Icma.az
close
up
RU
Buxarestdə Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Buxarestdə Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

20 may 2026-cı il tarixində AR Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Buxarest şəhərindəki “Marriott” mehmanxanasının “Grand Ballroom” zalında ölkəmizin Müstəqillik Günü nə həsr olunmuş təntənəli tədbir keçirilib.

Mərasimdə Rumıniyanın dövlət xadimləri, hökumət nümayəndələri, çoxsaylı deputat və senatorlar, ictimai-siyasi xadimlər, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, elm və mədəniyyət xadimləri, yerli KİV rəhbərləri, çoxsaylı türk və tatar icmasının təmsilçiləri, İran azərbaycanlıları icmasının üzvləri, Rumıniyada təhsil alan və məskunlaşmış həmvətənlərimiz iştirak edib.

Tədbiri açıq elan edən ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanov qonaqları salamlayıb və rumın dilində çıxış edib. O, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, xalqımızın XX əsrin sonunda müstəqilliyini bərpa etməsindən sonra qarşılaşdığı ağır sınaqlardan və Ümummilli Lider Heydər Əliyevin dövlətçilik qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, Prezident Ilham Aliyev rəhbərliyi ilə Azərbaycan son illərdə siyasi, iqtisadi və diplomatik sahələrdə mühüm uğurlar əldə edib, regionun aparıcı dövlətlərindən birinə çevrilib. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan etibarlı tərəfdaş kimi çıxış etdiyini bildirən səfir qeyd edib ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ vasitəçiliyi, o cümlədən Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında münasibətlərin normallaşdırılmasına dair mühüm sənəd imzalanıb və bu, regionda uzunmüddətli münaqişənin sona çatdırılması üçün əsas yaradıb. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh yalnız region ölkələrinin deyil, bütövlükdə Avropanın, xüsusilə də Avropaya açılan əsas qapılardan biri hesab olunan Rumıniyanın maraqlarına xidmət edir.

Rumıniya Senatının sədrinin müavini Mirça Abrudean 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin tarixdə tutduğu yerə toxunub, Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olmasını, iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu xatırladıb, Rumıniyanın 2009-cu ilin sentyabr ayında Azərbaycanla Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzamaqla ölkəmizin strateji əhəmiyyətini anlayan ilk Avropa İttifaqı dövləti olduğunu vurğulayıb. O, Azərbaycan investisiyalarının rəqəmsal infrastruktur layihələri və yaşıl enerji də daxil olmaqla Rumıniyanın enerji infrastrukturumuzda vacib yer tutduğunu, hər iki ölkənin çətinliklərlə dolu bir dünyada ortaq bir yol üzrə tərəfdaş olmasını qeyd edib.

Rumıniya Prezident Administrasiyasında dövlət müşaviri Vlad İonesku ikitərəfli tərəfdaşlığın əsasının ulu öndər Heydər Əliyevin 1995-ci ildə həyata keçirdiyi Buxarestə səfəri əsnasında qoyulduğunu, hazırda Azərbaycanın Rumıniyanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşı olduğunu qeyd edib. V.İonesku Cənub qaz dəhlizi, Qara dənizin altından yaşıl enerjinin nəqli, Xəzər dənizi-Qara dəniz beynəlxalq nəqliyyat marşrutu layihələri çərçivəsində əməkdaşlıqdan bəhs edib və bu layihələrin Rumıniyanın enerji təhlükəsizliyi, eləcə də bütün Avropa üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Rumıniya regiondakı sabitlik baxımından Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığı, eləcə də Azərbaycan və Ermənistanarasında sülh prosesini dəstəkləyir.

Rumıniyanın Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə dövlət katibi (nazir müavini) Ana Kristina Tinka çıxışında Azərbaycanın hazırda sivilizasiyaların və xalqların qovuşduğu məkanda yerləşdiyini və Cənubi Qafqazdakı əsas geostrateji mövqeyini vurğulayıb. Cari ildə ikitərəfli əlaqələrin qurulmasının 35 illiyinin tamam olduğunu bildirən nazir müavini Qara dəniz-Xəzər multimodal nəqliyyat dəhlizi barədə sazişin ən qısa müddət ərzində imzalancağlına ümid etdiyini bildirib. O qeyd edib ki, Cənubi Qafqaz hazırkı beynəlxalq kontekstdə getdikcə artan əhəmiyyət kəsb edən bir bölgə və Azərbaycan bu regionun ən vacib dövlətidir. A.Tinka 2025-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayıb, sülh müqaviləsinin imzalanmasının isə regionun potensialının tam istifadəsinə yardım edəcəyini bildirib. Nazir müavini, həmçinin Rumıniya Aİ və Azərbaycan arasında əməkdaşlığın dərinləşməsini dəstəklədiyini açıqlayib.

Rumıniya parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri, baş nazirin keçmiş müavini Marian Neakşu Azərbaycanın Rumıniya və bütövlükdə Avropa üçün mühüm rolunu vurğulayaraq ölkəmizin Rumıniyanın ən yaxşı dostlarından biri adlandırıb. O bildirib ki, ötən illər ərzində həyata keçirilmiş 3 dövlət başçısı, 2 baş nazir, eləcə də çoxsaylı parlament sədrləri səviyyəsində qarşılıqlı səfərlər ikitərəfli əlaqələrin artan qrafik üzrə inkişafından xəbər verir. Parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrdəki mühüm roluna toxunan M.Neakşu həm yaşıl, həm də qaz enerjisinin həm Rumıniyanın, həm də Avropanın iqtisadi inkişafı üçün çox vacib mənbələr olduğunu, eləcə də Rumıniyanın özünü Azərbaycan Respublikasının enerji məhsullarına Avropanın qapısını açmağa layiq olduğunu göstərdiyini qeyd edib. Çıxışının sonunda M.Neakşu ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı təbrik edib.

Tədbirdə fəxri qonaq qismində iştirak edən Rumıniyanın keçmiş prezidenti Emil Konstantinesku çıxışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında da fikirlərə yer verib. O, ümummilli lider ilə Bakıda və Buxarestdə qarşılıqlı surətdə səfirliklərin açılması və səfirlərin təyin olunması barədə qərar qəbul etdiklərini xatırladıb, ümummilli lider Heydər Əliyevlə ildə ən azı 4-5 dəfə, sonra isə son 25 ildə, səlahiyyət müddəti bitdikdən sonra, prezident İlham Əliyevlə ildə ən azı iki-üç dəfə görüşmək üçün fürsətinin olduğunu nəzərə çatdırıb. E.Konstantinesku bildirib ki, 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə ulu öndər ilə dostluq münasibətləri yaranıb və daha sonra isə ümummilli liderin təşəbbüsü ilə Asiya və Avropa arasında qədim İpək yolunun bərpası istiqamətində ciddi işlər görülüb. O qeyd edib ki, indiki dövrün prizmasından baxanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və prezident İlham Əliyev tərəfindən davam etdirilmiş həmin planların artıq həyata keçirildiyinin şahidi oluruq.

Mərasim iştirakçıları üçün foyedə təşkil olunmuş işğaldan azad olunmuş ərazilərində bərpa və quruculuq işlərini, mina problemini, ölkəmizin inkişafını və turizm potensialını əks etdirən, eləcə də ölkəmizdə 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunmasına və Rumıniya-Azərbaycan münasibətlərinə həsr olunmuş fotosərgi ilə tanış olmaq imkanı yaradılıb. Sərgi ziyarətçilərinin suallarını səfirliyin əməkdaşları cavablandırıblar.

Mərasimin sonunda iştirakçılara Azərbaycan milli mətbəxinə məxsus təamlar təqdim edilib. Tədbir Rumıniya mətbuatında da geniş işıqlandırılıb və ölkəmizin müstəqil dövlət kimi güclənməsini əks etdirən rəmzi bir hadisə kimi təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 May 2026 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri