“AMEA nın Əziz Səncər fəxri diplomu”nun Əsasnaməsi təsdiq edilib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında “AMEA-nın Əziz Səncər fəxri diplomu”nun Əsasnaməsi də təsdiq edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Akademik İsa Həbibbəyli bildirib ki, fəxri diplom Azərbaycan Milli Elmlər Akademiyasında Türk dünyasının ən aktual problemlərinin, xüsusən qarşılıqlı inteqrasiya proseslərinin inkişaf etdirilməsinə həsr edilmiş elmi tədqiqatlarına görə ildə bir dəfə AMEA-nın fəlsəfə doktoru hazırlığı üzrə doktorantlarına veriləcək. Fəxri diplomun verilməsi müsabiqə əsasında həyata keçiriləcək və namizədlərin müəyyənləşdirilməsi məqsədilə Ekspert komissiyası yaradılaraq müvafiq rəyi AMEA-nın Rəyasət Heyətinə təqdim edəcək. Namizədin fəxri diplomla təltif edilməsi barədə yekun qərar AMEA-nın Rəyasət Heyəti tərəfindən qəbul ediləcək və Rəyasət Heyətində AMEA-nın prezidenti tərəfindən təqdim olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 08 İyul 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















