Icma.az
close
up
RU
Tanınmış dilçi alim AMEA Naxçıvan Bölməsində

Tanınmış dilçi alim AMEA Naxçıvan Bölməsində

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

AMEA Naxçıvan Bölməsində görkəmli dilçi alim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova ilə görüş keçirilib.

Məclisdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev professor Mahirə Hüseynovanın həyat və yaradıcılıq yoluna nəzər salıb, onun elmi və pedaqoji fəaliyyətinin əsas istiqamətlərini diqqətə çatdırıb, xüsusilə müasir Azərbaycan dilçiliyinə verdiyi töhfələri vurğulayıb. Alim qeyd edib ki, Mahirə xanım elmi fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıq sahəsində də fəallığı ilə seçilir; müəllifi olduğu bir sıra şeirlərə musiqi bəstələnib və bu əsərlər böyük sevgi ilə ifa olunur.

Bölmə sədri Mahirə Hüseynovanın elmi araşdırmalarında ulu öndər Heydər Əliyev irsinin və Qərbi Azərbaycan mövzusunun xüsusi yer tutduğunu qeyd edib. İsmayıl Hacıyev qonağa Naxçıvan alimlərinin yeni nəşr olunmuş elmi əsərlərini hədiyyə edib, ona elmi və bədii yaradıcılığında yeni uğurlar arzulayıb. Mahirə Hüseynova isə yeni kitablarını bölməyə bağışlayıb.

Professor Mahirə Hüseynova doğma torpaqda olmaqdan böyük qürur və məmnunluq duyduğunu bildirib, elmi fəaliyyətinə və yaradıcılığına göstərilən diqqətə görə təşəkkür edib. Sonra alim “Ümummilli lider Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda məruzə edib. Alim məruzəsində Ulu öndərin fəaliyyətində Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli kimliyin qorunması, tarixi torpaqlarımızın bərpası, elmin, təhsilin inkişafı və cənub mövzusunun əhəmiyyətindən, gənclərin xarici ölkələrdə ali təhsil almasına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Məruzəçi Qərbi Azərbaycan mövzusunun tariximizdə və dövlətçilik tariximiz üçün önəmindən, soydaşlarımızın öz doğma ata-baba yurdundan deportasiya edilməsindən, toponimlərimizin məqsədli dəyişdirilməsindən danışıb, tarixi həqiqətlərin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işləri ətraflı şəkildə iştirakçıların diqqətinə çatdırıb. Mahirə Hüseynova mövzu ilə bağlı yazdığı şeirlərdən nümunələr də səsləndirib, sualları cavablandırıb.

T.RÜSTƏMLİ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri