 13-də AMEA-nın Əsas binasında Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə “Dahi memar Əcəmi Naxçıvani yaradıcılığı” mövzusunda elmi sessiya keçirilib.

XQ xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən keçirilən elmi sesssiyanın elmi əhəmiyyətini qeyd edib. O, Əcəmi Naxçıvaninin 900 illiyinin “Şəhərsalma və Memarlıq İli”nə təsadüf etməsinin tarixi irslə müasir inkişaf strategiyalarının vəhdətini ifadə etdiyini, bu uyğunluğun Azərbaycan memarlıq ənənələrinin davamlılığını və aktual dəyərini bir daha nümayiş etdirdiyini vurğulayıb.

Dövlətimiz tərəfindən Əcəmi Naxçıvaninin sənətinə, şəxsiyyətinə daim böyük diqqət göstərildiyini bildirən akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli memarın 850 illik yubileyinin 1976-cı ildə Azərbaycanda təntənəli şəkildə qeyd edildiyini söyləyib. O, həmin il Əcəmi Naxçıvaninin Naxçıvan şəhərində keçirilən yubiley tədbirlərində iştirak etdiyini deyib.

Akademik İsa Həbibbəyli, həmçinin Prezident İlham Əliyevin “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” 22 may 2025-ci il tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, Möminə xatun türbəsinin özünəməxsus tarixi görkəminin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədilə imzalanmış bu sənəd mühüm strateji əhəmiyyət daşıyır.

AMEA rəhbəri Naxçıvan memarlığının şah əsərlərindən olan Möminə xatun türbəsinin birinci mərtəbəsində Atabəylər dövrünü əks etdirən muzeyin təşkil olunduğunu və Ulu Öndər Heydər Əliyevin həmin muzeyi ziyarət etdiyini vurğulayıb. Akademik İsa Həbibbəyli 2025-ci ildə özü tərəfindən həmin tarixi fotoların aşkar edilərək Əcəmi Naxçıvani haqqında məqalədə ilk dəfə çap edildiyini bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Əcəmi Naxçıvaninin fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan qüdrətli Atabəylər dövlətinin paytaxtı, Yaxın Şərqin mədəniyyət mərkəzlərindən biri Naxçıvan şəhəri ilə bağlı olub.  Naxçıvan şəhərindəki möhtəşəm abidələrdən Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Onun sözlərinə görə, Əcəmi memarlıq məktəbinin yadigarlarından sayılan Gülüstan türbəsi də Naxçıvanın qədim memarlıq məktəbinin qiymətli abidələrindən biridir.

Əcəmi Naxçıvaninin Azərbaycan mədəniyyət tarixinin ən parlaq simalarından biri olduğunu söyləyən AMEA rəhbəri onun irsinin memarlıqla məhdudlaşmadığını, obrazının təsviri sənətdə də əksini tapdığını bildirib. O, Əcəmi Naxçıvaninin təkcə böyük memar deyil, bütöv bir memarlıq məktəbinin banisi olduğunu vurğulayıb. Qeyd edib ki, Əcəminin parlaq irsi məktəb rolunu oynayıb, sonrakı əsrlərdə də Azərbaycan və Yaxın Şərq ölkələrinin memarlığına güclü təsir göstərib.

Akademik İsa Həbibbəyli AMEA-da Əcəmi Naxçıvani irsinin öyrənilməsi istiqamətində görülən işlərdən də bəhs edib. Bildirib ki, akademik Əbdülvahab Salamzadə XX əsrin ortalarından etibarən Əcəminin sənət dünyasını elmi əsaslarla açmağa müvəffəq olub. Naxçıvan memarlıq məktəbinin ilkin tədqiqatı onun adı ilə bağlıdır. Həmçinin Azərbaycan ədəbiyyatında Əcəmi Naxçıvaninin həyatı və sənəti müxtəlif janrlarda yazılmış bədii əsərlərin mövzusunu təşkil edib.

Sonra Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Əcəmi Naxçıvani yaradıcılığının dünya memarlığına təsiri” mövzusunda məruzəsini təqdim edib. O, Naxçıvanda və respublikamızın digər şəhərlərində ucaldılan, memarlıq baxımından əhəmiyyətli komplekslər, tarixi abidələr haqqında məlumat verib. Alimin məruzəsində Əcəmi yaradıcılığının təhlili təfərrüatı ilə diqqətə çatdırılıb. AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə dahi memarın yaratdığı kompozisiyaların, dekorativ bəzək üsullarının Azərbaycan memarlığı ilə bərabər Yaxın Şərq memarlıq tikililərinə təsirindən bəhs edib. Əcəmi yaradıcılığı üçün səciyyəvi olan ornament kompozisiyaların bədiiliklə riyazi təfəkkürün üzvi birləşməsinə əsaslandığını bildirib.

Tədbirdə Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri memarlıq doktoru, dosent Rahibə Əliyevanın “Səkkiz əsrin şahidi: Əcəmi sənətinin möhtəşəmliyi”, Naxçvan Dövlət Universitetinin dosenti, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qəmbərovanın “Yaxın Şərq memarlığında Memar Əcəmi irsi” və Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin elmi işçisi Brilyant Cəfərlinin “Memarlıq dühası Əcəmi Naxçivani yaradıcılığında bəzi həndəsi ornamentlərin simvolik mənaları” mövzusunda məruzələri dinlənilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2026 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri