Icma.az
close
up
RU
“Mən bu ömrü elə belə yaşadım” ADPU da professor Mahirə Hüseynovanın 65 illik yubileyi

“Mən bu ömrü elə belə yaşadım” ADPU da professor Mahirə Hüseynovanın 65 illik yubileyi

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 5 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış dilçi-alim, şair, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın (Nağıqızı) 65 illik yubileyinə həsr olunmuş “Mən bu ömrü elə belə yaşadım” adlı ədəbi-bədii tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında ADPU-nun rektoru professor Cəfər Cəfərov Mahirə Hüseynovanın həyatını bütövlükdə Azərbaycan Dövlət Pedaqoji Universitetinə həsr etmiş ziyalılardan biri olduğunu söyləyib: “O, təhsil aldığı bu ali məktəbdə müəllim kimi fəaliyyətə başlamış, kafedra müdiri, dekan və beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində çalışaraq universitetin elmi və idarəçilik sisteminin inkişafına böyük töhfələr verib”.

Rektor vurğulayıb ki, professor Mahirə Hüseynova Azərbaycan dilçiliyinin görkəmli tədqiqatçılarındandır. Onun Azərbaycan dilinin fonetik, morfoloji və leksik səviyyələrinin elmi-nəzəri aspektdən araşdırılması, aşıq və el şairlərinin yaradıcılığına dilçilik baxımından yanaşması dilimizin poetik qatlarının elmi müstəvidə öyrənilməsinə mühüm töhfə olub. Professorun monoqrafiyaları, dərslik və metodik vəsaitləri ali məktəblərdə mühüm elmi-metodik mənbə kimi istifadə olunur. Eyni zamanda, Mahirə xanımın ədəbi yaradıcılığı və ictimai fəaliyyəti onun çoxşaxəli fəaliyyətini tamamlayır. “Mahirə Nağıqızı” imzası ilə nəşr olunan poetik və publisistik əsərlər onun dərin düşüncəsini, milli-mənəvi dəyərlərə bağlılığını və humanist baxışlarını əks etdirir. Bu, onun həm alim, həm ziyalı, həm də mənəvi dəyərləri qoruyan bir şəxs kimi cəmiyyətimizdə qazandığı hörməti daha da möhkəmləndirib.

Cəfər Cəfərov çıxışında, həmçinin Mahirə Hüseynovanın beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətinə xüsusi diqqət çəkib. Bu baxımdan qeyd edib ki, ADPU-nun bir çox xarici ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri genişlənib, universitetin beynəlxalq nüfuzu artıb. Rektor diqqətə çatdırıb ki, professorun təşəbbüsü ilə fəaliyyətə başlayan Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi bu gün təkcə elmi- tədqiqat deyil, həm də milli yaddaşın qorunması baxımından mühüm missiya yerinə yetirir.

Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov və başqaları professor Mahirə Hüseynovanın elmi-pedaqoji və ictimai fəaliyyətini yüksək dəyərləndirib, onun alim, pedaqoq və xadim kimi Azərbaycan elm və təhsilində çoxşaxəli fəaliyyətindən bəhs ediblər. Qeyd edilib ki, Mahirə Hüseynova yalnız elmi nailiyyətləri ilə deyil, həm də təhsilin inkişafına, gənc kadrların yetişdirilməsinə və milli-mənəvi dəyərlərin qorunmasına verdiyi töhfələrlə seçilir. Onun elmi və poetik yaradıcılığında milli düşüncənin, dilin saflığının və milli-mənəvi dəyərlərin qorunması məsələləri hər zaman ön plandadır.

ADPU-nun Filologiya fakültəsinin professoru Təyyar Cavadov yubilyarın zəngin yaradıcılıq yolu haqqında geniş elmi məruzə edib. Məruzədə vurğulanıb ki, professor Mahirə Hüseynovanın rəhbərliyi ilə aparılan tədqiqatlar müasir filoloji fikrin formalaşmasına, ədəbiyyatın və dilin tədrisində yeni yanaşmaların tətbiqinə şərait yaradıb. Onun elmi məktəbi gənc alimlər üçün örnək sayılır.

Tədbir bədii hissə ilə davam edib.

Sonda yubilyar səhnəyə dəvət olunaraq tədbirin təşkilatçılarına, həmkarlarına və qonaqlara minnətdarlığını bildirib. O, Pedaqoji Universitet ailəsinin bir parçası olmaqdan qürur duyduğunu və bu dəyərin onun həyatında xüsusi yer tutduğunu vurğulayıb.

Qeyd edək ki, professor Mahirə Hüseynovanın 65 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Dövlət Universiteti, ADPU-nun Quba və Şamaxı filiallarında da yubiley tədbirləri keçirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Noyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri