Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclası keçirilib

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclası keçirilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, iclası Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq, gündəlikdəki məsələlər barədə məlumat verib. O, həmçinin çıxışında Prezident İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli “Fətəli Xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının əhəmiyyətindən danışıb. Qeyd edib ki, dövlət başçısının bu sərəncamı Azərbaycanın dövlətçilik tarixində mühüm xidmətləri olan görkəmli siyasi xadim Fətəli Xan Xoyskinin xatirəsinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.

İsmayıl Hacıyev Prezidentin sərəncamından irəli gələn vəzifələrin vacibliyini qeyd edib. Bu vəzifələrin icrası istiqamətində AMEA Naxçıvan Bölməsində müvafiq tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Akademik, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı tədbirlərin hazırlanması və bu prosesdə AMEA Naxçıvan Bölməsinin fəal iştirakı barədə məlumat verib. Əlavə edib ki, bu yubiley ölkəmizin elmi inkişaf tarixində mühüm mərhələ olmaqla, elm adamlarının fəaliyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının daha bir təzahürüdür. Eyni zamanda, akademik Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə Bakıda keçiriləcək təntənəli tədbirdə AMEA Naxçıvan Bölməsinin sərgisinin də yer alacağını bildirib.

İclasda, həmçinin Azərbaycan Respublikasının Elm, Texnologiya, Memarlıq, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına 2026-cı il üzrə Dövlət Mükafatları üçün əsərlərin təqdim edilməsi məsələsi də müzakirə olunub.

Sonra AMEA Naxçıvan Bölməsinin, aqrar elmlər üzrə fəlsəfə doktoru Orxan Bağırov çıxış edərək Bölmədə 2025-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların keçirilməsi və 2026-cı il üçün doktorantura və dissertanturaya qəbul planı haqqında məlumat verib. Bildirib ki, 2025-ci il üçün fəlsəfə doktorluğu hazırlığı üzrə 5 nəfər müxtəlif institutlar və müxtəlif ixtisaslar üzrə doktoranturaya qəbul olub və növbəti il üçün qəbul planı üzrə müvafiq tədbirlər görülüb.

Filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov çıxışında 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar AMEA Rəyasət Heyətinin Tədbirlər planından irəli gələn vəzifələr barədə məlumat verib.

Rəşad Zülfüqarov, həmçinin tender yolu ilə 2026-cı ildə nəşri nəzərdə tutulan monoqrafiya və kitablar barədə danışıb. Bildirib ki, gələn il üçün, ümumilikdə, 10 elmi kitab və monoqrafiyanın nəşri planlaşdırılır.

İclasda gündəlikdəki digər məsələlər də müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Oktyabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri