Icma.az
close
up
RU
AMEA nın həyətində yeni çayxana Ekspertlər narazıdır, Akademiya susur

AMEA nın həyətində yeni çayxana Ekspertlər narazıdır, Akademiya susur

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həyətində yeni çayxana tikilir. Modern.az-ın məlumatına görə, tikinti işləri bir müddətdir davam edir.

Məsələ ilə bağlı AMEA-ya ünvanlanan sorğu isə cavabsız qalıb.

Qeyd edək ki, artıq həmin ərazidə çay içmək üçün bir məkan olsa da, burada da daha çox tipik çayxana atmosferi formalaşıb. Müşahidəçilər deyir ki, AMEA-nın həyəti artıq ənənəvi elmi müzakirələrin yox, "çayxana söhbətlərinin" məkanına çevrilib.

Ənənəvi olaraq elm müəssisələri cəmiyyətin intellektual inkişafına xidmət edən nüfuzlu qurumlardır. Belə məkanda çayxana tikintisi, elmi mühitin mahiyyətinə və ictimai gözləntilərə ziddir. Elm mərkəzlərinin fiziki məkanları da simvolik əhəmiyyət daşıyır: bu məkanlarda yaradılan mühit elmə, təhsilə və bilik paylaşımına təşviq etməlidir. Lakin AMEA-nın həyətində iaşə obyektinin inşa olunması cəmiyyətdə birmənalı qarşılanmayıb və bəzi ekspertlər tərəfindən tənqid olunur.

Modern.az əməkdaşı mövzu ilə bağlı tanınmış təhsil ekspertləri Nadir İsrafilov və Etibar Əliyevin fikirlərini öyrənib.

“Elm ocağı hara, çayxana hara?!”

Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, elm məkanlarında bu cür obyektlərin yaradılması, nə qədər bazar iqtisadiyyatı şəraitində baş versə də, doğru deyil:

"Mən sovet dövrünə bəraət qazandırmaq istəmirəm, amma o zaman bu cür hallar mümkün deyildi. Hər obyekt öz yerində inşa olunurdu. Elm ocağı hara, çayxana hara?! Bir vaxtlar məktəblərin yaxınlığında internet klublar açılırdı və bu, uşaqları dərsdən yayındırırdı. Cəmiyyət buna etiraz etdi, məsələ gündəmə gəldi və həmin obyektlər tədricən yığışdırıldı. İndi isə obyektlərin yerləşdirilməsinə nəzarət edilmir.”

Ekspert əlavə edir ki, elm müəssisəsinin ərazisinin kommersiya məqsədilə istifadəsi ümumi görüntünü və ictimai dəyərləndirməni korlayır:

“Biz xaricdəki ali təhsil müəssisələrinə baxanda əsl elm mərkəzi görürük. Oksford, Harvard, Massaçusets universitetlərinin ətrafına baxanda görürsən ki, elm mərkəzi olması görünür. Bir vaxtlar Elmlər Akademiyasının ərazisi də akademiya şəhərciyi idi. Orada onun institutları, mərkəzləri yerləşirdi. Hər obyekt özünə uyğun məkanda olmalıdır. Bir müddət sonra insanlar arasında söz də yayılacaq ki, “akademiyanın çayxanasına gedirəm”. Bu aydın məsələdir ki, öz əməkdaşları üçün bufeti var. Akademiya şəhərciyi onun özünə aid olmalıdır. Orada hərhansı iaşə obyekti xoşagələn təəssürat yaratmır”
“Elm mərkəzində çayxana yox, kitab köşkü tikilməlidir”

Təhsil eksperti Etibar Əliyev isə daha sərt mövqe bildirərək qeyd edir ki, AMEA-nın həyətində çayxana yox, kitab köşkü və ya açıq kitabxana yaradılmalıdır:

“AMEA ölkənin aparıcı elm mərkəzidir. Orada çayxanadan daha çox kitab köşkləri tikilməli, açıq kitabxana yaradılmalıdır ki, elm ocağına gələnlərdə kitaba maraq oyansın. Əgər bu məlumat doğrudursa, deməli, düşüncə də elə çayxana səviyyəsindədir.”

Ekspert məsələnin elmi mühitə yaraşmadığını vurğulayır:

“Başqa gəlir yolları tapa bilmirlərsə, yaxud elmdən gəlir əldə edə bilmirlərsə, çıxış yolu çayxana, dönərxana olmamalıdır. Onsuz da hara baxsan çayxanadır, AMEA-nın həyətində çayxanaya nə ehtiyac var?! Mən belə bir halın tərəfdarı deyiləm. Harada ki, universitet, elm mərkəzi var, orada intellektual obyektlər yaradılmalıdır. Hər kəs görməlidir ki, ora elm mərkəzidir. Elm mərkəzinin kampusunda kitab, mütailə, sərgi ilə bağlı guşələr yaradılır, çayxanalar yox".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 May 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri