Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” elmi sessiya

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” elmi sessiya

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 sentyabr, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyinə həsr olunmuş “Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” mövzusunda elmi sessiya keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi sessiyanı açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin tarixə malik olduğunu bildirib. Akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi, eləcə də Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamlar imzaladığını xatırladıb. XII əsrdə Azərbaycanda böyük intibah dövrünün yaşandığını deyən institutun direktoru həmin dövrdə bir sıra görkəmli şairlərin, memarların və sənət adamlarının fəaliyyət göstərdiyini qeyd edib. Əcəmi Naxçıvaninin Naxçıvan memarlıq məktəbinin banisi kimi Azərbaycan memarlığı tarixində xüsusi yer tutduğunu vurğulayan akademik onun yaradıcılığının Azərbaycan memarlığına yeni istiqamət verdiyini bildirib.

Əcəmi Naxçıvaninin UNESCO çərçivəsində yubileyinin qeyd olunduğunu diqqətə çatdıran G.Baxşəliyeva memarın Naxçıvan şəhərində inşa etdiyi Möminə Xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsinin Azərbaycan memarlığının qiymətli nümunələri olduğunu vurğulayıb.

Sonra Ərəb filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahanə Şahbazova “Azərbaycanda İslam memarlığı nümunələri” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanın İslam memarlığının mühüm mərkəzlərindən biri olduğunu, ölkə ərazisində memarlığın qədim və zəngin inkişaf tarixinin mövcudluğunu bildirib. O, Elxanilər dövründə mədəniyyət və incəsənət mərkəzinin Xorasan və Mavərənnəhrdən Azərbaycana keçdiyini, Sultan Mahmud Qazan xanın hakimiyyəti dövründə isə Azərbaycanın mədəniyyət və incəsənətin inkişaf etdiyi əsas mərkəzlərdən birinə çevrildiyini qeyd edib.

Məruzəçi Azərbaycanda Təbriz, Arran, Naxçıvan-Marağa və Şirvan-Abşeron memarlıq məktəblərinin mövcud olduğunu deyib. Həmçinin Azərbaycan memarlıq üslubunun inkişafında Təbriz məktəbinin xüsusi yer tutduğunu vurğulayan Naxçıvan-Marağa memarlıq məktəbinin nümayəndələri Əcəmi Əbubəkr oğlu Naxçıvani və Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvaninin xidmətlərindən bəhs edib. O, Yusif Küseyir oğlu türbəsi, Möminə Xatun türbəsi və Bərdə türbəsinin qədim Azərbaycan İslam memarlığının mühüm nümunələri olduğunu bildirib. Alim Azərbaycanda İslam memarlığının əsas elementlərindən birini məscidlərin təşkil etdiyini qeyd edərək, Bibiheybət məscidi, Gəncədə İmamzadə kompleksi, Pirsaat Baba ziyarətgah-məscid kompleksi və digər abidələr barədə məlumat verib.

Ərəb filologiyası şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əzizə İsmayılova isə “Şərq memarlığının Qərbdə silinməyən izləri” mövzusunda məruzə edib. O, Şərq, xüsusilə İslam memarlığının Avropa memarlığına təsirindən danışıb, bu təsirin Əndəlüs nümunəsində özünü göstərən izlərini diqqətə çatdırıb. Əndəlüsün orta əsrlərdə İslam mədəniyyətinin Avropadakı əsas mərkəzlərindən biri olduğunu qeyd edən məruzəçi Kordova məscidi, Mədinət əz-Zəhra və Əl-Həmra saray-kompleksi kimi mühüm memarlıq abidələri haqqında məlumat verib. Alim həmin abidələrin timsalında Şərq və Qərb memarlıq ənənələrinin qarşılıqlı təsirindən bəhs edib, İslam memarlığına xas həndəsi və bitki naxışları, ərəb kitabələri, tağlar, su elementləri və digər dekorativ xüsusiyyətlər barədə danışıb.

Ə.İsmayılova Əl-Həmra saray-kompleksində ərəb kitabələri və poetik mətnlərin memarlıqla vəhdətinə xüsusi diqqət çəkib. Əndəlüs memarlıq nümunələrinin Şərq və Qərb mədəniyyətləri arasında qarşılıqlı əlaqələrin və mədəni mübadilənin göstəricilərindən biri olduğunu vurğulayıb.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Sentyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri