Icma.az
close
up
RU
AMEA Rəyasət Heyətinin iclası keçirilib AZƏRTAC

AMEA Rəyasət Heyətinin iclası keçirilib AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda müzakirə olunan ilk məsələ AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin UNESCO-nun mənzil-qərargahında keçirilmiş “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü lüğat-it-türk” əsərinin 950 illik yubileyi”nə həsr edilmiş beynəlxalq konfransda iştirakı ilə əlaqədar Fransaya səfərinin nəticələri haqqında olub.

İclasda müzakirə edilən növbəti məsələ 2024-cü ilin ikinci yarısı və ilin yekunu üzrə impakt faktorlu jurnallarda dərc olunan məqalələrə görə AMEA əməkdaşlarının mükafatlandırılması və ilin yekunu üzrə qaliblərin müəyyən edilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, hazırda AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini beynəlxalq elmi əlaqələrin gücləndirilməsi, mötəbər beynəlxalq elmi qurum və cəmiyyətlərə üzvlüyün həyata keçirilməsi, elektron elmi resurs və bazalara inteqrasiyanın sürətləndirilməsi ilə bağlı mühüm tədbirlər təşkil edir.

Akademik İsa Həbibbəyli akademiyada çalışan alim və mütəxəssislərin məqalələrinin nüfuzlu elmmetrik bazalarda (Web of Science və Scopus) indeksləşən elmi jurnallarda daha intensiv dərc olunmasını təşviq etmək məqsədilə AMEA Rəyasət Heyəti tərəfindən məqalələrə görə mükafatların verilməsi haqqında qərar qəbul edildiyini bildirib.

İclasda AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri bu ilin ikinci yarısı üçün akademiya əməkdaşlarının 43 məqaləsinin “Web of Science” və “Scopus”da indeksləşən elmi jurnallarda dərc edildiyini diqqətə çatdırıb.

İclasda, həmçinin AMEA Lənkəran Regional Elmi Mərkəzinin strukturunda qismən dəyişiklik edilərək Ədəbiyyat və tarix şöbəsinin bazasında daxili imkanlar hesabına Ədəbiyyat və azsaylı xalqların folkloru və Tarix, arxeologiya və etnologiya şöbələrinin yaradılması haqqında qərar qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Dekabr 2024 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri