Icma.az
close
up
RU
AMEA da tanınmış riyaziyyatçı alim Kamal Soltanovla görüş keçirildi

AMEA da tanınmış riyaziyyatçı alim Kamal Soltanovla görüş keçirildi

Icma.az bildirir, Yenicag portalına istinadən.

Martın 4-də AMEA-nın Rəyasət Heyətində tanınmış riyaziyyatçı alim, riyaziyyat elmləri doktoru, professor Kamal Soltanovla görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirin keçirilməsində məqsədin tanınmış riyaziyyatçı alim, professor Kamal Soltanovun uzun illərdən həll edilməyən Navier-Stokes tənlikləri ilə bağlı əldə etdiyi yeniliklərlə tanış olmaq və onu cəmiyyətimizə tanıtmaq olduğunu bildirib. Qeyd edib ki, professor Kamal Soltanovun həlli istiqamətində çalışdığı məsələ dünya miqyasında olan problemlərdəndir və onun bu iddiası olduqca mühüm məsələdir.

Azərbaycan alimlərinin dünya miqyasında elmi məsələlərin həllinə çox az hallarda iddia etdiklərini, bir növ onlarda özlərinə inamsızlıq yarandığını, bundan irəli gələrək ötən müddət ərzində Nobel mükafatına Azərbaycandan yalnız 4 müraciətin qeydə alındığını deyən akademik İsa Həbibbəyli bu mifi sındırmaq, onların düşüncəsini dəyişmək və özlərinə inam aşılamaq məqsədilə AMEA-da “Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransın keçirildiyini xatırladıb. Bildirib ki, Azərbaycan bəşəriyyətə görkəmli şəxsiyyətlər, dahi şair və yazıçılar, elm xadimləri bəxş edib və alimlərimiz, ziyalılarımız bu gün dünyada gedən böyük elmi problemlərin həllinə iddia etməkdən çəkinməməlidirlər. Akademik İsa Həbibbəyli uzun illər Türkiyədə çalışmış professor Kamal Soltanovun təşəbbüsünün bu gün dünyada geniş müzakirə edildiyini vurğulayıb.

Qeyd edib ki, bugünkü görüş alimin elmi nailiyyətlərini Azərbaycan cəmiyyətinə tanıtmaqla yanaşı, alimlərimizi böyük elmi iddialara təşviq etmək üçün stimul verəcək.

AMEA-nın Rəyasət Heyəti aparatının Elektron Akademiya şöbəsinin müdiri dosent Fariz İmranov isə çıxışında professor Kamal Soltanovun elmi fəaliyyəti barədə danışıb. Fariz İmranov professor Kamal Soltanovun Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsil aldığını, sonra Moskva Dövlət Energetika İnstitutunun aspiranturasında oxuduğunu və daha sonra Riyaziyyat və Mexanika İnstitutunda fəaliyyət göstərdiyini və o vaxtdan bu problemin həlli ilə məşğul olduğunu söyləyib. Qeyd edib ki, alim 2003-cü ildən Türkiyənin Hacettepe Universitetinə dəvət alıb və fəaliyyətini uğurla davam etdirib, gənc kadrlar hazırlamaqla yanaşı, riyaziyyatın nəzəriyyəsi ilə də məşğul olub. Bu gün professor Kamal Soltanovun tədqiqatlarının nəticəsi geniş şəkildə tətbiq olunur.

Professor Kamal Soltanovun Navier-Stokes tənlikləri ilə bağlı mühüm nəticəsinin uzun illərdən bəri müzakirə edildiyini deyən Fariz İmranov, nəhayət, alimin elmi nəticəsinin 2024-cü ildə məqalə şəklində çapa qəbul edilərək işıq üzü gördüyünü və bunun Azərbaycan elminin böyük uğuru olduğunu söyləyib.

Daha sonra professor Kamal Soltanov əldə etdiyi elmi yeniliyə dair təqdimatla çıxış edib. Qırx ildən çox bir müddət ərzində Navier-Stokes tənlikləri üçün qoyulmuş Dirixle məsələsinin zəif həllərinin yeganəliyi üzərində işlədiyini deyən alim bildirib ki, bu tənliklər hidrodinamikanın əsas riyazi modelidir və həyatda axınlar hər yerdə olduğundan onun öyrənilməsi vacib məsələlərdən biridir. Qeyd edib ki, bu tənliklərlə bağlı problem ABŞ-ın Kley Riyaziyyat İnstitutunun qoyduğu minilliyin 7 problemindən biridir və bu problem dünyada çox tanınmış alimlər tərəfindən araşdırılmaqdadır.

Professor Kamal Soltanov diqqətə çatdırıb ki, Navier-Stokes tənlikləri üçün qoyulmuş Dirixle məsələsinin zəif həllərinin mövcudluğu 3 ölçülü durum üçün 1932-ci ildə Leray tərəfindən, daha sonra 1934-cü ildə Hopf-Leray tərəfindən göstərilmiş və həllər fəzası təyin edilib. Amma həllərin təkliyi sualı cavabsız qalıb, ancaq 1959-cu ildə Lions-Prodi və sonra 1969-cu ildə Ladıjenskaya 2 ölçülü durum üçün həllərin yeganəliyini göstəriblər.

“Üçölçülü durum üçün bu sual indiyə qədər açıq qalmışdı. 2015-ci ildə problemi həll etdiyimi anladım və əldə etdiyim nəticəyə əsaslanaraq məqalə hazırlayıb “arxiv.org” saytına yerləşdirdim. Bu problemi həll etmək üçün tamamilə fərqli bir metoddan istifadə etdim və yanaşmam, adətən yeganəliyin göstərilməsi üçün tətbiq olunan metodlardan köklü şəkildə fərqlənir. 2020-ci ildən məqaləni dünyada bu tənlikləri araşdıra bilinən alimlərin hamısına və reytinqi yüksək olan bütün jurnallara ardıcıl şəkildə göndərdim. 2023-cü ilin ortalarından başlayaraq, bəzi jurnallardan cavablar gəlməyə başladı və onların məqaləni çap etməkdə çəkindikləri anlaşıldı. Nəhayət, 2024-cü ilin payızında “Springer”də nüsxələnən “Russian Journal of Mathematical Physics” jurnalında dərc olundu”, – deyə o bildirib.

Həmçinin vurğulayıb ki, bu tənliklər real həyatda baş verən bir çox proseslərin, sinergetikada, meteorologiyada, turbolentliyin araşdırılmasında, ekologiyada və digər sahələrdəki proseslərin tədqiqində bir riyazi model olaraq mühüm rol oynayır.

Professor Kamal Soltanov çıxışından sonra akademik Arif Həşimovun, akademik Yusif Məmmədovun və fizika-riyaziyyat elmləri doktoru Əbdürrəhim Quliyevin suallarını cavablandırıb.

Daha sonra AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Yusif Məmmədov, AMEA-nın akademik-katibi akademik Arif Həşimov və professor Kamal Soltanovun qardaşı dosent Rafael Soltanov çıxış edərək alimin bütün həyatını riyaziyyat elminin inkişafına həsr etdiyini, onun elmi tədqiqatlarının bir çoxun beynəlxalq miqyasda qəbul olunduğunu və tətbiq edildiyini bildiriblər.

Qeyd olunub ki, professor Kamal Soltanovun Navier-Stokes tənlikləri ilə bağlı elmi nəticəsi alimin uzun illər apardığı gərgin elmi fəaliyyətinin nəticəsidir və yüksək qiymətləndirməyə layiqdir.

Sonda çıxış edən akademik İsa Həbibbəyli professor Kamal Soltanovun Navier-Stokes tənlikləri ilə bağlı iddiasının Azərbaycan riyaziyyat elmi sahəsində yeni ideyaları, baxışları, çağırışları üzə çıxaracağını söyləyib. Bildirib ki, zəngin tarixə malik olan Azərbaycan riyaziyyat elminin bugünkü tədqiqatçılarının əsərləri hələ də ölkə üzrə ən çox istinad edilən elm sahələrindən biridir.

“Professor Kamal Soltanovun özünəinam hissi Akademiyada həyata keçirilən islahatlarla səsləşir və onun Navier-Stokes tənlikləri ilə bağlı əldə etdiyi nəticələrin nüfuzlu elmi jurnalda çap edilməsi mühüm elmi əhəmiyyətə malikdir”, – deyən akademik İsa Həbibbəyli ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 04 Mart 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see246

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see174

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see144

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see143

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see141

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri