Icma.az
close
up
RU
“MDB nin mədəniyyət paytaxtı ili çərçivəsində Laçında qala konsert olub FOTOLAR

“MDB nin mədəniyyət paytaxtı ili çərçivəsində Laçında qala konsert olub FOTOLAR

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı - 2025” ilinin açılış mərasimindən sonra qala konsert keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Həkəri çayının sahilində qurulmuş səhnədə təşkil olunan konserti Azərbaycandan və MDB-yə üzv bir sıra ölkələrdən rəsmilər,  doğma yurdda məskunlaşan laçınlılar izləyiblər.
Konsert proqramı Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Azərbaycan süitası" ilə başlanıb.

Ansamblın ifasında “Qaytağı” və "Uzundərə" rəqsləri də təqdim olunub.

Müğənni Səbinə Ərəbli Rafael Əsgərovun (balaban) müşayiəti ilə "Sarı gəlin” Azərbaycan xalq mahnısını ifa edib.

Qırğızıstanın “Dilgir” rəqs ansamblının ifasında "Qırğız çıroqu” rəqsi təqdim olunub.

Konsert proqramında dövlət başçısının Sərəncamı ilə bu il 140 illiyi qeyd olunan dahi bəstəkar, musiqişünas Üzeyir Hacıbəylinin bənzərsiz sənət irsinə də geniş yer verilib.

Əməkdar artist Ramil Qasımov bəstəkarın “Sənsiz" romansını səsləndirib.

Sonra o, Əməkdar artist İnara Babayeva ilə “Arşın mal alan” operettasından duet ifa edib.

Qazaxıstanın "Kulansaz" foklor etnoqrafik ansamblının müşayiəti ilə Nakipbek Jaraz, Jeksembil  Adilet və Aşimov Nurlan “Öz elim” mahnısını səsləndiriblər.

Belarus İncəsənət Universitetinin tələbələri “Lavanixa" Belarus xalq rəqsi ilə konsertə rəng qatıblar.

Xalq artisti Simarə İmanova Bəhram Nəsibovun “Qarabağ”, Əməkdar artist Xəyyam Mustafazadə Müslüm Maqomayevin “Mavi əbədiyyət”, tacikistanlı müğənni Afzal Safarzoda “Dilbari man” mahnılarını ifa ediblər.

"Qaya” Dövlət Ansamblının ifasında “Laçın" xalq mahnısı və Vasif Adıgözəlovun “Mən gəzirəm hər yanı” mahnısı təqdim olunub.

Rusiyadan "Voronej qızları" xalq mahnı və rəqs ansamblı “Krujeva jekeskiye” mahnısını səsləndirib.

Özbəkistanın “Şodlik” ansamblı “Özbəkistan güldəstəsi”kompozisiyasını təqdim edib.

Qala konsert Xalq artisti Polad Bülbüloğlunun ifasında “Qarabağım” və "Şən Azərbaycanım” (solist: Əməkdar artist Eteri Cəfərova) mahnıları ilə başa çatıb.

Bəstəkar-müğənninin ifası Azərbaycan Dövlət Rəqs Ansamblı rəqsləri ilə müşayiət olunub.

Bütün musiqi və rəqs nömrələri tamaşaçıların alqışları ilə qarşılanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:32
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 İyun 2025 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see188

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see143

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see135

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see130

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see121

Dəniz xiyarlarında aşkar olunan şəkər xərçəngə qarşı perspektivli vasitə kimi qiymətləndirilib

12 İyun 2025 08:17see120

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see120

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see119

“Qarabağ”da üç vida Əsas futbolçular getdi+Rəsmi

11 İyun 2025 22:13see118

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see117

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see117

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see117

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see116

Uşaq düşərgələri bahalaşdı, biletlər yoxa çıxır Ailələr çıxılmaz vəziyyətdə

11 İyun 2025 18:41see115

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see115

İstanbulda zəzlələ olub 3,5 bal gücündə

12 İyun 2025 06:45see114

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see114

Fikrət Sadığın anadan olmasının 95 ci ildönümü qeyd olundu Fotolar

11 İyun 2025 20:40see114

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see114

Gələcəkdə yazılmış kitab

12 İyun 2025 09:16see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri