AMEA nın rəhbərliyi Laçında keçirilən “MDB nin mədəniyyət paytaxtı 2025” tədbirlərində iştirak edib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 6 iyun, AZƏRTAC
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Mədəniyyət Nazirliyi və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində keçirilən “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin tədbirlərində iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində “Mədəniyyətlərarası əməkdaşlıq: dayanıqlı inkişaf yolu kimi” və “Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları” mövzularında dəyirmi masalar təşkil olunub. “Qarabağ və Şərqi Zəngəzurun təbii ehtiyatları” mövzusunda dəyirmi masa İsa Həbibbəylinin moderatorluğu ilə keçirilib.
Qeyd edək ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 06 İyun 2025 20:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















