Icma.az
close
up
RU
AMEA nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

AMEA nın “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 sentyabr, AZƏRTAC

AMEA-nın Rəyasət Heyətinin iclasında müzakirə olunan növbəti məsələ Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılması haqqında olub.

AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, bu gün ölkəmizdə süni intellekt və rəqəmsal inkişaf məsələlərinə xüsusi diqqət yetirildiyini və təkcə cari il ərzində dövlət başçısı tərəfindən bu istiqamətdə ardıcıl şəkildə “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında Fərman, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam və “Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında” Fərman imzalandığını bildirib. Qeyd edib ki, həmçinin ölkəmizdə bu günlərdə Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb.

Dövlətimizin atdığı sözügedən addımlara müvafiq olaraq AMEA-da da bu sahədə fəaliyyətin icra olunduğunu deyən akademik İsa Həbibbəyli 2023-cü ilin yanvar ayında yaradılmış “Elektron Akademiya” şöbəsinin ötən 2 il ərzində Akademiyada rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox yeniliklərə və uğurlara imza ataraq özünü doğrultduğunu bildirib. Qeyd edib ki, yaranmış yeni texnoloji reallıq şəraitində “Elektron Akademiya” şöbəsinin adının dəyişdirilməsi və müvafiq olaraq, fəaliyyət istiqamətlərinin genişləndirilməsi zərurəti meydana çıxıb.

Qeyd olunan məsələ ilə bağlı AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək “Elektron Akademiya” şöbəsinin Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılması təklifinin ölkəmizdə dövlət başçısının rəhbərliyi altında bu sahədə aparılan işləri tam əhatə etdiyini söyləyib.

Daha sonra Rəyasət Heyətinin qərarı ilə “Elektron Akademiya” şöbəsinin adı dəyişdirilərək Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şöbəsi adlandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Sentyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri