Icma.az
close
up
RU
Əziz Səncər Azərbaycan elminin də öyüncüdür

Əziz Səncər Azərbaycan elminin də öyüncüdür

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AMEA Rəyasət Heyətinin iclas salonunda Nobel mükafatı laureatı, professor, AMEA-nın fəxri üzvü Əziz Səncərin 80 illik yubileyinə həsr edilmiş elmi konfransda qurumun vitse-prezidenti, akademik İradə Hüseynova “Professor Əziz Səncər: həyat yolu, elmi irsi və dünya elminə töhfələri” mövzusunda məruzə ilə çıxış edib.

Akademik Prezident İlham Əliyevin sərəncamı ilə Əziz Səncərin Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmasını Azərbaycan dövlətinin Türk dünyasının elminə və mənəvi birliyinə verdiyi yüksək dəyərin təzahürü olduğunu vurğulayıb.

Məruzəçi Əziz Səncərin 1946-cı il sentyabrın 8-də Türkiyənin Mardin vilayətinin Savur rayonunda çoxuşaqlı, zəhmətkeş bir ailədə dünyaya göz açdığını diqqətə çatdırıb. Valideynlərinin təhsili olmasa da, övladlarının təhsilinə böyük önəm verdiklərini bildirən akademik xüsusilə anası Məryəm xanımın təhsilə inamının gənc Əzizin xarakterinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

1963-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olan və 1969-cu ildə oranı birinciliklə bitirən Əziz Səncərin elmi maraqlarının hələ tələbəlik illərindən baş qaldırdığını söyləyən akademik bildirib ki, Səncər təhsilini bitirdikdən sonra doğma Savurda 18 ay pulsuz müalicə kabineti açaraq kənd həkimi kimi fəaliyyət göstərib. Lakin xəstəliklərin molekulyar səbəblərini və “niyə?” sualına cavab tapmaq arzusu onu yenidən fundamental elmə gətirib.

Akademik daha sonra bildirib ki, 2015-ci ildə DNT-nin bərpası mexanizmlərinin - nukleotid eksiziyası reparasiyasının molekulyar səviyyədə kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülməsi onun onilliklər boyu çəkdiyi zəhmətin zirvəsidir. Səncər yalnız mexanizmi izah etməmiş, həm də DNT reparasiyasının insan genomu boyunca xəritələndirilməsini (“Piri Rəis xəritəsi”) həyata keçirmiş və sirkad ritmlərin xərçəngin xronoterapiya ilə müalicəsindəki mühüm rolunu sübut etmişdir.

İradə Hüseynova Əziz Səncərin hər zaman köklərinə bağlı olduğunu, Nobel medalını və diplomunu Anıtqəbirdə Mustafa Kamal Atatürkün xatirəsinə təqdim etdiyini vurğulayıb. Həyat yoldaşı Quen Səncər ilə birlikdə xaricdə oxuyan gənclərə dəstək olmaq məqsədilə “Chapel hill”də Karolina Türk Evini və Səncər Mədəniyyət Mərkəzini qurduğunu xatırladıb.

Əziz Səncərin Azərbaycana səfərlərini, Prezident İlham Əliyevlə görüşlərini, TEKNOFEST Azərbaycan festivalındakı iştirakını və Elmlər Akademiyasında, eləcə də Molekulyar Biologiya İnstitutunda alim və tələbələrlə keçirdiyi unudulmaz görüşləri xüsusi vurğulayan İradə Hüseynova onun gənclərə ünvanladığı tövsiyəni xatırladıb.

Çıxışının sonunda akademik İradə Hüseynova Azərbaycan elminin də öyüncü sayılan Əziz Səncərin ömür yolunun “Zəhmət, elm və vəfa” fəlsəfəsinin ən parlaq təcəssümü olduğunu və onun elmi irsinin gələcək nəsillərin yeni axtarışlarına yol göstərəcəyini qeyd edib.

T.RÜSTƏMLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see499

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see272

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see267

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see265

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see258

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see257

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see256

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see245

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see226

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see226

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see224

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see221

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see214

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see211

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see207

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see202

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see202

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see199

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri