Icma.az
close
up
RU
AMEA əməkdaşlarının məhkəməsi başladı Direktor, müavin və baş mühasib hakim qarşısında

AMEA əməkdaşlarının məhkəməsi başladı Direktor, müavin və baş mühasib hakim qarşısında

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Əliyev, baş mühasib Hasil Əskərov, ümumi işlər üzrə direktor müavini Namik Qasımovun, eləcə də onlarla əlbir olmaqda təqsirləndirilən vətəndaş Mehman Qəribovun məhkəməsi başlayıb.

Bakupost.az "Report"-a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Növbəti iclas fevralın 3-nə təyin olunub.

Qeyd edək ki, sözügedən şəxslər barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılaraq cinayət işi başlanılıb.

İbtidai istintaqla müəyyən olunub ki, həmin mərkəzin direktoru Mehman Əliyev baş mühasib Hasil Əskərov və ümumi işlər üzrə direktor müavini Namik Qasımov cinayət əlaqəsinə girərək vətəndaş Mehman Qəribovun köməkliyi ilə rəsmi sənədlərə yalan məlumatlar daxil ediblər.

İstintaq materiallarında qeyd olunub ki, onlar 2023-cü ilin noyabr ayından 2025-ci ilin iyun ayınadək əmək funksiyalarını icra etməyən şəxslərə əmək haqqının ödənilməsi, qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi adı ilə dövlət büdcəsinin vəsaitinin nağdlaşdırıb onlara etibar edilən külli miqdarda pul vəsaitini talayıblar.

Mehman Əliyev və Hasil Əskərova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə), Namik Qasımova həmin Məcəllənin 179.2.1, 179.2.3, 179.2.4, Mehman Qəribova isə həmin Məcəllənin 32.5, 179.2.1, 32.5, 179.2.3, 32.5, 179.2.4 və digər maddələri ilə ittiham elan edilib.

Onlar barələrində polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə Mehman Əliyev və Namik Qasımov barəsində vəzifədən kənarlaşdırma növündə əlavə qətimkan tədbiri seçilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:66
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri