Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

AMEA da II Beynəlxalq Şah İsmayıl Xətai konfransı keçirilir

AMEA da II Beynəlxalq Şah İsmayıl Xətai konfransı keçirilir

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mayın 4-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türkiyə Cümhuriyyətinin Mərmərə Universitetinin Türkiyat Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli medievist Oqtay Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş II Beynəlxalq Şah İsmayıl Xətai konfransı öz işinə başlayıb.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Türkiyə Cümhuriyyəti Mərmərə Universitetinin Türkiyat Araşdırmalar İnstitutunun alimləri və Oqtay Əfəndiyevin ailə üzvləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli tarixçi, Səfəvilər tarixi elmi məktəbinin yaradıcısı, professor Oqtay Əfəndiyevin 100 illiyinə həsr olunmuş II Beynəlxalq Şah İsmayıl Xətai konfransının iştirakçılarını salamlayıb. 

Akademik İsa Həbibbəyli bildirib ki, son illərdə AMEA-da həyata keçirilən islahatlardan biri də ədəbi, tarixi şəxsiyyətlərə müstəqillik dövründə azərbaycançılıq ideyası işığında yenidən qayıdış prosesidir. AMEA rəhbəri qeyd edib ki, Sovetlər İttifaqı zaman-zaman ittifaqa daxil olan respublikalarda yaşayan xalqları əritmək, soykökünü, keçmişini, qəhrəmanlarını, şəxsiyyətlərini unutdurmaq siyasəti həyata keçirmişdir. Xüsusən ötən əsrin 70-ci illərindən sonra “vahid sovet xalqı” adı altında digər xalqların hamısını birləşdirən bir model ortaya qoyulmuşdu ki, digər xalqların mənəviyyatı, varlığı, keçmişi, folkloru tamamilə sıradan çıxırdı. 

Sovet rəhbərliyinin sərt qadağalarına baxmayaraq, SSRİ-də beynəlmiləlçilik siyasətinin tətbiq edildiyi bir zamanda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda millilik, milli-mənəvi dəyərlərə qayıdış, milli özünüdərk siyasətini həyata keçirdiyini deyən akademik İsa Həbibbəyli dahi liderin bununla Azərbaycan xalqının özünəqayıdışını dərinləşdirdiyini vurğulayıb: “Həmin illərdə Ziya Bünyadovun “Atabəylər dövləti” kitabı, Bəxtiyar Vahabzadənin “Muğam” poeması meydana çıxdı.  Həmçinin “Altmışıncılar” ədəbi nəslinin yazdıqları Sovetlər İttifaqının ideyaları ilə uyğun gəlmirdi. Onları Ulu Öndər qorudu, müdafiə etdi. O zaman pantürkist jurnal hesab olunan “Qobustan” jurnalını da dahi lider qoruyub yaşatdı. Həmin ağır prosesin ən böyük yaradıcılarından biri də bu gün bizimlə bir məclisdə iştirak edən Xalq yazıçısı Anardır. Anar “Ağ liman”, “Dantenin yubileyi”, “Yaxşı padşahın nağılı” əsərləri manqurtlaşdırma siyasətinin ayrı-ayrı təzahürlərini kəskin tənqid edirdi, Elçinin yaradıcılığında da buna bənzər motivlər az deyil və “Mahmud və Məryəm” romanını nümunə çəkə bilərik. Ümummilli Liderin apardığı siyasət nəticəsində, həmçinin Azərbaycan dili 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasına daxil edildi. Həmin dövrün ideologiyasına tərs olan bu hadisə zamanına görə böyük qəhrəmanlıq hadisəsi idi”. 

Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə İmadəddin Nəsiminin, Nizami Gəncəvinin yubileylərinin yüksək səviyyədə qeyd olunduğunu deyən natiq bildirib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, yaşadılması, saxlanması, ədəbi şəxsiyyətlərə, tarixi simalara hörmət və ehtiramın göstərilməsi, onların irsinin öyrənilməsi, xalqa milli vətənpərvərlik idealları kimi təqdim olunması istiqamətində aydın bir siyasəti uğurla həyata keçirməkdədir. AMEA rəhbəri vurğulayıb ki, ölkəmizdə “İmadəddin Nəsimi”, “Nizami Gəncəvi” və “Heydər Əliyev” illərinin elan olunması, böyük bəstəkarlarımızın, mədəniyyət xadimlərimizin, xalq aşıqlarımızın heykəllərinin ucaldılması Ulu Öndər tərəfindən başlanmış tarixi şəxsiyyətlərə qayıdış siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini aydın şəkildə göstərir.

Bugünkü konfransın dövlət siyasətimizə uyğun olaraq, tarixi şəxsiyyətlərimizə qayıdışın bir parçası olduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, Səfəvi dövləti haqqında sanballı əsər ilk dəfə professor Oqtay Əfəndiyev tərəfindən yazılıb meydana qoyulsa da, ondan sonrakı dövrdə indiyə kimi ayrıca olaraq Şah İsmayıl Xətai haqqında əhəmiyyətli bir kitab ərsəyə gətirilməmişdir.

“Azərbaycanda səfəvişünaslıq məktəbinin banisi professor Oqtay Əfəndiyevdir və onun “Azərbaycanda Səfəvilər dövləti” kitabı ilə Səfəvilərin nəsil şəcərəsi, dövlət kimi formalaşması, inkişafının bütün istiqamətləri barədə ilk dəfə cəmiyyətə məlumat təqdim olunmuş, Səfəvilərin Azərbaycan dövləti olması tutarlı elmi faktlar əsasında sübut edilmişdir. Oqtay Əfəndiyev, həmçinin öz məktəbini yaratdı, davamçılarını yetişdirdi. Bundan sonra Səfəvi dövlətinə həsr olunmuş ayrı-ayrı əsərlər meydana çıxdı və hətta Səfəvi dövründə Azərbaycan-Türkiyə münasibətləri haqqında yeni kitablar yazıldı. Bütün bunlara baxmayaraq, hələ də Şah İsmayıl Xətainin adına layiq parlaq, elmi əsər meydana qoyulmayıb. Romanlar çoxdur, lakin elmi əsər hələ də yoxdur və Şah İsmayıl Xətainin portreti, obrazı haqqında Avropa alimlərinin yazdıqlarını tərcümə edərək tanış oluruq. Biz tarixi şəxsiyyətlərimizə yenidən qayıdarkən Səfəvi dövlətini Azərbaycan dövləti kimi, türk dövləti kimi izah etmək və Xətai haqqında bütün tarixi aspektlərdən möhtəşəm kitab yazmaq vəzifəmizdir. Bu gün burada Türkiyə Cümhuriyyətindən çoxlu qonaqlarımız iştirak edir. Çaldıran döyüşü Türk dünyasını dayandırmaq, parçalamaq siyasətinin  təzahürü idi. Çox şadam ki, Türkiyədən olan alimlər konfransa ikinci dəfədir ki, böyük maraq göstərirlər və biz Türk dünyasının ortaq dəyərlərini, bu böyük şəxsiyyətlərin miqyasını açaraq yenidən dünyaya göstərmək istəyirik”, - deyən akademik İsa Həbibbəyli konfransın işinə uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Oqtay Əfəndiyevin bibisi oğlu Xalq yazıçısı Anar görkəmli medievistin xatirəsini əziz tutduğu üçün AMEA-nın rəhbərliyinə minnətdarlığını bildirib.

Oqtay Əfəndiyevin erkən yaşdan atasını və bacısını itirdiyini deyən Anar görkəmli alimlə sağlığında yaxın qardaş kimi münasibətdə olduqlarını, onun gənc yaşlarından elmə, xalqına fayda verəcək böyük işlərə can atdığını söyləyib. 

“Oqtay Əfəndiyevin sağlığında ona həsr etdiyim “Bir əsrin arxayınlığı” məqaləsini yazmışdım. Çünki onun rəsmi mənbələr, sənədlər əsasında hazırladığı “Azərbaycanda Səfəvilər dövləti” kitabı bizə tariximizin XVI əsrinə dair arxayınlıq verir və həqiqətə uyğun olduğu üçün məqaləmi belə adlandırmışam. Xətainin türkcə şeirləri, Səfəvi saraylarında türkcənin hakim dil olması, gətirdiyi “Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan” ifadəsi, bütün bunlar hamısı göstərir ki, Səfəvi Azərbaycan dövləti olub”, - deyə Xalq yazıçısı Anar vurğulayıb.

Tədbirdə çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov konfransın mahiyyətindən danışaraq iştirakçıları salamlayıb, xüsusilə xarici ölkələrdən gələn qonaqlara təşəkkürünü bildirib.

Direktor çıxışında görkəmli alim Oqtay Əfəndiyevin elmi fəaliyyətinə də toxunub. Qeyd olunub ki, alimin Azərbaycan Səfəvi dövlətinə həsr olunan əsərləri böyük elmi əhəmiyyət daşıyır. Onun “Azərbaycan Səfəvi dövləti” adlı kitabı türk dilinə tərcümə edilərək Türkiyədə nəşr olunub və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. Bildirilib ki, Oqtay müəllimin davamçıları bu gün onun elmi məktəbini layiqincə davam etdirir, əsərlərindəki əsas ideya xəttini inkişaf etdirirlər. Alimin Səfəvilər dövlətinə dair müxtəlif dillərdə çap olunmuş çoxsaylı elmi məqalələri də mövcuddur.

Tədbirə onlayn qoşulan Türkiyə Cümhuriyyətinin Mərmərə Universitetinin Türkiyat Araşdırmalar İnstitutunun müdiri prof. İlyas Kamaloğlu konfransın ölkələrimizin tarixinə işıq salacağını, birgə elmi əməkdaşlığımızı daha da dərinləşdirəcəyini söyləyib.

Sonda çıxış edən Oqtay Əfəndiyevin qızı dosent Vəfa Əfəndizadə Tezcan atasının xatirəsinə göstərilən diqqət və ehtirama görə Akademiya rəhbərliyinə minnətdarlığını bildirib.

Qeyd edək ki, konfransda Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə və Özbəkistandan 30 nəfərə yaxın alim maraqlı məruzələrlə çıxış edəcək. İki bölmədə fəaliyyət göstərəcək konfransda dinləniləcək məruzələr arasında Azərbaycan tarixşünaslığının görkəmli nümayəndəsi, tanınmış medievist alim Oqtay Əfəndiyevin Azərbaycan Səfəvişünaslığının yaranması və inkişafında rolu, Şah İsmayıl Xətainin siyasi fəaliyyəti, Səfəvi dövlətinin təşəkkülü, sosial-iqtisadi strukturlar, diplomatik münasibətlər, eləcə də ədəbi və mədəni irs kimi mövzular müzakirə olunacaq.

Tədbir mayın 5-də öz işini başa vuracaq.

Anar TURAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 May 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see332

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see306

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see292

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see272

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see270

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see267

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see266

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see262

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see253

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see245

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see241

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see239

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see238

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see237

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see230

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see228

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see215

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see215

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see208

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri