Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsi əməkdaşlarının kitabları çap olunub

AMEA Naxçıvan Bölməsi əməkdaşlarının kitabları çap olunub

525.az saytına istinadən Icma.az xəbər verir.

2026-cı ilin ikinci yarısında AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində”, bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Naxçıvan araşdırmaları: Dil, Ədəbiyyat (birinci kitab)”, bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Naxçıvanın dialekt və şivələrində derivatologiya problemləri”, bölmənin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan dialekt mühiti: nümunələr, faktlar” kitabları çapdan çıxıb. 

525.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” adlı fundamnetal monoqrafiyada XX əsrin 80-ci illərinin sonlarında başlanan milli oyanış, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi, Naxçıvanın blokadadan çıxarılması istiqamətində həyata keçirilən tədbirlər, Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərləri, xüsusilə 44 günlük müharibədə əldə edilən Zəfərdən sonra ölkə başçısının qədim diyara səfəri, muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı verilən Fərman və Sərəncamların əhəmiyyəti, müəllifin Zəngəzur dəhlizinin açılması ilə bağlı dəyərli fikirləri və sair yer alıb. 

AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Naxçıvan araşdırmaları: Dil, Ədəbiyyat” adlı kitabında iki əsas bölmə üzrə müəllifin naxçıvanşünaslığa aid dil və ədəbiyyat mövzusunda araşdırmaları toplanıb.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın müəllifi olduğu “Naxçıvanın dialekt və şivələrində derivatologiya problemləri” adlı kitabda derivatologiyanın nəzəri əsasları, Naxçıvan dialekt və şivələrinin derivativ imkanları, söz yaradıcılığının müxtəlif üsulları, derivativ vahidlərin yaranma mexanizmləri, eləcə də dialektal leksikanın tarixi və etnolinqvistik xüsusiyyətləri tədqiq edilib.

Filologiya elmləri doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan dialekt mühiti: nümunələr, faktlar” kitabında Naxçıvanın ayrı-ayrı rayon və kəndlərindən toplanmış dialektoloji materialların bir qismi sistemləşdirilərək oxuculara təqdim olunub. 

Qeyd edək ki, tədqiqat əsərləri Bakıda “Art Point Reklam” MMC nəşriyyatında çapdan çıxıb və muxtar respublikanın tarixini, ziyalılarının yaradıcılığını, dialekt mühitini dərindən öyrənmək istəyənlər üçün zəngin elmi mənbələrdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Noyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see288

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see285

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see281

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see265

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see255

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see251

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see240

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see236

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see235

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see234

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see222

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see221

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see220

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see220

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see216

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see211

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see209

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see206

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see201

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri