Icma.az
close
up
RU
AMEA da görkəmli dilçi alim Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

AMEA da görkəmli dilçi alim Mahirə Hüseynovanın 65 illik yubileyi qeyd olunub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də AMEA-da Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Prezident təqaüdçüsü, Əməkdar müəllim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşkənd İcmasının sədri, tanınmış şairə, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları professor Mahirə Hüseynovanın həyat və yaradıcılığını əks etdirən kitab və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Mərasimi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq professor Mahirə Hüseynovanın çoxcəhətli yaradıcılığından, elmi və ictimai fəaliyyətindən bəhs edib. O, Mahirə xanımın mənsub olduğu nəslin ölkəmizdə azərbaycançılıq ideyalarının formalaşması və təbliği sahəsində böyük xidmətlər göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, sovet hakimiyyəti rejiminin ən çətin dövrlərində Mahirə xanımın babası – el ağsaqqalı İbrahim Mirzəli oğlu xalq arasında böyük nüfuz qazanmış, ölkənin birliyinə və tərəqqisinə xidmət etmiş fədakar ziyalılardan biri olub.

AMEA rəhbəri bildirib ki, professor Mahirə Hüseynovanın elmi fəaliyyəti dilçiliyin müxtəlif istiqamətlərini – dialektologiya, müasir Azərbaycan dili, terminologiya, dövlət dili siyasəti və türkologiya məsələlərini əhatə edir. Alimin elmi irsi ziyalılıq, vətəndaşlıq mövqeyi və dərin nəzəri biliklərin sintezindən yaranan dəyərli əsərlər toplusudur. Bu əsərlər həm dilçilər, həm də geniş ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Akademik İsa Həbibbəyli qeyd edib ki, dilçi-alimin bədii yaradıcılığı müstəqillik dövrü Azərbaycan ədəbiyyatını mövzu, ideya, janr və üslub baxımından daha da rəngarəng edib.

Professor Mahirə Hüseynovanın ictimai fəaliyyət sahəsində də fəallığı ilə seçildiyini deyən AMEA rəhbəri alimin Qərbi Azərbaycan İcmasındakı fəaliyyəti, vətəndaş mövqeyi və tükənməz enerjisinin onun milli dəyərlərə sədaqətinin bariz nümunəsi olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli professor Mahirə Hüseynovanın 65 illik yubileyi münasibətilə ona AMEA-nın fəxri fərmanını təqdim edib. AMEA rəhbəri, həmçinin “Dilçilik İnstitutunun fəxri professoru” diplomunu yubilyara təqdim edib.

Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli görkəmli alimin zəngin elmi irsindən, səmərəli elmi-pedaqoji fəaliyyətindən, ziyalı mövqeyindən, yüksək insani keyfiyyətlərindən danışıb.

Professor Nadir Məmmədli qeyd edib ki, nitq mədəniyyəti, onomastika, üslubiyyat, dialektologiya, dil nəzəriyyəsi sahələrində tədqiqatlar aparan alim bütövlükdə dil haqqında peyzaj yaradıb. O, tədqiqatların elmi şərhini verib, müqayisəli və metodoloji cəhətdən sistemli şəkildə metodoloji təhlilini aparıb.

“Professor Mahirə Hüseynova dilçiliklə ədəbiyyatın qovşağındadır”, - deyən institut direktoru dilçi-alimin “Dilin elmi və estetik problemləri”, “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası”, “Azərbaycan dilçiliyində türk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri” və “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti” kitablarını türkoloji dilçiliyə dəyərli töhfə kimi dəyərləndirib.

Mahirə Hüseynovanın “Müasir Azərbaycan dilində punktuasiya məsələləri” kitabının məziyyətlərindən bəhs edən professor Nadir Məmmədli qeyd edib ki, nəşrdə durğu işarələri sisteminin tədris prosesi ilə bağlı məsələləri müasir dilçiliyin nailiyyətləri baxımından şərh edilir, bu sistemin həm nəzəri, həm də praktik aspektləri zəngin dil materialı əsasında təhlil süzgəcindən keçirilir.

Professor Nadir Məmmədli Mahirə Hüseynovanın publisistik fəaliyyətinə də diqqət çəkib. Qeyd edib ki, Mahirə xanım, sözün əsl mənasında, Azərbaycan aliminin bütün mənəviyyatını, düşüncəsini, ucalığını özündə əks etdirib.

Daha sonra fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev və digərləri çıxış edərək professor Mahirə Hüseynovanın dilçilik elminə gətirdiyi yeniliklərdən bəhs edib, onun Azərbaycan filologiyasında ədəbiyyatşünaslıq məsələlərinin araşdırılmasında özünəməxsus xidmətləri olduğunu qeyd ediblər.

Tədbirdə professor Sayalı Sadıqovanın “Azərbaycan filologiyasında Mahirə Hüseynovanın yaradıcılığı”, professor Məsud Mahmudovun “Azərbaycan bədii-elmi düşüncəsinin fenomeni”, filologiya elmləri doktoru Gülbəniz Babayevanın “Mahirə Nağıqızının poetik dünyası” və filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyevanın “Mahirə Hüseynovanın yaradıcılığında dialektoloji istiqamət” adlı məruzələri dinlənilib.

Sonda professor Mahirə Hüseynova elmi, pedaqoji və bədii yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see379

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see265

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see227

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see209

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see205

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see178

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see170

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see168

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see167

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see164

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see164

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see153

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see153

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see151

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see149

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri